Mektebgushesi

Nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonunda olub

Dekabrın 17-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Balakən rayonuna səfəri çərçivəsində təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Qabaqçöl qəsəbə Şərif kənd tam orta məktəbində olub. Mektebgushesi.az xəbər verir ki, nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, ən müasir […]

Təhsil İnstitutu valideyn və müəllimlərə müraciət edib

“Bu gün Azərbaycan məktəblərində kifayət qədər istedadlı şagirdlər olsa da, onların dəqiq sayını demək çətindir. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib. Onun sözlərinə görə, Azərbaycan üzrə fənn müsabiqələrində bölgələrin ən yaxşı şagirdləri iştirak edir: “Bu müsabiqələrdə iştirak edən şagird sayının 23-30 min olması o deməkdir ki, bizim […]

Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının qarşısında Şirməmməd Hüseynovun barelyefi açılıb

Bu gün Bakı Dövlət Universitetinin professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 17-də Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının qarşısında görkəm alim Şirməmməd Hüseynovun barelyefi açılıb. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir […]

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasının medalçıları

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında 4 gümüş və 2 bürünc medal qazanan şagirdlərimiz 100 faiz nəticə göstərərək ölkələrin reytinq siyahısında yuxarı mövqedə qərarlaşıb. Təhsil nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə. 2004-cü ildən etibarən bu olimpiadaya qatılan Azərbaycan şagirdləri tərəfindən ümumilikdə 4 gümüş və 38 bürünc medal qazanılıb. Cari ildə isə şagirdlərimiz uğur əldə etməklə medalların […]

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 2019-cu il dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Mektebgushesi.az -a DİM-dən verilən məlumata görə, test imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcək. İmtahanda iştirak üçün 252 nəfərin namizədliyi qeydə alınıb. İmtahan kompüterlər vasitəsilə […]

Təhsil naziri: “Yeni əsasla doktoranturaya qəbulda xarici dil imtahanının nəticəsi ilkin mərhələdə nəzərə alınacaq”

Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək. Mektebgushesi.az “Report”-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların nəticəsi əsasında və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: “Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq […]

Bu il 110 min tələbənin təqaüdü 20 faiz artırılıb

2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil olan, 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb. Mektebgushesi.az– ın Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun […]

Nazir dünya üçüncüsü olan şagirdə medal təqdim edib

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 48 ildir ki təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Mektebgushesi.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, verilən məlumata görə, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayında start verilən növbəti […]

18 direktor işdən çıxarılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.  Mektebgushesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı BŞTİ-nin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı açıqlamasında bildirib. Qeyd edib ki, cari ildə 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub. 13 direktorun iş yeri dəyişdirilib. […]

Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaqlar!

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilmişdir. Lakin təəssüflər […]

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

Respublika Velotrekində “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhərinin məktəb komandaları arasında keçirilən veloidman üzrə yarışlara yekun vurulub. Nəticədə I yerə 308 nömrəli, II yerə 29 nömrəli, III yerə isə  111 nömrəli məktəb komandaları layiq görülüb. Mektebgushesi.az xəbər verir ki, birincilik Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII […]

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib. Mektebgushesi.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir. Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək […]

DİM: – Kolleclərin xüsusi qabiliyyət imtahanlarında yeniliklər olacaq

Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi konfrans keçirilib. Mektebgushesi.az Azedu.az -a istinadən xəbər verir ki, seminar bu istiqamət üzrə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçirilmiş qəbul imtahanlarının təhlilinə və 2020/2021-ci tədris ili üçün keçiriləcək musiqi nəzəriyyəsi və solfecio imtahanının məzmununa həsr edilib. Seminarda, həmçinin tam və […]

Reyhan Camalova dünya üzrə seçilmiş 15 nəfərdən biri olub

lı gənc ixtiraçı Reyhan Camalova “Global Good Fund” Təqaüd Proqramında dünya üzrə 2600 müraciətin arasından seçilmiş 15 nəfərdən biri olub. Mektebgushesi.az -ın məlumatına görə, bu barədə R.Camalova özü məlumat yayıb. “Bu təşkilat sosial sahibkarlara liderlik bacarıqlarını və bizneslərini inkişaf etdirmək üçün sərmayə qoyur. Mən dünyanın ən aktual məsələlərini həll edən istedadlı gənclərin qrupuna qoşulduğum üçün […]

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron rayonunda gənc müəllimlərlə görüşüb. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə Abşeron, Xırdalan, Şuşa və Zəngilan şəhər (rayon) ümumtəhsil məktəblərində fəaliyyət göstərən 400-dən çox müəllim iştirak edib. Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər […]