Mektebgushesi

2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq

Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransında deyib. Nazir bildirib ki, 2019-cu ildə dövlət hesabına təhsil alan […]

Bu gün Dünya Ekoloji Təhsil Günüdür

26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır. Mektebgushesi.az “anydayguide.com” saytına istinadla xəbər verir ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” konfransında […]

İt dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verib.  Mektebgushesi.az xəbər verir ki, qurumdan AzEdu.az-a bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad dekabr ayının 29-u saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də […]

Magistraturaya qeydiyyat davam edir

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 2-də keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir. Mektebgushesi.az xəbər verir ki, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq. […]

Polis məktəbdən uşaq oğurluğunda ittiham olunan qadını saxlayıb

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”. Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzEdu.az-a açıqlamasında bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, […]

Baş Polis İdarəsi məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb. İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: “Tərəfimizdən müvafiq araşdırmalar aparılır”. Xatırladaq ki, “Whatsapp” sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan […]

Tələbələr arasında “Azərbaycan naminə” adlı esse müsabiqəsi elan edilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yeni layihəyə start verib.  Mektebgushesi.az xəbər verir ki, layihə əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında “Azərbaycan naminə” adlı esse müsabiqəsi elan edib.  Müsabiqədə yalnız aşağıda adları qeyd edilən UNİVERSİTETLƏRİN tələbələri iştirak edə bilər.  1- BAKI DÖVLƏT UNİVERSİTETİ2- DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI3- BAKI […]

DİM qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. Mektebgushesi.az xəbər verir ki,  2019-cu il 25 noyabr tarixində keçirilən iclasda 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası […]

Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq aydınlaşıb

Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiyməntləndirilməsi ilə sertifikatlaşdırılması arasındakı fərqi açıqlayıb. Nazirlikdən Mektebgushesi.az-a bildirilib ki, diaqnostik qiymətləndirmə  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Sertifikatlaşdırma isə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur və burada dövlət ümumi təhsil və peşə təhsili […]

Magistraturaya qəbul qaydaları açıqlanıb

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1‑ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib. Mektebgushesi.az xəbər verir ki, jurnalı DİM-in aşağıdakı ünvanlarda […]

Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin ilk 3 ayı ərzində keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan edilib. 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 19-da, […]

Təhsil Nazirliyi şagirdlərin geyim formalarının təsvirlərini müzakirəyə çıxarıb

2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır. Mektebgushesi.az -ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq […]

DİM – Universitetlərə qəbul imtahanlarının vaxtı məlum oldu

Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Mektebgushesi.az xəbər verir ki,  artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub. Ali təhsil müəssisələrinə I […]

2020-ci ildə keçiriləcək imtahanların tarixləri haqqında məlumat

2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul […]