Mektebgushesi

Bakıda daha 6 tələbə qız zəhərləndi

Daha 6 tələbə zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, Təcili tibbi yardıma çağırış bu gecə saat 4:47 də daxil olub: “Təcili tibbi yardım avtomobili ilə Xəzər universitetinin 6 tələbəsi Klinik Тibbi Мərkəzin Toksikologiya şöbəsinə gətirilib. Tələbələrin dəm qazından zəhərləndiyi ehtimal olunur. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. […]

Zəhərlənən tələbənin xəstəxanadan görüntüsü yayıldı – VİDEO

Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qidadan zəhərlənən 1998-ci il təvəllüdlü Dilrubə Quliyevanın görüntüləri yayılıb. Mektebgushesi.az  Unikal.org-a istinadən xəbər verir ki, görüntülər Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində çəkilib. Tələbənin əmisi Elnur İbadov bildirib ki, Dilrubə Quliyevanın bir müddət müalicəsinə davam ediləcək. Onların evə nə vaxt buraxılması ilə bağlı isə hələ dəqiq tarix müəyyənləşdirilməyib.

Prezident BDU-nun 100 illiyi münasibətilə əməkdaşları təltif edib

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az xəbər verir ki, sərəncama əsasən Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Abdullayev Sərhəddin Qubaddin oğlu Göyçayskiy Şövqisəfa Yusifziya oğlu Quliyev Akif […]

Ekologiya orta məktəblərdə tədris olunacaq

İtalya şagirdlərin iqlim dəyişikliyi ilə bağlı təhsil almalarını təmin edən və bu mövzuda məsuliyyət daşıyan ilk ölkə oldu. 2020 –ci ildə iqlim problemləri ilə əlaqədar zəruri dərslərin tədrisinə başlanacaq. İtalyanın təhsil naziri Lorenzo Fioramonti  tədris ilində bu dərslərə 33 saat yer veriləcəyini açıqlayıb. “Belə dərslər sayəsində İtalyanın gələcək nəsli planetimizin qarşı-qarşıya olduğu risklərlə bağlı daha […]

BDU-nun kafedra müdirinin oğlu həbs edilib

Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Alış Qasımovun daxili işlər orqanlarında çalışan oğlu Azər Qasımov həbs edilib. Mektebgushesi.az APA-ya istinadən məlumat verir ki, A. Qasımov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178-ci (dələduzluq) […]

Zəhərlənən tələbələr palataya köçürülüb

Bakı Dövlət Universitetinin zəhərlənən tələbələrinin vəziyyəti stabil kimi qiymətləndirilir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən bildirilib.  Nazirlikdən qeyd edilib ki, onların xəstəxanadan buraxılması hələlik gözlənilmir: “Zəhərlənən tələbələr palataya köçürülüb, onların müalicəsi bir müddət davam edəcək”.  Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına […]

Tədqiqatçı məktəblilər müəyyənləşdiriləcək

Paytaxtın ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, […]

Bakı Konqres Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu” keçiriləcək

Bakı Konqres Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu” keçiriləcək Bu gün Bakı Konqress Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu” keçiriləcək. Forumun əsas məqsədi “Universitet – Məzun” münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq […]

Azərbaycan məktəblisi beynəlxalq olimpiadada medal qazanıb

“Yeni tədris ilinə yeni beynəlxalq nailiyyətlərlə ( GÜMÜŞ medalla) başladıq!!!”. Mektebgushesi.az.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev öz “facebook” hesabında yazıb. “20-24 noyabr 2019 cu il tarixində Bolqarıstanın Shumen şəhərində İnformatika üzrə Beynəlxlaq Payız Turniri ( İnternational Autumn Tournament in İnformatics) keçirilmişdir. Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukraina və […]

Şəkərin dəfnində əmisinin vəziyyəti pisləşdi, Bakıya aparılarkən qəzaya düşdülər: Əmisi qızı ağır yaralandı

Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib.   Mektebgushesi.az Oxu.Az- aistinadən xəbər verir ki, o, ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Lakin burada həkimlər onun müalicəsinin Bakıda davam etdirilməsi ilə bağlı qərar qəbul ediblər.   Bakıya aparılarkən S.Xasmətovun olduğu maşın Qusar-Quba magistralında qəzaya uğrayıb.   […]

Deputatlar ölən tələbənin ailəsinə baş çəkdilər

“Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin VI kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik”. Mektebgushesi.az -ın məlumatına görə, AzEdu.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı […]

Növbəti SAT imtahanı keçiriləcək

Növbəti SAT imtahanın keçiriləcəyi tarix açıqlanıb. AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, dekabrın 7-də növbəti SAT imtahanı keçiriləcək. SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür:http://dim.gov.az/activities/exams/sat/ Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bu imtahanların təşkil olunmasında mərkəz rolunu oynayır.

İngilis dili Müəllimlərinin nəzərinə

İnsan resursları mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə bal və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir. Mektebgusshesi.az xəbər verir ki, qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə […]

Ölkəni tərk etmədən xarici universietin diplomunu almaq mümkün olacaq – VİDEO

Azərbaycanlı tələbələr ölkəni tərk etmədən dünyanın nüfuzlu univeristetlərinin diplomlarını ala biləcək. Bu yenilik xarici professorların Azərbaycana gəlməsi ilə mümkün olacaq. Bunun üçün Nazirlər Kabineti beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydalarını təsdiq edib. Xezerxeber.az-ın məlumatına görə, universitetlər bu sahədə Dövlət Neft Fondu, beynəlxalq təşkilatlar, xarici və yerli investorların vəsaitlərindən müəyyən edilən qaydalar çərçivəsində istifadə […]

Qida zəhərlənməsi qan qusmağa səbəb olmur – Tələbələrlə bağlı MÜƏMMA

Bakı Dövlət Universitetinin 2№-li yataqxanasındakı ölümlə nəticələnmiş zəhərlənmə hadisəsi ətrafında yeni müzakirələr açılıb. Mektebgushesi.az Modern.az-a istinadla xəbər verir ki,  müzakirələr zəhərlənmiş qızların ağızlarından qan gəlməsi ilə bağlıdır. Xatırladaq ki, Səhiyyə Nazirliyinin hadisə ilə bağlı 21 noyabr tarixində yaydığı ilkin məlumatda deyilir: “Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil […]