Mektebgushesi

Xaricdə yeddi universitetə qəbul olan Səbinə: “Uşaqlar üçün xəstəxana açmağı düşünürəm”

“Xəyallarımın əsası öz ölkəmə qayıdıb, ürək xəstəliyindən əziyyət çəkən uşaqlara kömək etməkdir. Maddi çətinlik baxımından bu xəstəlikdən bir çox uşaq dünyasını dəyişib. Ona görə Azərbaycanda həmin uşaqlar üçün tam təmənnasız xidmət göstərən bir xəstəxana açmağı düşünürəm”. Bu barədə Oxu.Az-a açıqlamasında ABŞ da daxil olmaqla dörd ayrı ölkənin yeddi nüfuzlu universitetinə qəbul olmuş azərbaycanlı yeniyetmə Səbinə Səmədova deyib. Səbinə ilə onun […]

Zahid Məmmədov: “Elm və Təhsil Nazirliyi yanında “Professorlar yığıncağı” yaradılmalıdır”

İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun “Report”a müsahibəsini təqdim edirik: – Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı hansı istiqamətlərə fokuslanmalıyıq? – Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu cəmiyyətin inkişafının əsas göstəricisi deyil. Başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə ali təhsil sisteminin ən zəruri […]

Akademiya elmi problemlərlə yox, təhsil məsələləri ilə məşğul olurdu – ŞAHLAR ƏSGƏROV

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ləğvi və gələcəyi barədə prezident İlham Əliyevin imzaladığı fərman elm-təhsil ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Uzun illər Milli Məclisin Elm, Təhsil Komitəsinin sədri olmuş professor Şahlar Əsgərov Gununsesi.info-ya müsahibəsində bu barədə danışıb.   – Şahlar müəllim, əvvəlcə istərdik ki, ölkə rəhbərinin AMEA ilə bağlı fərmanını şərh edəsiniz.  Necə hesab edirsiniz, AMEA-nın qocaldığı və günün […]

“Ona necə Elmlər Akademiyası deyəcəklər, mən başa düşmürəm” – Misir Mərdano

Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər, Ümumi Təhsil üzrə Dövlət Agentliyi kimi iki yeni agentlik yaradılıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi elmi müəssisə və təşkilatları qurumun tabeliyinə verilib. Oxu.Az təhsildəki bu yeniliklərlə bağlı sabiq təhsil […]

Şagidlərin müsahibəsi – Yazmağa davam edəcəm

  Saytımızla əməkdaşlıq edən Humay Nəhmətli 246 nömrəli lisey-məktəbin IX sinif şagirdi Məmmədzadə Banu İlqarın qonağı oldu. – Banu kimdir? Bu adı sənə kim verib? – Nənəm, əslində, Banu Çiçək qoymaq istəsə də, bəxtimdən Banu olub. Çiçək sevən deyiləm, amma adımı çox xoşlayıram. Adımın mənası “qadın” deməkdir. – Adın sənin üçün nə ifadə edir? -Ümumiyyətlə, […]

Fərrux Rüstəmov: Rusiya və Ukrayna müharibəsinə görə rusdilli təhsilə olan maraq aşağı düşdü

Təhsil naziri Emin Əmrullayev son müsahibəsi zamanı ölkəmizdə mövcud olan rusdilli təhsilin keyfiyyətində müəyyən qədər aşağı nəticələr əldə olunduğunu deyib. Bu fikir  rusdilli məktəblərdə təhsil alan şagirdlər və onları bu istiqamətə yönləndirən valideynlər tərəfindən də birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı AzEdu.az-a danışan professor, əməkdar elm xadimi  Fərrux Rüstəmov rusdilli təhsilin ölkəmizdə olan inkişaf dinamikası və hazırki vəziyyəti barədə məlumat […]

Məktəb direktorlarını regional təhsil idarələrinin təyin etməsi üstünlüklər yaradacaqmı?

  Cavid Cəfərzadə: “Müasir məktəb direktoru pedaqoji kollektivi axtarış və kəşflərə ruhlandıran lider olmalıdır” Məktəb direktorlarının yeni formada – regional təhsil idarələri tərəfindən işə qəbulu günümüzün ən actual problemləri sırasında yer almaqdadır. Bəs proses necə aparılmalı, müasir tələblərə cavab verəcək məktəb direktorları hansı fırqli keyfiyyətlərinə görə seçilməlidirlər. Mövzunu araşdırmaq üçün Bakı şəhəri E.Cəfərov adına 118 […]

“Təhsil forumu” təhsillə bağlı təşəbbüs və düşüncələrin paylaşımların yer aldığı platformadır – Emil Tağızadə

“Bu gün “Təhsil Forumu”   sosial platformasının  3 illiyi tamam olub. “Təhsil forumu”    əvvəlcə  pdf və vəsaitlər qrupu olaraq fəaliyyətə başlamışdı . Bir qədər  sonra  isə qrupda  şikayət və  nöqsanlar paylaşılmağa başlanıldı və bununla da  qrup böyüdü”. Bu sözləri AzEdu.az-a açıqlamasında “Təhsil forumu” qrupunun rəhbəri Emil Tağızadə deyib. 3 yaşı tamam olan “Təhsil forumu” qrupu müəllimlərin […]

BANM-in qazaxıstanlı tələbəsi: “Bura məzunları üçün çoxlu imkanlar açır”

Ademi Kaliyakbarova Qazaxıstandandır. O, Bakı Ali Neft Məktəbinin (BANM) Qazaxıstan-Britaniya Texniki Universiteti ilə əməkdaşlığı çərçivəsində Mübadilə proqramında iştirak edən 11 tələbədən biridir. Ademi Neft-qaz mühəndisliyi ixtisasının V kursunda təhsil alır. Üzməyi və stolüstü tennis oynamağı sevir. Bakı Ali Neft Məktəbinin qazaxıstanlı tələbəsi Ademi ilə Ali Məktəbi seçmə səbəbləri və buradakı mühitlə bağlı müsahibəni təqdim edirik: […]

ABŞ-də doktoranturaya qəbul olan tələbə: “BANM-dəki biliklər rəqabətli bir ixtisasa keçid etməyimdə yetərli oldu”

  Xaqan Kərimov Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs bakalavr pilləsinin tələbəsidir. O, ABŞ-nin iki universitetindən tam təqaüdlə doktorantura pilləsinə qəbul alıb. Onun seçim etdiyi Yuta Universitetindən (University of Utah) qazandığı təqaüdün məbləği 122,320 min ABŞ dollarıdır. Xaqan bu univesitetdə Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq. 2017-ci ildə […]

Üç reytinqli universitet qazanan Nəriman: “Özümə bu sahə üzrə bir yol açacam”

Bu il bir çox azərbaycanlı abituriyent dünya üzrə reytinqli universitetlərə qəbul alaraq bütün Azərbaycanı qürurlandırır. Onlardan biri də Nəriman Şirinlidir. Türkiyənin Koç Universiteti, dünya reytinqində 41-ci yerdə olan Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiya İnistitutu və dünya üzrə ən yaxşı 11-ci, kimya mühəndisliyi fakültəsi üzrə isə 3-cü yerdə olan  Sinqapur Milli Universitetinə qəbul alan Nəriman […]

Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdı

Azərbaycan vətəndaşı, hərbi jurnalist Ayxan Hacıbəyli Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra bu ölkəyə yollanıb. O, bir neçə il Mariupolda yaşayıb və şəhərdə yaşanan faciəyə biganə qala bilməyib. İndi o, mülki şəxslərə kömək edir və Ukrayna mətbuatı üçün reportajlar yazır. Bu yaxınlarda isə onun köməyi ilə azərbaycanlı tələbə Hüseyn Abdullayev rusiyalı hərbçilərin əsirliyindən xilas […]

Rusiya əsirliyindən xilas olan azərbaycanlı tələbə: “Elektrik cərəyanından daha çox qorxurdum”

“Ən pisi odur ki, vücudunuzdan elektrik cərəyanı keçərkən, huşunuzu itirirsiniz, onlar isə üstünüzə soyuq su töküb yenidən işgəncə verirlər…” Hüseyn Abdullayevlə müsahibəmiz məhz bu dəhşətli sözlərlə başladı. 20 yaşlı azərbaycanlı Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Martın 17-də evakuasiya zamanı rusiyalı hərbçilər tərəfindən əsir götürülüb. Aprelin 12-də uzun danışıqlardan sonra və Ukraynadakı Azərbaycan diasporunun səyi […]

Massaçusets Texnologiya İnstitutuna daxil olan Astaralı Salman Hüseynovla MÜSAHİBƏ – FOTO

  Harada doğulmağınızın fərqi yoxdur: kənddə və ya meqopolisdə. Lazımi səylə hər kəs uğur qazana bilər. Bunu Astara rayonunun Pensər kəndindəki 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov öz nümunəsi ilə sübut edib. O, respublika və beynəlxalq kimya olimpiadalarında mükafatlar qazanıb, bu il isə dünyanın ən yaxşı universitetlərindən birinin – Massaçusets Texnologiya İnstitutunun (MIT) […]

20 ölkədə yerləşən 62 nüfuzlu ali təhsil müəssisəsində oxumaq imkanı – FOTO

Xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı üzrə Dövlət Proqramı (DP) azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədqiqatlar aparmalarına, beynəlxalq təcrübəni öyrənmələrinə yönəlib. Prezident  İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” gənclərin bu arzularını reallaşdırmasına yol açıb. DP-nin icrası […]