Mektebgushesi

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illiyi qeyd olunub

Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illiyi münasibətilə tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb. Tədbir Azərbaycan Respublikasının […]

BMU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətləri və tənqidi görüşləri” adlı seminar keçirilib. Kafedranın professoru Akif Hüseynli seminarın Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına əsasən təşkil olunduğunu bildirib. […]

Diaqnostik qiymətləndirmədə 2 namizədin nəticəsi ləğv edilib

Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında indiyədək 768 namizəd iştirak edib. Mektebgushesi.az xəbər verir ki, imtahan qaydalarını kobud surətdə pozan 2 namizədin nəticəsi ləğv olunaraq imtahandan kənarlaşdırılıb. Qeyd edək ki, diaqnostik qiymətləndirilmə imtahanında 2700-ə axın psixoloqun iştirakı gözlənilir.

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Təhsil nazirinin müavini Firudin Qurbanov “Liderliyin inkişafı proqramı” çərçivəsində Almaniya, Fransa, Gürcüstan, Ukrayna və Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı nazir müavini təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, son illərdə bu sahədə mühüm strategiya və proqramların qəbul edildiyini diqqətə çatdırıb. Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə […]

Bakı məktəbliləri Beynəlxalq idman yarışlarında uğur qazanıblar

Bakı məktəblilərinin müxtəlif beynəlxalq yarışlarda əldə etdiyi qələbələrin sayı durmadan artır. Mektebgushesi.az xəbər verir ki, paytaxtdakı 13 nömrəli tam orta məktəb üç şagirdinin qələbə sevincini birdən yaşayır. Belə ki, məktəbin XI sinif şagirdi Ləman Mehdizadə kempo idman növü üzrə Bakıda keçirilən Avropa çempionatında birinciliyi qazanaraq qızıl medal və diplomla təltif olunub. Məktəbin IX sinif şagirdi […]

DİM doktorantura və dissertanturaya hazırlaşanlara xarici dillər üzrə qəbul proqramını təqdim edir

Məlum olduğu kimi Nazirlər Kabinetinin qərarı ilə cari ildən doktoranturada xarici dil imtahanı Dövlət İmtahan  Mərkəzi tərəfindən  keçirilir. Mektebgushesi.az xəbər verir ki, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Qəbul imtahanında xarici dillərə yiyələnmə […]

Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günləri təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”. Mektebgushesi.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib. “Yanvar […]

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi […]

Bakı Dövlət Universitetindən tələbələrin etirazına münasibət

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasında “Pulsuz təhsil” şüarı əks olunan şəkil sosial şəbəkələrdə paylaşılıb. Mektebgushesi.az  xəbər verir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. O saytımıza açqılamasında məsələyə qısa olaraq cavab verib: “Hazırda məsələ araşdırılır. Tam araşdırılandan sonra ətraflı məlumat veriləcək”  Xatırladaq ki, […]

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

25 yanvar 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 25 yanvar 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə […]

Qəbul imtahanlarının keçirilmə vaxtı məlum oldu

“Baza fənləri üzrə  mart, aprel aylarında, ixtisas fənləri üzrə imtahanlar isə iyul ayında keçiriləcək. Baza imtahanlarında III, IV, V, VI  kurs tələbələri iştirak etdiyi halda, ixtisas imtahanlarına yalnız VI  kurs, yəni  tibb təhsilini tamamlamış namizədlər iştirak edə bilər”. Mektebgushesi.az AzEdu.az- istinadən xəbər verir ki, bu sözləri DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev  rezidenturaya […]

DİM rezidenturaya qəbul qaydalarında dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib

Bu gün Dövlət İmtahan Mərkəzində DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Rezidentura üzrə sektorun baş məsləhətçisi Nəsimi Məmmədov və KİV nümayəndələrinin iştirakı ilə rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə əlaqədar mətbuat konfransı keçirilib. Mərkəzdən Mektebgushesi.az -a bildirilib ki, mətbuat konfransında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq […]

Dövlət Qulluğuna test imtahan mərhələsindən keçənlərin Qeydiyyatı başlayır

Test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb Mektebgushesi.az xəbər verir ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün dekabrın 22-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 24 dekabr saat 10:00-dan 9 yanvar saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını […]

Psixoloqların Diaqnostik qiymətləndirmə imtahanları başlayıb

Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına start verilir. Mektebgushesi.az xəbər verir ki, diaqnostik qiymətləndirilmə imtahanında 2700-ə yaxın psixoloqun iştirakı gözlənilir. Qeyd edək ki, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə […]

“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 193  nömrəli  tam orta məktəbin komandası I, 244 və 282 nömrəli  tam orta məktəblərin komandaları II, 29, 211 və 245 nömrəli  tam orta məktəblərinin komandaları isə III  yerə layiq görülüblər. Qalib komandalar BŞTİ […]