Mektebgushesi

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

Dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Tədbir […]

Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, diaqnostik qiymətləndirmə dekabrın 24-dən 28-dək Azərbaycan Dövlət İqtisad Universitetinin 2 nömrəli tədris binasında keçiriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab […]

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Şəkiyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Şəki şəhəri 11 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri müəllimin hər bir şəxsin formalaşmasında, təhsilin keyfiyyətinin inkişafında mühüm rolundan danışıb. Ceyhun Bayramov son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, […]

Bakı məktəbliləri beynəlxalq festivalda

Paytaxt məktəbliləri “Zima-2019” beynəlxalq uşaq festivalının final mərhələsində uğurla çıxış ediblər. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 17 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ömər Nəcəfov, 32 nömrəli tam orta məktəbin X sinif şagirdi Niyaz Qurbanov, 60 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəxriyyə Əliyeva, 102 nömrəli tam orta […]

Təhsil naziri müəllimlərin maaşlarının artımından danışıb

“Ölkə başçısı tərəfindən imzalanmış  “Təhsilin inkişafı üzrə Dövlət Stratergiyasi” istiqamətində aparılan işlər arasında ən çox müsbət nəticə əldə etdiyimiz müəllim amilinin, peşəsinin nüfuzunun artırılmasıdır.  Bu  görülən digər  işlərdən xeyli dərəcədə fərqlənir. Burada əməkhaqqı amili vacibdir və bu istiqamətdə sistemli, davamlı addımlar atılır”.  Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov […]

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. Vakant vəzifələr Ərəbdilli əlyazmaların tədqiqi şöbəsində aparıcı elmi işçi 2 yer, Şəxsi arxivlərin tədqiqi şöbəsində aparıcı elmi işçi 1 yer, Kitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbəsində aparıcı elmi işçi 1 yer, Əlyazmaların bərpası və gigiyenası laboratoriyasında aparıcı elmi işçi 1 yerdir. […]

Təqvim ilinin təhsil statistikası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur. 2019-2020-ci tədris ilində ümumi təhsil məktəblərinin I […]

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 511, BB qrupu üzrə 1756, ümumilikdə isə 2267 […]

“BP Azerbaijan” ali təhsil üçün tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib

“BP Azerbaijan” şirkəti idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib. Bunlar şirkətin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitindən ilk 3 dərsliyin tərcüməsidir. Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu 3 dərslik beynəlxalq miqyasda ən geniş yayılmış kitablar arasındadır. Onlar […]

“Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər” mövzusunda konfrans

Dekabrın 18-də “Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər” mövzusunda konfrans keçirilib. Konfransda Prezident Adminstrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Təhsil naziri Ceyhun Bayramov, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil işçiləri, tanınmış ictimaiyyət nümayəndələri və digər şəxslər […]

Paytaxt məktəbliləri Beynəlxalq idman yarışlarından nailiyyətlərlə qayıdıb

Daha bir qrup paytaxt beynəlxalq yarışlardan parlaq nailiyyətlərlə qayıdıb. Mektebgushesi.az xəbər verir ki, paytaxtdakı 81 nömrəli tam orta məktəbin şagirdi Günel Nəsirova karatenin şotakan növü üzrə dünya kubokunda 14-15 yaşlı yeniyetmələr arasında birinci yerə layiq görülərək, diplom və medalla təltif edilib. Yaponiyada keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaşlı gimnastlar […]

AzTU-da “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” beynəlxalq konfransı keçirilir

Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Təhsil Nazirliyi, AzTU və Türkiyə Cümhuriyyəti Yükseköğretim Kalite Kurulunun təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya” I beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb. Mektebgushesi.az xəbər verir ki, iştirakçılar əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi […]

6 dil üzrə mütəxəssislər və tərcüməçilər axtarılır

Azərbaycanın aparıcı ali təhsil müəsisələri, dövlət orqanları ilə birgə “Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib. “Report”un məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Bu dilləri bilən və aşağıdakı parametrlərə […]

Hansı tələbələr xarici universitetdən yerli ali məktəblərə köçürülə bilər

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülmə prosesi Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Xatırladaq ki, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət universitetinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə […]

“Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq istəyənlər 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz. Qeyd edək ki, “Your English Voice” müsabiqəsi […]