Mektebgushesi

Qardaş ölkə məktəblilərinin birgə layihəsi

Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” adlı layihə həyata keçirilir. Mektebgushesi.az xəbər verir ki, layihənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək, xalqlarımız arasındakı münasibətlərdə yeni səhifə açmaqdan ibarətdir. Layihə çərçivəsində Türkiyənin Ankara şəhərindəki Mamak Ali Kuşçu məktəbinin şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 47 nömrəli tam orta […]

“Nəsillərin debatı” keçiriləcək

  Psixologiya Elmi-Tədqiqat İnstitutu 2 Fevral – Gənclər Günü münasibətilə “Nəsillərin Debatı – elmin fonunda” adlı layihə təşkil edir. Mektebgushesi.az xəbər verir ki, Layihə çərçivəsində öz sahəsində tanınmış 4 peşəkar şəxs sizin görüşünüzə gələcək:  1. Fuad Əsədov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu. Mövzu: Elm və elmi baxış.  2. Gülər Məmmədova – […]

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31 yanvar tarixi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.  Mektebgushesi.az –ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurub. Siyasi fəaliyyətinə görə, […]

Çilov adasında “girov qalan” müəllimlər evlərinə qayıtdı

Bir neçə gündür hava şəraiti ilə əlaqədar Çilov adasında qalan Bakıdan olan müəllimlər bu gün evlərinə dönüblər. Mektebgushesi.az xəbər veir ki, bu barədə Axar.az-a Bakı Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, problem bu gün həllini tapıb: “Məktəblə də dəqiqləşdirmişik. Bu gün səhərdən etibarən gəmi işləyib. Bu cür hallar hava şəraiti ilə əlaqədar […]

ABŞ-da erməni məktəblərində Türkiyə bayrağı asıldı

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən erməni tədris ocaqlarında türklərlə ermənilər arasında gərginlik yaşanıb. Azvision.az “NBC Los Angeles” telekanalına istinadən xəbər verir ki, ermənilərə məxsus və “Manukyan Demirchyan College” təhsil müəssisələrinin darvazalarında, binaların üzərində və pilləkənlərində Türkiyənin bayraqları asılıb.  Ötən gün səhər saatlarında baş verən bu hadisə erməniləri hiddətləndirib. Buna cavab olaraq dərhal Türkiyə bayraqlarını endirərək […]

DİM: Dövlət qulluğu üzrə 52 nəfər vəzifəyə uyğun bilinib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir. DİM-dən  mektebgushesi.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 30-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 52 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların […]

Ödənişli əsaslarla təhsil alan tələbəyə hansı hallarda təqaüd ödənir?

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə tələbələrə təqaüd ödənir. 2015-ci ildən öncə isə, yalnız dövlət hesabına (pulsuz) təhsil alan və kəsiri olmayan tələbələrə təqaüd verilirdi. Sərəncam qüvvəyə mindikdən sonra ödənişli […]

Təhsil naziri Şagirdlər arasında müsabiqə keçirilməsi ilə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Mektebgushesi.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir. Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı […]

Kaliforniyada yaşayan azərbaycanlı alim

Qəribliyin nə olduğunu erkən gəncliyindən yaxşı bilir. İlk dəfə Leninqradda (indiki Sankt Peterburq) tələbə olarkən, indi də Amerikada. Amma o, yaşadığı ölkələrdə qarşılaşdığı çətinliklərə sinə gərə bilib, qürbətdə özünə bir vətən yaradıb- balaca Azərbaycan. Yaratdığı bu balaca Azərbaycanda həm özü yaşayır, həm də onu uzaq Amerikada yaşada bilir.Haqqında söhbət açdığım Zərifə Musayeva Sabirabad rayonunda dünyaya gəlib. Körpə […]

Çilov adasında “girov” qalan müəllimlərdən xəbər var

Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimlərinin adada əsir kimi qalmaları barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər. Mektebgushesi.az xəbər verir ki, məsələ ilə bağlı Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəbdən AzEdu.az-ın sorğusuna cavab verilib. “Çilov adasında fəaliyyət göstərən […]

2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək. Mektebgushesi.az xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq. Sınaq imtahanına qeydiyyat 4 fevral saat […]

“Nəsimi ili” ilə bağlı respublika səviyyəli elmi konfrans keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda illik plan işlərinin müzakirəsi ilə əlaqədar iclas keçirilib. İnstitutdan mektebgushesi.az-a bildirilib ki, iclasda Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunmasını nəzərə alaraq Elm Tarixi İnstitutu tərəfindən respublika səviyyəli elmi konfransın keçirilməsi qərara alınıb. İclas zamanı, həmçinin Elm Tarixi İnstitutunun əməkdaşları tərəfindən il ərzində yerinə […]

İsmayıl Şıxlının 100 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.  Mektebgushesi.az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər. Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd […]

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

Fevralın 12-dən 14-dək “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən  mektebgushesi.az -a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. “Sabahın […]

DİM-in intellektual mülkiyyətindən qanunsuz istifadə ilə bağlı xəbərdarlıq etdi

Son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşmışlar. Mərkəzdən mektebgushesi.az – a bildirilib ki, onlar imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi-metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında […]