Mektebgushesi

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünya insanlıq tarixinin qara səhifəsi olan Xocalı soyqırımı beynəlxalq aləm tərəfindən hələ lazımi hüquqi-siyasi qiymətini almasa da, xalqımız haqq səsinin eşidilməsi üçün məqsədyönlü iş aparır. Hər il Xocalı soyqırımının ildönümü ölkəmizdə qeyd olunur, günahsız qurbanların xatirəsi ehtiramla yad edilir. Nə qədər […]

19 il anasının yolunu gözləyən Xocalı sakini: “Onun ölüm xəbərinə sevinmişdim…” -FOTO

  Bu gün Xocalı soyqırımından 29 il ötür. O qanlı faciəni dərin hüznlə anırıq. Xocalıda yüzlərlə insan qətlə yetirilib. Ailəsi, əzizləri gözləri önündə əziyyətlə öldürülən qəhrəman şəhərin sakinləri bu gün Xocalının qan yaddaşını yaşadır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən o gecə bütün yollar bağlandı. Misli görülməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin […]

Emin Əmrullayev: “Türkiyə ilə təhsil sahəsindəki əməkdaşlıq daha da sürətlənəcək”

“Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilən qələbədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə yeni iş birliyi daha da sürətlənəcək”. Mektebgushesi.az  xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Ziya Səlçukla görüşündə deyib. Türkiyədə 23 min azərbaycanlı tələbənin təhsil aldığını xatırladan nazir qeyd edib ki, bu nöqteyi-nəzərdən xaricdə təhsil baxımından ən çox […]

Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

Mektebgushesi.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın “Report”a müsahibəsini təqdim edir – Fevralın 1-dən etibarən ölkədə qismən də olsa əyani təhsilə keçilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə şagirdlərin davamiyyəti necədir? Övladının məktəbə gəlməməsi üçün iltizam yazan valideynlər oldumu? – Məlum olduğu kimi, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və […]

ADPU rektorunun təhsillə bağlı “FİKİR” İnformasiya Platformasına müsahibəsi

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov İslahatçı Gənclər İctimai Birliyinin Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “FİKİR” İnformasiya Platforması layihəsi çərçivəsində “Editor.az İnformasiya Portalı”nın Editortv youtube kanalında yayımlanan proqramda qonaq olub. Gənc jurnalist Gülnarə Abbasova isə təhsilimizin cari reallıqları və perspektiv strateji hədəfləri barədə həmsöhbət olan professor Cəfər Cəfərov ADPU misalında distant […]

Araik Arutyunyanın azərbaycanlı sinif yoldaşından MÜSAHİBƏ – FOTO

Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunyanın sinif yoldaşı olan xanım müsahibə verib. Xanım adının və fotosunun yayımlanmasını istəməyib. Kulis.az-ın sözügedən müsahibəni təqdim edirik: – Araik Arutyunyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu? – Bəli. Doğrudur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam. […]

Şəhid müəllimin gələcəyin müəllimi olacaq qızı ilə müsahibə…

  44 günlük Şanlı Vətən müharibəsində düşmənə dərs, şagirdlərinə nümunə olan qəhrəman müəllimlərimizdən biri də Əvdil Quliyevdir. Quliyev Əvdil Qardaşxan oğlu 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Ali təsilini Kənd Təsərüffatı Akademiyasında (indiki Gəncə Dövlət Aqrar Universiteti) almışdır. Ali məktəbi leytnant rütbəsilə bitirib. 1996-cı ildə Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə […]

Məktəb direktoru: Təhsil işçisi olaraq döyüşlərə qatılmağım silahdaşlarımda ruh yüksəkliyi yaradırdı

44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdim. Təhsil işçisi olaraq döyüşlərə qatılmağım mənimlə çiyin-çiyinə döyüşən silahdaşlarımda ruh yüksəkliyi yaradırdı. Bunu təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı AZƏRTAC-a müsahibəsində Quba rayonu Rəhman Mançarov adına Əlik kənd ümumi orta məktəbin direktoru Oruc Əhmədov deyib. O […]

Sevinirəm ki, Kəlbəcərə gənc müəllim kimi qayıdacağam

Vətən müharibəsində iştirak etməyi özümə borc bildim. Oktyabrın 1-də könüllü olaraq müharibəyə getdim. Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak etdim. Bunu təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı AZƏRTAC-a müsahibəsində Kəlbəcər rayonu 78 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tural Oruczadə deyib. “Fəxr edirəm ki, qalib ordunun qalib […]

Famil Səfərov: “Hüquqi bazası, planı, proqramı olmayan distant təhsili tətbiq etməyə çalışırıq”

“Şagirdlərə psixoloji biliklərin tədrisi günün tələbidir” “Bu oxuduqlarımızın böyük bir hissəsi isə nəticə etibarı ilə məktəbi bitirdikdən sonra məlum olur ki, bizə lazım deyilmiş” “Hesab edirəm ki, tədris proqramı azı yarıbayarı yüngülləşdirilməli və məktəblərdə mütləq qaydada şagirdlərin mənəvi dünyasını formalaşdıracaq fənlər keçilməlidir”   “Artıq hər kəs əmin oldu ki, təhsildə bu idarəçilik sistemi ilə davam […]

Böyükağa  Mikayıllı: “Düşünürəm ki, mənim üçün xüsusi yeri olan kitabı hələ yazmamışam”

Bu  gün  dünyanın  təhsil  sferasında apardığım araşdırmaların təməlində Azərbaycan məktəbindən, Azərbaycan müəlliminin fəaliyyətindən əldə etdiyim təcrübə dayanır.” Bu sözlər müsahibimiz, təhsil sahəsi  üzrə tədqiqatçı-jurnalist Böyükağa  Mikayıllıya  aiddir. Jurnalist dünyanın aparıcı ali təhsil müəssisələri, məşhur müəllif məktəbləri, yaradıcılıq akademiyaları, təhsil sistemləri, qlobal təhsil layihələri, məktəbəqədər təhsil müəssisələri  ilə bağlı  bir  çox  tədqiqatların  müəllifidir. Bu tədqiqatların nəticəsi […]

Rəqəmsal bacarıqlar üzrə tədris portalı yaradılıb

Rauf Cabarov: “Pandemiya dövründə rəqəmsal bacarıqlar özünü xüsusilə büruzə verdi” Dünyanı bürümüş koronavirus pandemiyası ötən ilin əvvəllərindən Yer kürəsinin müxtəlif bölgələrində təhsilalanların tədris prosesində ciddi problemlər yaratmaqla qlobal təhlükəyə çevrildi. Şübhəsiz ki,  yaranmış situasiyada milli təhsil sistemləri qarşısında duran təxirəsalınmaz vəzifə  müxtəlif təlim texnologiyalarından istifadə etməklə ən qısa vaxtda tədrisin fasiləsizliyinin təmin olunmasına nail olmaq […]

Firudin Qurbanov: Vətən müharibəsi qəhrəmanları tanıdılacaq

Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb”.   Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan” qəzetinə dərc […]

UNEC-in ikili diplom proqramının məzunu: “Optimist insan hər bir çətinlikdə imkanları görür”

  Dünyanın aparıcı universitetləri ilə bakalavr və magistr dərəcələri üzrə ikili diplom, mübadilə, birgə (join), eləcə də beynəlxalq proqramlar reallaşdıran UNEC bu istiqamətdə uğurla fəaliyyətini davam etdirir. Hər il onlarla UNEC tələbəsi həmin proqramlarda iştirak edərək, uğurla məzun olurlar. 2020/2021-ci tədris ilində UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə beynəlxalq bakalavr proqramından məzun olan Nəzrin […]

Amerikada ilkə imza atan azərbaycanlı gənc

  Anar Qocayev: “Hədəfim gələcək akademik fəaliyyətim üçün gözəl bir təməl qurmaqdır” Azərbaycan hər zaman istedadlı gəncləri ilə fəxr edib. Onların dünyanın müxtəlif ölkələrində əldə etdiyi uğurlar hər zaman bizləri sevindirib. İstedadlı gənclərimizin uğurları ölkəmizdə insan kapitalına qoyulan ən mühüm investisiyaların artıq öz müsbət bəhrələrini verdiyinə əyani nümunədir. Belə gənclərdən biri son illər Türkiyə, Amerika […]