Mektebgushesi

DİM müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib. DİM-dən mektebgushesi.az  -a verilən məlumata görə, müsahibəyə 6 dövlət orqanında mövcud olan 40 vakant vəzifə çıxarılıb. Ümumilikdə 89 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsabiqə vəziyyəti ən çox İqtisadiyyat Nazirliyinin daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), […]

Ədliyyə Nazirliyi bakalavr və magistrləri işə dəvət edir

Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, mütəmadi görüşlər keçirilir. Mektebgushesi.az -ın Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 5 ildə şəffaf seçimlər əsasında 2000-dən çox gənc hüquqşünas qulluğa qəbul olunub, onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu […]

“SABAH III” Karyera Qış Məktəbi başlayır

Fevralın 12-də Qubada “SABAH III” Karyera Qış Məktəbi öz işinə başlayacaq. Təhsil Nazirliyindən mektebgushesi.az –a bildiriblər ki, “SABAH III” Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq. […]

Səhiyyə Nazirliyindən Bakıda virusdan ölən tələbə qızla bağlı açıqlama

“Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təstiqini tapmayıb”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a məlumat verilib.  Qeyd olunub ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. “Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr […]

DİM qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək

Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq Mektebgushesi.az xəbər verir ki, , bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Lakin Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mütamadi […]

Tələbələrin köçürülməsi üçün qeydiyyat başa çatıb

Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Mektebgushesi.az xəbər verirki, sözügedən prosesə fevralın 1-də start verilib. Portala müraciət etmiş tələbələr köçürülmək istədiyi təhsil müəssisəsini seçmək […]

600 bal toplayan tələbə qızın virusdan öldüyü deyilir – Fotolar

Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qızın anası İlhamə İgidova Baku.ws-ə bildirib ki, övladı virusa yoluxubmuş. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib. Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra “Bakı Medical […]

Bakı məktəblərinə işə qəbul üzrə 2 923 nəfər qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 923 şəxsin müraciəti http://musabiqe.baku.edu.az/   […]

İdman Akademiyası jurnalistlər hazırlayacaq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr ixtisası üzrə 2019-2020-ci akademik dərs ili üçün növbəti qəbulu elan edir.  Mektebgushesi.az xəbər verir ki, “İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin elan etdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etməlidirlər. Bunun üçün cari ilin 11 Fevral tarixinədək […]

Təhsil Naziri Ucarda vətəndaşlarla görüşəcək

Təhsil naziri Ceyhun Bayramov 15 fevral 2019-cu il tarixində saat 11:00-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Kürdəmir, Göyçay rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Mektebgushesi.az […]

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək

Fevralın 12-dən 14-dək “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən  mektebgushesi.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə (63-ü fərdi, 124-ü isə kollektiv) üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. “Sabahın alimləri” VIII Respublika […]

Aİİ tədrisin elektron idarə edilməsi sisteminə keçidlə bağlı müzakirələr aparır

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizin qabaqcıl informasiya texnologiyaları şirkətlərindən biri olan “Neuron Technologies” ilə görüş təşkil olunub. İnstitutun rektoru Ceyhun Məmmədov şirkətin direktoru İsmayıl Ələkbərovu qəbul edib, layihənin tətbiqi ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, rektor Ceyhun Məmmədov bildirib ki, “Azərbaycan İlahiyyat İnstitutunda təhsilin müasir texnologiyalar əsasında inkişafı və tədrisin şəffaflığının […]

Abituriyentlər üçün yeni modelə uyğun sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.  Mektebgushesi.az  DİM- ə istinadən xəbər verir ki,  sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.  I qrup II qrup III […]

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu bu gün başa çatır

Bu gün tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır. Mektebgushesi.az  Transfer.edu.az -a istinadən xəbər verir ki, sənəd qəbulu bu gün saat 00:00-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək […]

Şagirdlər arasında qızılca və A (H1N1) virusunun yayılmasına aydınlıq gətirilib – Rəsmi

Təhsil Nazirliyi Azərbaycanda şagirdlər və müəllimlər arasında qızılca və A (H1N1) virusuna rast gəlinib-gəlinməməsi məsələsinə aydınlıq gətirib. Mektebgushesi.az xəbər verir ki, Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər və müəllimlər arasında sözügedən virusların yayılması barədə Təhsil Nazirliyinə rəsmi məlumat daxil olmayıb. Qeyd edək ki, ölkənin baş infeksionisti Cəlal İsayev yoluxma hallarının, adətən, yaşlı insanlar, əsasən də, tələbələr, yuxarı sinif […]