Mektebgushesi

Gülay Məmmədova: “Tədrisdə canlı ünsiyyət və müzakirələr əvəzolunmazdır”

Qloballaşan dünya reallıqları ali təhsil sistemində bir sıra yeni prioritetlərin, inkişaf trendlərinin gündəmə gəlməsi ilə səciyyələnir. Yeni prioritetlərdən bəhs edərkən söhbət universitetlərin sürətlə dəyişən reallıqlara adekvat cavab verməsindən, yüksək rəqabətli, peşəkar, hazırlıqlı tədqiqatçıların hazırlanması sahəsində fəaliyyətin  gücləndirilməsindən gedir. Ali təhsildə rəqabətliliyin təmin olunması isə, ilk növbədə, universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, […]

“BDU-nu bizə dost münasibəti göstərmiş müəllimlərimlə, eləcə də əldə etdiyim möhkəm dostluqların məkanı kimi xatırlayacağam”

Bu il ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə (99.35) məzun olan Teymur Məmmədəliyevlə müsahibə Tələbəlik illəri hər bir insanın həyatında unudulmaz, maraqlı, xoş, sevincli, bir az da həyəcanlı xatirələrlə dolu olan bir dövrdür. Boşuna “o mehriban, o əziz, tələbəlik illəri” deyilməyib. Artıq Teymur Məmmədəliyev də tələbəlik illərini xatırlayanda “Sızlar yada düşəndə ürəyimin telləri” […]

Rektor İlham Mədətov: ATMU turizim sahəsinin inkişafı üçün ixtisaslı kadrların yetişdirilməsini təmin edir

Müstəqil Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimiz tərəfindən həyata keçirilən proqramlar və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına kömək edir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olaraq turizm hökumətimizin hər zaman diqqət mərkəzindədir. Ölkəmizin təbii-coğrafi şəraiti, malik olduğu maddi-mənəvi resurslar, həmçinin tarixən formalaşmış adət-ənənələri bu sahənin inkişafı üçün zəmin yaradıb. Turizmin […]

Buraxılış imtahanlarında maksimal bal toplayan Hüseyn Abdullayev: “Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır”

Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub.  Hüseyn deyir ki, ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə daxil olmaqdır. Hüseyn ilk olaraq, 20 mindən çox məzun […]

Qoşqar Məhərrəmov: Milli təhsil və milli ornamentlar yerində qalmaqla, yeni dərsliklər formalaşdırılmalıdır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin çap olunması üçün müvafiq proqram təminatları hazırlayacaq. Bu, Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının icrasının təmin edilməsi barədə əmrində […]

Bakı Ali Neft Məktəbinin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

           Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) 3 nüfuzlu universitetində oxumaq şansı qazanıb. Ali Məktəbin magistratura pilləsi üzrə “Neft-qaz mühəndisliyi” ixtisasının bu ilki məzunlarından biri olan M.Vəliyev Cənubi Kaliforniya, Ostindəki Texas və Texas A&M universitetlərinin doktorantura pillələrinə  tam təqaüdlə qəbul olub. Bakalavr təhsilini də fərqlənmə diplomu ilə bitirmiş BANM […]

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

“İctimai Şura və Təhsil Nazirliyi düşünür ki, MİQ  istiqamətində tələblər ciddi olmalıdır”. Mektebgushesi.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib. “Bu iclas iyul və avqust aylarında keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş MİQ müsabiqəsinə həsr olunub. Bu mövzu xeyli dərəcədə aktualdı. Biz bunu nəzərə alaraq onlayn rejimdə bir […]

Şahlar ƏSGƏROV: “Cəmiyyəti bu vəziyyətə 10 il, 20 il əvvəlki təhsil, indiki televiziyalar salıb”

Ökə gündəmini zəbt edən bəzi vətəndaşların polisə zibil atması məsləsi həm də insanların təhsil, tərbiyə məsələsidir. Azərbaycan vətəndaşları biri-birinə hörmət etsəydi, bu kimi neqativlər ortaya çıxmazdı. Tanınmış ictimai-siyasi xadim, professor Şahlar Əsgərov bu kimi məsələlərlə ilə bağlı müsahibə verib. – Şahlar müəllim, Azərbaycan orta məktəbləri cəmiyyət üçün normal vətəndaş yetişdirə bilirmi?– Hesab edirəm ki, bunu təmin […]

Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir

Bütün qapalı yerlərdə – metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir. Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi […]

Doktoranturaya qəbul üçün sənəd verən oğlanlara əsgərlikdən möhlət hüququ verilməlidir – İlqar Orucov

Magistratura pilləsini bitirdikdən sonra doktoranturaya qəbul olmaq üçün müraciət edən hərbi çağırışçılarla bağlı hər hansı imtiyazlar yoxdur. Sovet dövründə xüsusilə universiteti fərqlənmə diplomu ilə bitirən məzunlara aspiranturaya qəbul olmaq üçün 5 illik imtiyazlar verilirdi. Amma təəssüf ki, müasir dövrə Azərbaycanda belə imtiyazlar yoxdur. Hazırda doktoranturaya qəbul olunan gənclərin və doktorantura üçün ayrılan yerlərin sayı xeyli […]

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Nazirlər Kabinetinin martın 3-də verdiyi qərara əsasən, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və yoluxma hallarının azaldılması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Tədris müəssisələrinin fəaliyyətinin dayandırılması təhsil sahəsində bir sıra çətinliklər yaradıb. Ali təhsil müəssisələrində dərslər onlayn olaraq davam etdirilib. Distant […]

ADNSU-da imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək – Rektor Mustafa Babanlı

2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili ilə bağlı çoxsaylı sualları mayın 7-də onlayn “Açıq qapı” vasitəsilə təqribən 3 saat ərzində cavablandıran  ADNSU-nun rektoru, professor Mustafa Babanlı qısa blis-müsahibə vasitəsilə tələbələri ən çox maraqlandıran məsələrə bir daha aydınlıq gətirib. Müsahibədə imtahanların təşkili, vaxtı, tələbələrin biliklərinin qiymətləndirilməsi meyarları, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsi ilə yanaşı, […]

Akademik Rasim Əliquliyev:“Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı”

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Modern.az saytına müsahibə verib. – Rasim müəllim, koronavirus pandemiyasının yayılması, bütün dünyada #evdeqal çağırışının aktuallaşması informasiya-kommunikasiya texnologiyalarından, İnternetdən istifadənin rekord həddə çatmasına gətirib çıxardı. Bu durum bizə gələcəkdə nə vəd edir?  – Yaxşı ki İnternet var. Əgər koronavirus dövründə insanlar arasındakı ünsiyyəti təmin edən bu vasitə olmasaydı, […]

Əhməd Qəşəmoğlu: BMT əhali artımının sürətini azaltmaq üçün maarifləndirmə yoluna üstünlük verir

Mektebgushesi.az sosioloq Əhməd Qəşəmoğlunun Moderator.az  ilə müsahibəsini təqdim edir: – Əhməd müəllim, artıq bütün dünya deyir ki, yer üzündə yeni bir nizam yaranmaqdadır. Sizin təklif etdiyiniz, indi dünyada uğurla yayılan ahəngyol elmi bu yeni nizamlanmada nə dərəcədə faydalı ola bilər? Əvvala onu deyim ki, son vaxtlar ahəngyol elminə beynəlxalq elmi dairələrdə maraq artıb. Bu münasibət elə […]

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

Mən müharibə görməmişəmsə də, heç kəsə də bunu arzulamıram…Əlbəttə “Böyük Vətən müharibəsi”ni nəzərdə tututuram. Heç atam da o müharibəni görməyib, çünki gənc idi, Bayılda “20-ıy posyolok” deyilən sahəd neft mədənlərində işləyirdi. Neftçiləri hərbi xidmətə cəlb etmirdilər, arxa cəbhə sayılırdı. Neft o zaman qələbə üçün hər şey demək idi. Müharibə başa çatdıqdan xeyli sonra Badamdar qəsəbəsində […]