Mektebgushesi

Yerevanda universitet əməkdaşları etiraz aksiyası keçirir

Yerevan Dövlət Universitetinin 200-ə yaxın əməkdaşı paytaxtda etiraz aksiyası keçirir. Mektebgushesi.az Trend-ə əsasən bildirir ki, aksiya iştirakçıları hökumətin yeni qərarına etiraz edir. Yeni qərara əsasən elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər keçirilməlidir. Bu tenderlərdə özəl şirkətlər iştirak edə bilər. Etirazçılar bildirir ki, bu qərara elmi laboratoriyaların 450-yə yaxın əməkdaşının işsiz qalmasına səbəb olacaq.

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu sabah başa çatır

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə fevralın 1-dən başlayan elektron sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, transfer.edu.az portalı vasitəsilə aparılan sənəd qəbulu fevralın 7-də başa çatacaq. Portala müraciət edən şəxslər köçürülmək […]

Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması ilə bağlı təlimlərə başlanılıb

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimlərə başlanılıb. Təlimlər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunur. Təlimlərə Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq ekspertlər tərəfindən […]

Zəlzələ zamanı Şamaxı və İsmayıllıda 5 məktəbdə çatlar əmələ gəlib

Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.  Mektebgushesi.az Report-a istinadən bildirir ki, , zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib. Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.

2019-cu ildə keçiriləcək bir neçə imtahanın dəqiq tarixini elan edib

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini elan edib.  10 fevral – dövlət qulluğu ilə bağlı sınaq imtahanı; 10 fevral – 2019-cu ilin qəbul modelinə uyğun yeni təhsil proqramları üzrə keçiriləcək sınaq imtahanı ; 17 fevral – peşə liseyləri üzrə buraxılış imtahanı; 17 fevral -İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı(B növü). […]

Magistraturaya qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 12:30-dan etibarən elan edib. Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək […]

Təhsil Naziliyinin əməkdaşları “Təməl” verilişinində sualları cavablandıracaq

Məktəbdaxili qiymətləndirmə ilə bağlı müəllim və valideynləri maraqlandıran əsas suallar hansılardır? Fevralın 6-da saat 16.00-da Cəsarət Valehovun təqdimatında “Təməl” verilişinin “Həftənin sualı” buraxılışı Təhsil Naziliyinin “Facebook” səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. Verilişin qonağı Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev olacaq. Sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz. Mektebgushesi.az

DİM-in elektron xidmətlərində “Şəxsi kabinet” yaradanların nəzərinə!

“Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası […]

Vakant direktor vəzifələrinin tutulması üçün 228 namizəd təsdiq olunub

Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, müsahibənin nəticələrinə görə, 228 namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək. Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün […]

AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrılıb

AMEA-nın Rəyasət Heyəti aparatının işlər idarəsi və Azad Həmkarlar İttifaqının birgə iclası keçirilib. AMEA-dan  Mektebgushesi.az-a bildirilib ki, iclasda işlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının […]

Tələbə köçürülmələrinin bitməsinə 3 gün qalıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb. Mektebgushesi.az xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək […]

Yerevan Dövlət Universitetinin 450 əməkdaşı işdən çıxarılıb

 Yerevan Dövlət Universitetinin 450 əməkdaşı işdən azad edilib.Mektebgushesi.az -ın məlumatına görə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ali məktəbin əməkdaşı, elm və təhsil nazirinin keçmiş müavini Vaqram Mkrtçyan bildirib.Onun sözlərinə görə, buna dair bildiriş alıblar.Məlumata görə, işdən çıxarılmalar Ermənistan hökumətinin 2018-ci ilin dekabrın 27-də qəbul etdiyi qərar əsasında həyata keçirilib. Bildirişdə qeyd olunub […]

BŞİH: Bakıdakı bağçalarda qızılca və “donuz qripi”nə yoluxma halı qeydə alınmayıb

Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (“donuz qripi”) yoluxma faktı qeydə alınmayıb. Mektebgushesi.az bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib. Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.

lisey müəllimi Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb – Yenilik

Bakıda fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kimya müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Firudin Quliyev Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb. Mektebgushesi.az xəbər verir ki, F.Quliyev 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1981-2014-cü illərdə AMEA-nın Kimya İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. 1984-1986-cı illərdə AMEA-da aspiranturada təhsilini […]

AMEA “Magistr-2019” müsabiqəsini elan edir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, akademiyada “Magistr-2019” müsabiqəsi elan olunur Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir. Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən […]