Mektebgushesi

Günel Aslanova: 19 ildən sonra arzuma çatıb Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi oldum

Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi. Məktəbdə əlaçı olmağıma baxmayaraq, imkansızlıqdan ali təhsil ala bilmədim. Erkən yaşda atamı və qardaşımı itirdim. Sonra ailə qayğıları, övladlarımın tərbiyəsi ilə məşğul olmaq məni oxumaqdan məhrum etdi. Lakin heç zaman fikrimdən daşınmadım. Arzum dini təhsil almaq idi. Azərbaycan […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi: 622 bal toplayaraq arzumu reallaşdıra bildim

Müəllimlik şərəfli, müqəddəs və eyni zamanda, məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edən peşədir. Son illər müəllim peşəsinə maraq artıb. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, 2019/2020-ci tədris ili üçün 500-dən yuxarı yüksək bal toplayaraq Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin […]

Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Ali təhsil almaq, jurnalist peşəsinə yiyələnmək istəyən Zeynəb Əlizadə Azərbaycan Dillər Universitetinin (ADU) “Jurnalistika” ixtisasına qəbul olub. Amma tələbənin ailəsinin maddi durumu təhsil haqqını ödəmək iqtidarında olmadığından o, sosial şəbəkə vasitəsi ilə universitetə müraciət edib. Onun müraciətindən sonra ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə təhsil haqqı toplanıb. Zeynəb Əlizadənin ödənişli əsaslarla qəbul olması onun […]

Cocuq Mərcanlının ilk məzunu: “BDU-ya qəbul olunmayanda elə bilirsən imtahandan kəsilmisən”

Bakı Dövlət Universiteti bir tərbiyə, rahatlıq ünvanı, başı min bəlalar çəksə də, heç vaxt öz soy-kökündən, dilindən uzaq düşməmiş bir xalqın möhtəşəm elm, təhsil məbədidir. Adama elə gəlir ki, sanki, hara getsən, yol Universitetdən başlayır və bütün dünyanı dolaşsan da, gəzsən də, yenə yolların gəlib ona çıxır. Ancaq Universitet – o boyda binalar, korpuslar, rektor, […]

Elman Eldaroğlu -Şahmar Ələkbərovun 76 illiyinə

Heç nə, heç kim bu dünyada əbədi deyil. Bütün tikililərin sonu xaraba, əşyaların axırı tullantı, canlıların aqibəti ölümdür. Amma tarixə çevrilən hər nə, hər kim varsa unudulmur. O da Azərbaycanın kino tarixində unudulmazlıq qazanan insanlardan biridir. İyirmi yeddi ildir ki, aramızda yoxdur. Fəqət yaşadığı qırx səkkiz ildə elə bir yol keçib ki, hər iki dünyanın […]

523 balla Aİİ -yə daxil olan Mirhüseyn Qənbərov: “Kamil mütəxəssis kimi yetişmək istəyirəm”

Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına 523 balla daxil olan Mirhüseyn Qənbərovla müsahibəni təqdim edirik. – Özünüz haqqında məlumat verməyinizi istərdik… – Mən, Mirhüseyn Qənbərov Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbini bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi III ixtisas qrupu üzrə imtahanda iştirak edərək, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuşam. – Qəbul imtahanı necə keçdi? – […]

Nigar Talıbova: Macarıstanda doktorantura təhsili almaq mənim arzum idi

Macarıstanın Eötvös Lorand Universitetinin doktoranturasında təhsil alacağam. Bu ölkədə doktorantura təhsili almaq mənim arzum idi. Çox sevinirəm ki, istəyimə nail olmuşam. Bu sözləri AZƏRTAC-a müsahibəsində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstanda təhsil almaq hüququ qazanmış Nigar Talıbova söyləyib. Nigar Talıbova Bakıda anadan olub. 2014-cü ildə Gəncə Dövlət Universitetini bitirib. Sonra Macarıstanda magistratura pilləsində […]

Orxanın atası: “Attestatla bağlı polisə çağırılmışam”

Ali məktəblərə qəbul olanların qeydiyyat prosesinin bitməyinə 6 gün qalıb. Tələbə olmaq xəbəri ilə gündəm yaradan Orxan Bağızadə isə attestatının özündə olmaması səbəbindən hələ də qeydiyyatdan keçə bilməyib.  Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, Orxan mətbuata açıqlamasında atasının onun oxuya bilməməsi üçün attestatını gizlətdiyini, buna səbəb kimi ailədaxili münaqişələrinin olduğunu bildirmişdi. Sözügedən müsahibədən sonra […]

Rəxşəndə Əlimərdanova: Arzum öz fəaliyyətimi məktəblilərin təlim-tərbiyəsinə həsr etməkdir

Mən bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etdim. Müsabiqədə namizədlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsi üçün bütün lazımi şərait yaradılıb. Bu fikri AZƏRTAC-a müsahibəsində müsabiqə iştirakçısı Rəxşəndə Əlimərdanova söyləyib. Müsabiqənin test imtahanlarında 55 bal topladığını bildirən Rəxşəndə Əlimərdanova deyib: “Balakən rayonunda anadan olmuşam. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Masallı […]

Türkiyədə təhsil alacaq jurnalist qızı : “Çalışacam ki, valideynlərimin ümidini doğruldam”

Bu il ali məktəblərə qəbul olunmuş abituriyentlər arasında xeyli jurnalist övladı da var. Onlardan bir qismi yerli, digər qismi xarici universitetlərin tələbəsi adını qazanıb. Mektebgushesi.az Modern.az -a istinadən tələbə adını qazanmış “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimlinin qızı Arzu İbrahimli ilə müsahibəni təqdim edir. Arzu İbrahimli 2002-ci ildə iyul ayının 26-da Lənkəran şəhərində anadan olub. 4-cü […]

Etibar Əzimov: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Bakı Tikiş Evi (BTE) artıq 10 ildir vahid məktəbli formasının istehsalını və satışını həyata keçirir. “BTE” loqosu ilə məktəbli geyimləri dörd modeldə hazırlanır. Gigiyenik və uyğunluq sertifikatı olan formaların parçası Türkiyədən gətirilir və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verilir. Bunu AZƏRTAC-a müsahibəsində BTE-nin satış şöbəsinin müdiri […]

Məhəmməd İbadov: Peşə məktəblərinə ərizə qəbulu prosesi çox asanlaşdırılıb

Azərbaycanda peşə məktəblərinə ərizə qəbulu prosesi çox asanlaşdırılıb. Bunu AZƏRTAC-a müsahibəsində peşə məktəbinə sənəd verən Məhəmməd İbadov deyib. O bildirib ki, ərizənin doldurulmasında və təsdiq olunmasında “ASAN xidmət”in könüllüləri yaxından kömək göstəriblər. “Valideynlərim ali təhsil almağımı istəyirdilər. Amma mən istəmədiyim sahədə təhsil almaq istəmədim. Uşaqlıqdan arzum metroda işləmək olub. Ona görə də peşə təhsili almağa üstünlük […]

AGAH sədri: “AGAH eyni zamanda bir diaspor təşkilatıdır.”

Təbriz Raufoğlu Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi təşkilatının (AGAH) sədridir. AGAH Türkiyədəki azərbaycanlı gənclərin platformasına çevrilib və təxminən 1 il fəaliyyət göstərməsinə baxmayaraq, təşkilat bir çox layihələri həyata keçirib.  Diasporaya verdiyi töhfələr isə danılmazdır. AGAH-ın sədri Təbriz Raufoğlu deyir ki, AGAH eyni zamanda bir diaspor təşkilatıdır. “Biz əslində AGAH-ı yaradanda qarşımızda duran əsas prioritet hədəflərdən biri […]

Azərbaycanlı alim İtaliyanın Beynəlxalq Elm Nəşriyyatının Redaksiya Heyətinin üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov AMEA prezidentinin sərəncamı və Rəyasət Heyətinin qərarına əsasən, dünyanın ən nüfuzlu elmi bazaları – “Web of Science” və “Scopus” sistemlərinə daxil olan yüksək impakt faktorlu jurnallarda çoxsaylı elmi əsərlərinin nəşrinə görə mükafat ilə təltif edilib. Mektebgushesi.az Azərtac-a istinadən xəbər verir ki, gənc tarixçi alimin ötən […]

Benjamin Qi: Bakı Olimpiadasında rəqabət güclü olsa da, özümü toplayaraq ən yüksək balı qazandım

Mən ABŞ-ı təmsil edirəm. On yeddi yaşım var. Müsabiqənin birinci günü çox gərgin şəraitdə keçdi, rəqabət çox güclü idi. Lakin özümü toplaya bildim və ən yüksək balı qazandım. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının qızıl mükafatçısı Benjamin Qi AZƏRTAC-a müsahibəsində deyib. “Yarışmanın ikinci günündə isə liderliyimi qoruyub saxlamağa nail […]