Mektebgushesi

Nadir İsrafilov: “Dərsliklərlə bağlı iradlara vaxtında reaksiya verilsəydi…”

Ümid edək ki, AzEdu.az-ın  nəzdində yaradılan mərkəz Dərsliklərin Monitorinqində yeni mərhələ olacaq. “Dərslik şagirdlərin əsas tədris vasaiti, bilik mənbəyi hesab olunur. Şagirdlər lazımi biliklərə yiyələnmək üçün bu vəsaitlərdən istifadə edirlər.​ Bu səbəbdən də dərsliklər asan dildə yazılmalı, sadə cümlələrdən istifadə olunmalı, dil qaydalarına düzgün əməl edilməli, ən başlıcası isə ibtidai və yuxarı siniflərin yaş səviyyəsi nəzərə […]

Ədalət Muradov: “Saxta “erməni soyqırımı”nın qəbul edilməsi ikili standartların bariz nümünəsidir”

Amerika prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi dünya siyasətində müasir dövrdə hökm sürən ikili standartların ən bariz nümünəsidir. Tarixi hadisələri və faktları inkar edən erməni “tarixçiləri” və siyasətçiləri Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələri saxtalaşdıraraq Türkiyə Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmişlər. Əslində nə baş vermişdir. Birinci Dünya müharibəsi zamanı […]

Azərbaycanda son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, […]

Azərbaycanda koronavirusa yoluxanların son statistikası

Azərbaycanda  son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 […]

Ekspert: “Yataqda uzanıb dərs keçmək hansı prosedura uyğun gəlir?” – VİDEO

Mart ayından etibarən təhsilin onlayn distant qaydada tədrisi həm müəllimlər, həm də şagirdlərdə müəyyən çaşqınlıq yaradıb. Bir çox müəllimlər şagirdlərin onlayn dərsdə davranış qaydalarını bilmədiklərindən şikayətlənir. Elə Bakı Dövlət Universitetində yaşanan son hadisə də buna misaldır. Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” verilişi maraqlı süjet hazırlayıb. Ekspertlər bildirir ki, müəllimlərin çoxu onlayn proqramlarda alətlərdən düzgün istifadə qaydasını bilmir. Ekspert Namiq […]

Tarix Muzeyində Şuşa qalasının gümüş açarı saxlanılır

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarı saxlanılır. Mektebgushesi.az xəbər verir ki, açarlar çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülüb, müxtəlif yollarla Azərbaycandan çıxarılıb və 1888-ci ildə Tiflisdə açılmış Qafqaz Hərb Tarixi Muzeyinə verilib. 1924-cü ildə dövlətçilik atributu sayılan bir neçə xanlığın bayraqları, Gəncə xanı Cavad xanın buncuğu, Qarabağ […]

Düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi – RƏSMİ

Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Həyata keçirilən fəaliyyətlər nəticəsində […]

Düşmənin atəşə tutduğu məktəbdə son vəziyyət – VİDEO

Goranboy rayonunun Qaraçinar kənd orta məktəbi düşmən hücumuna məruz qalıb. Baku TV xəbər verir ki, düşmənin atdığı mərmi məktəbin pəncərəsindən içəri daxil olub, sinifləri və dəhlizi tamamilə yararsız hala salıb. Kənd sakininin sözlərinə görə, ermənilər saat 06:00-dan kəndi mərmi atəşinə tutub. Xoşbəxtlikdən o saatlarda məktəbdə heç kim olmadığından ölən və xəsarət alan olmayıb.https://player.baku.tv/embed/25751

Azərbaycan Ordusu ermənilərin Füzuli istiqamətində taborunu atəşə tutub, düşmən xeyli itki verib

Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən  Mektebgushesi.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutub. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 “OSA”sı məhv edildi

Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Nazirlik qeyd edir ki, əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi […]

Daha 2 sinif distant təhsilə keçirilib

Bu gün daha 2 sinif distant təhsilə keçirilib.  Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, buna səbəb həmin siniflərdə koronavirusla bağlı yaranmış vəziyyətdir. Nazirlikdən bildirilib ki, ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 11-dir. İndiyə qədər 1 məktəbdə dərslər distant formaya keçirilib.

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat 17:00-dək davam edəcək

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək. Mektebgushesi.az xəbər verir ki, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.  Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan […]

UNEC nəzdində Maliyə-İqtisad kollecinə sənəd verənlərin nəzərinə

2020/2021-ci tədris ili üzrə sənəd qəbulu prosesinin reallaşdırılması üçün UNEC-də online proqram təminatı hazırlanmışdır. Abituriyentlər aşağıda qeyd olunan sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az)  daxil olaraq  tələbə kabineti  qeydiyyat bölməsinə keçid almaqla  (kabinet.unec.edu.az)  sistemə yükləməlidir. Sənədlərin elektron versiyasını  sistemə  yükləməzdən öncə təlimat və video materialla tanış olmanız tövsiyə olunur. Mektebgushesi.az xəbər verir ki, dövlət sifarişi […]

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 28 943 657 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan ümumilikdə ölənlər 924 577, sağalanlar 20 811 464 nəfər təşkil edir. Virusa yoluxma halı ən çox Asiya qitəsindədir. Qitədə 8 485 187 nəfər virusa yoluxub, 162 543 xəstə ölüb, 6 842 299 nəfər sağalıb. Ölkələr arasında virusa yoluxma sayına görə öndə olanlar 6 […]