Mektebgushesi

Buraxılış və qəbul imtahanlarına dair təlimat təsdiq edilib

DİM Direktorlar Şurası tərəfindən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına dair TƏLİMAT təsdiq edilib. Mektebgushesi.az Təlimatda imtahanda iştirak edən, əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin kateqoriyaları, istifadə olunan əsas anlayışlar, imtahanda ayrı-ayrı kateqoriyalardan olan əlilliyi olan […]

FHN: ADNSU-da yanğın olması barədə məlumatlar yalandır

FHN ADNSU-da yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib. Mektebgushesi.az xəbər verir ki, FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib ki, bu gün axşam nazirliyin “112” xidmətinə ADNSU-da yanğın olması barədə məlumat daxil olub.Daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər çıxıb. Lakin məlumat təsdiqini tapmayıb: “Yanğın olması barədə yayılan məlumatlar yalandır”.

Müəllimlərin işə qəbulunda yenilik

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib. “Təhsil haqqında” Azərbaycan Respublikasının […]

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq. Həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək. Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 […]

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci il 2 fevral tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, […]

Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Bu ilin ilk 3 ayı ərzində magistratura və doktoranturaya qəbul imtahanlarının, eləcə də sınaq imtahanlarının vaxtı açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçiriləcək. Fevralın 2-də isə magistraturaya qəbul olmaq istəyənlər kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı verəcəklər. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına […]

20 Yanvar faciəsindən 30 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir. Mektebgushesi.az -ın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunacaq. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı […]

Murad Camalzadə: Müəllimlərə “Telegram” kanalına qoşulmağı tövsiyə edirəm

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (https://t.me/edugovaz) istifadəyə verilib. Kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirilən layihələr barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir müavini Murad Camalzadə  kanal barəsində bir sıra zəruri bilgiləri vurğulayıb:   1. Müvafiq sahə üzrə təhrif […]

İmtahanlara qeydiyyat başlanılıb

Dövlət İmtahan Mərkəzi sınaq imtahanlarına qeydiyyata start verib. Mektebgushesi.az xəbər verir ki,   buraxılış və qəbul proqramı üzrə sınaq  imtahları onlayn şəkildə keçiriləcək. İmtahanlar  həm Azərbaycan, həm də  rus bölməsinin şagirdləri üçün nəzərdə tutulur.  Belə ki, IX sinif şagirdləri buraxılış, XI sinif şagirdləri isə ali məktəblərə qəbulun I, eləcə də II mərhələ -fənn blokları üzrə imtahanda iştirak […]

Müəllimlərin sertifaktlaşdırılması keçiriləcək

Azərbaycan Respublikası  “Təhsil haqqında Qanun”-una edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin telegram səhifəsində məlumat qeyd olunub. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması […]

Bakıda tərbiyəçi uşaq evində azyaşlını döydü – VİDEO

Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllim uşağı döyür, daha sonra videoya çəkildiyini görüb, onu qucaqlayır. Məsələ ilə bağlı Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq evi ilə əlaqə saxladıq. Mektebgushesi.az xəbər verir ki, direktor Sevda Hacıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən ilin dekabrın […]

Ceyhun Bayramovdan yeni təyinat

Təhsil Nazirliyində kadr dəyişikliyi olub. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, Orxan Abbasov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. O.Abbasov bundan əvvəl Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb.(Oxu.az)

Azərbaycanlı tələbə İtaliyada itkin düşüb

Mektebgushesi.az xəbər verir ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Əliquşad Xadırov 4-cü Polis Bölməsinə müraciət edərək, 24 yaşlı oğlu Cavid Xıdırlının yanvarın 10-da Turində itkin düşdüyünü bildirib.

İlk üç ay müddətində keçiriləcək imtahanların vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi ilk üç ay müddətində keçiriləcək imtahanların vaxtını açıqlayıb. Mektebgushesi.az xəbər verir ki, dövlət qulluğuna qəbul imtahanlarının qrafikləri elan olunub. Belə ki, elektron və kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar 26 yanvar, 16, fevral, 15 mart tarixlərində keşiriləcək. Elektron sınaq imtahanlarının isə 17, 22, 29 yanvar tarıxlərində keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, vəkillər kollegiyasına […]

Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət verilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlara, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrinə dövlət qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test […]