Mektebgushesi

Yaradıcılıq fakültəsinin dekanı: “Beş-altı istedadlının olması…”

Azərbaycan Dillər Universiteti və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan Yaradıcılıq fakültəsinin dekanı tanınmış yazıçı Mübariz Örən Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – Mübariz bəy, ilk olaraq təyinat prosesi ilə bağlı məlumat almaq istərdik. Sayca heç də az olmayan namizədlərin içərisindən sizin seçilmə səbəbləriniz nələrdir? – Namizədlərin sayı ilə bağlı təbii ki, məlumatım yoxdur. […]

“Akademiyanın heç bir imtiyazından istifadə etməyən yeganə insanam” – 90 yaşlı akademik

“Yeni yaşım mənim üçün bayram günlərindən biridir” “Hər zaman təqaüdlə dolanmışam” Azərbaycanın tanınmış mikrobioloq alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun keçmiş direktoru, hazırda akademiyanın baş elmi işçisi, “Şöhrət” ordenli akademik Məmməd Salmanovun yanvarın 12-də 90 yaşı tamam olub. O, AMEA-nın Mikrobiologiya İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının sədri, Azərbaycan Mikrobioloqlar Cəmiyyətinin sədri, “Azərbaycan Standartları” jurnalının […]

“Test imtahanı sadələşməlidir, elə suallar qoyurlar ki, Eynşteyn də gəlsə…” 

Mektebgushesi.az Professor Şahlar Əsgərovun Yenisabah.az-a müsahibəsini təqdim edir: – Şahlar müəllim, direktorların təyinatı ilə bağlı məsələ son günlər yenidən müzakirə olunmaqdadır. Siz necə düşünürsünüz? Direktorlar imtahan yolu ilə seçilməlidir, yoxsa təyinat da olmalıdır? – Hər iki yoldan istifadə edilsə, daha yaxşı olar. Əsas olan lazımi keyfiyyətləri özündə cəmləyən müəllimlərin içindən direktor seçilməsidir. Direktora qoyulan tələblər […]

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbinə daxil olmaq üçün əzmlə çalışdım”

Fidan Kərimli 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. “İstedad” liseyinin məzunudur. Dövlət İmtahan Mərkəzinin keçirdiyi (DİM) buraxılış və qəbul imtahanlarında ümumilikdə 682,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib. Prezident təqaüdçüsüdür.   -Bakı Ali Neft Məktəbində təhsil almaq istəyiniz necə yarandı?   -Bəzən abituriyentlər imtahan verdikdən sonra topladıqları bala uyğun […]

İctimai Şuranın sədri kişi müəllimlərinin sayının az olması səbəblərindən danışıb- Video

Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Teleqraf.com-un qonağı olub. Müsahibimiz Azərbaycan təhsilinin pandemiya sınağından necə çıxmasından, məktəblərdə qadın müəllimlərinin çoxluğundan, eyni zamanda kişi müəllimlərinin sayının az olması səbəblərindən danışıb. “Allahın varlığının riyazi isbatı” məqaləsinin müəllifi eyni zamanda din və ibadət barədə mövzulara da toxunub. Professorla […]

Nadir İsrafilov: “İctimai Şura nə etməliydisə, ondan ikiqat artığını edə bilərdi…”

Daha çox səmərəli və faydalı işlər görmək olardı, təəssüf ki,… Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin sənədlərinin qəbulu müddəti sabah başa çatır. Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd Nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın […]

Serjikin kürəyini yerə vuran məktəb direktoru: “O, prezident seçiləndə gülürdük” – FOTO

Ötən il Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi tarixi qələbə ilə yekunlaşdı. Zəfər qazanan igidlərimiz adlarını tarixə yazdılar. Bu gün sizə tanıdacağım qəhrəmanımız 68 yaşlı pedaqoq Yaşar Qarayevdir. Yaşar Qarayev 1953-cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Orta təhsilini burada alan Yaşar Qarayev 1971-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə […]

Bakı Ali Neft Məktəbinin tələbəsi: “Belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram!”

Heydər Əlirza oğlu Əliyev 8 may 2004-cü ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhər 45 nömrəli orta məktəbdə 1-ci sinfə gedib. 2021-ci ildə həmin məktəbin məzunu olub. Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması ixtisasının tələbəsi olan Heydər Əliyev bizimlə təəssüratlarını bölüşüb. – Bakı Ali Neft Məktəbi ilə tanışlığınız necə oldu? – Bir […]

Yozqat Bozok Universitetinin rektoru: “Dörd ulduzlu otelimizi azərbaycanlı tələbələrə verməyə hazırıq“

Yozqat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağın Yenisabah.az saytına müsahibəsi:  – Sentyabr ayında Azərbaycanda səfərdə oldunuz. Azərbaycana səfərinizin nəticələrini saytımız üçün dəyərləndirə bilərsinizmi? – Birincisi, Azərbaycanda olmaqdan çox ciddi anlamda xoşbəxt olduğumu ifadə etmək istəyirəm. Təbii ki, oraya getməyimizin əsas məqsədi, azərbaycanlı tələbələrimizi universitetimizdə oxutmaq istəyi idi. Beynəlxalq münasibətlər ofisimizin hazırladığı proqram daxilində Azərbaycana getdik və […]

Jung Ho Kim: “BMU-İNHA ikili diplom proqramı genişləndirilə bilər”

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında artıq 2-ci ildir ki, bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı həyata keçirilir. Proqram çərçivəsində ötən tədris ilində görülən işlər, həmçinin gələcəkdə qarşıda duran məsələləri müzakirə etmək məqsədilə İNHA Universitetinin nümayəndələri BMU-da olublar. İNHA Universitetinin Qlobal təhsil layihə idarəetmə qrupunun dekanı Jung Ho […]

BDU-nun professoru: “Ömrümün çoxunun boşa keçdiyinə yüz faiz əminəm” – FOTO

  Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor, əməkdar jurnalist, Şöhrət ordenli Ramiz Əskər dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib və görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında dörd kitab yazıb. Ramiz müəllim tərcümə etdiyi 25.513 beytdən ibarət “Xəmsə” – “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və […]

Mehriban Vəliyeva: Heç bir səbəb oxumaq əzminin qarşısına keçə bilməz

Bir neçə gündən sonra təhsil ocaqları qapılarını hər kəsin həsrətlə gözlədiyi ənənəvi təhsillə şagirdlərin üzünə açacaq. Builki tədris ilini müəllimlər və şagirdlər qalib dövlətin, qalib xalqın övladları kimi qarsalayırlar. Mektebgushesi.az yeni tədris ilinin başlanması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın müsahibəsini təqdim edir. – Paytaxt məktəbləri yeni dərs ilinə necə hazırlaşıb? – […]

15 yaşlı tələbə: “Birinci sinfə dörd yaşımda getmişəm” – FOTO

  Bu il ali məktəbə qəbul olan ən gənc tələbə Səfərli Həmid Xəqani oğludur. Belə ki, 15 yaşlı tələbə Azərbaycan Tibb Universitetində təhsil alacaq. Həmid Səfərli bu yaşda tələbə olmağın sirrini bölüşüb: “Goranboy rayonunda doğulmuşam, birinci sinfə dörd yaşımda, elə rayonumuzda getmişəm. Bu yaşda oxumağa həvəsim bacım Leyla məktəbə gedəndə yarandı. Təkid etdim ki, valideynlərim məni də məktəbə […]

Professor Elçin Ağayev: “Psixolojı amillər həkimin fəaliyyətinə mənfi təsir göstərə bilər”

Ölkəmizin cərrahiyyə sahəsindəki vəziyyəti necə dəyərləndirilir? Cərrahiyyə sahəsində hazırda əsas problemi nədədir? Mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır? Bu və digər sualları Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev cavablandırdı. – Ölkəmizin cərrahiyyə sahəsindəki vəziyyəti necə dəyərləndirilir? – Ümumi cərrahiyyə sahəsindəki […]

Bilik yarışında nəhəngləri məğlub edən azərbaycanlı tələbə: “Sözün əsl mənasında tər tökdüm”

Nəhənglərin iştirak etdiyi müsabiqədə ən yüksək nəticə göstərib. Azərbaycanı “WorldSkills Asia 2021” müsabiqəsində təmsil edib. “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub. “Kaspi” qəzetinin əməkdaşları tələbə Hüseyn Qəmbərovdan müsahibə alıblar. 160 nömrəli klassik gimnaziyanı fərqlənmə attestatı ilə bitirib. Məktəb illərindən kompüter elmlərinə marağı olduğunu kəşf edib: “İbtidai […]