Mektebgushesi

BDU -nun qida zəhərlənməsindən vəfat edən tələbəsi bu gün dəfn olunacaq

Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının meyiti ailəsinə təhvil verilib. Mektebgushesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun meyiti hadisə günü doğulduğu Qusar rayonunda aparılsa da, dəfn mərasimi bu gün baş tutacaq. Mərhumun yaxınları Şəkərin atası Faiq Xasmətovun bu gün Rusiyadan […]

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Noyabrın 22-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb. Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə “Dəyirmi masa”lar təşkil edilib.  “Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan “Dəyirmi masa”da moderator qismində Azərbaycan tərəfindən Təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya tərəfindən isə Maarif nazirinin […]

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda olub

Noyabrın 22-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Tərtər rayonuna səfər edib. Mektebgushesi.az xəbər verir ki, Məhəbbət Vəliyeva səfər çərçivəsində Tərtər şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. […]

BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. BMU-nun rektoru, professor Havar Məmmədov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, fəaliyyət istiqamətləri və universitetdə mövcud olan fakültələr haqqında məlumat verib. Rektor spesifik sahə üzrə yeganə təhsil ocağı olan Polis Akademiyası ilə görüşün […]

Builki qəbul imtahanlarında nə kimi güzəştlər olacaq?

2020-ci ildə təşkil olunacaq qəbul imtahanlarının dəqiq tarixləri hələ müəyyən olunmayıb. Redaksiyamıza ən çox daxil olan suallardan biri imtahanda hansı kateqoriyadan olan abituriyentlərə güzəştlərin edilməsiylə bağlıdır. Abituriyentlər buraxılış və ya qəbul imtahanlarında hər hansı güzəştin nəzərdə tutulub-tutulmamasıyla bağlı çoxsaylı suallar ünvanlayırlar. Mektebgushesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, hər bir abituriyent […]

BDU -nun kollektivi zəhərlənib ölən tələbənin yaxınlarına başsağlığı verib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi  dünən zəhərlənib ölən tələb Şəkər Xasmətovanın vaxtsız vəfatını ürək yanğısı ilə qarşılayıb. “Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, […]

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Yunus Əmrə İnstitutu ilə birgə 29 noyabr 2019-cu il tarixdə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək. Qeyd edək ki, Konfransın keçirilməsində məqsəd müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün […]

İsveçrənin Cenevrə Universitetinə təqaüd proqramı elan olunub

İsveçrənin Cenevrə Universiteti Avropa və beynəlxalq idarəçilik elmləri üzrə 2020-2021-ci tədris ili üçün magistratura təqaüd proqramı elan edib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, təqaüdün müddəti 10 aydır. Təqaüd proqramında iştirak etmək istəyənlər dekabrın 25-dək müraciət edə bilərlər. Təqaüd proqramı, tələb olunan sənədlər haqqında ətraflı məlumat və müraciət formasını əldə etmək üçün müvafiq keçiddən http://www.meig.ch/admission/full-programme/ […]

Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır -Səhiyyə Nazirliy

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb. Səhiyyə Nazirliyindən . verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir. Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə […]

Dövlət qulluğuna vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Qeydiyyat 12 dekabr saat 18:00-dək aparılacaqdır. Dövlət İmtahan Mərkəzi tərəfindən 22 dekabr 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahanda iştirak etmək üçün qeydiyyat 12 dekabr saat 18:00-dək aparılacaqdır. […]

BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı açıqlama

“İlkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib”. Mektebgushesi.az Modern.az -a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib. O, qeyd edib ki, hadisə dünən […]

BDU yataqxanasında zəhərlənən hər iki tələbə şok vəziyyətindədir

Bakı Dövlət Universitetinin yataqxanasında baş verən hadisə nəticəsində zəhərlənən qızlardan biri Həmidə Bünyamin Ekologiya və Torpaqşünaslıq fakültəsinin IV kursunda təhsil alır. Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstəxanaya çatdırılan hər iki tələbə şok vəziyyətindədir. 1998-ci ildə anadan olan Həmidə Bünyamin Leykemiya ilə Mübarizə İctimai Birliyi’de könüllü müəllimə kimi çalışıb. O, əslən […]

Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, hakim vəzifəsinə namizədlərlə test imtahanı noyabrın 23-də DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcəkdir. Hakim vəzifəsinə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər. İmtahan […]

Nazirlər Kabineti Fərman Salmanov adına təqaüdü təsdiq edib

Nazirlər Kabineti Fərman Salmanov adına təqaüdün verilməsi qaydasını təsdiq edib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb. “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası” təsdiq olunub. 

Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

Cəmiyyətdə bərabərlik və birgəliyi dəstəkləyən, sosial sahibkarlıq konsepti üzərində qurulan “Hands Art” əl işlərinin satış platforması 3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müsabiqə elan edib. Mektebgushesi.az  xəbər verir ki, müsabiqədə ilk üç yeri şəxslər mükafatlandırılacaq.  Müsabiqədə iştirak etməsi üçün şərtlər aşağıdakılardır: – Aşağıda göstərilən üç mövzudan birini seçib, məqalə yazmaq: […]