Mektebgushesi

Niyə mütaliə etmirik?

Kitab dilin “açarıdır”, biz kitab oxumaqla dilimiz açılır, mənəvi cəhətdən zənginləşirik və dünya görüşümüz artır. Amma bu gün nədənsə kitaba olan həvəs soyuyub, kitab oxuyanların sayı azalıb. Ona görə də günümüzün ən aktual problemlərindən biri məhz mütaliyə ilə bağlıdır. Bu yerdə maraqlı və düşündürücü bir sual yaranır: Biz niyə kitabdan aralı düşmüşük, niyə mütaliyə etmirik? […]

Yerə nəhəng asteroid yaxınlaşır

Diametri 400 metrdən 1 km qədər olan asteroid yer kürəsinə yaxınlaşır. NASA-nın məlumatına görə, oktyabrın 25-də kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək. Asteroidin Yer üçün təhlükəli olmadığı açıqlanıb – o planetdən 1 milyon kilometr məsafədə keçəcək. Bu asteroid “Apollonlar” qrupuna aiddir və 18 aprel 1998-ci ildə kəşf edilib. Ümumilikdə isə qrupda 5 mindən çox asteroid mövcuddur. 

NASA-nın alimləri: Yerdə həyatın yaranmasında Ayın böyük rolu olub

 ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri hesab edirlər ki, Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında Ayın böyük rolu olub. Tehsil-press.az xəbər verir ki, NASA-nın astrobioloji təşəbbüsünün iştirakçısı, alimlərdən ibarət qrupun rəhbəri, kimyaçı Stiven Benner deyib: “Ulduzlararası məkanda böyük üzvi maddələr ehtiyatı Günəş sisteminin yaranmasında iştirak edib, lakin onların Yerdə ilk “həyat kərpiclərinin” formalaşmasında […]

Laylalar anaların üstümüzə sevgiylə örtdüyü “yorğandır”…

“Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz!” (Balzak) Çox yaxşı tanıyırıq bizə aşiq, candan yanan bu varlığı. Bəli, o, anadır, o, hər kəsdən daha çox candan yanandır balaya! Ağ saçında min bir kədər olsa da, amma  gözlərindəki sevinci, üzündəki təbəssümü heç vaxt əsirgəməz övladına. Analar xoşbəxt kimi görünsə də daima qəlbinin dərinliklərində bir […]

Həyat mənəm, mən həyatam…

Hər bir insanın həyat gəmisi vardır könlünün əngin dənizlərində. Fırtınaların insanın qəlbini külə döndərdiyi o anlar sığınacaq limanın künclərinə sığınır titrək nəfəslərlə. Dənizin sonsuz görünən dalğalarında xəyalları dalğalanarkən könlündə, keçmiş süzülür qəlbindən gözlərinə. Tora bürünmüş bir cüt göz boylanır əngin okeanlara. Dumanmı bürümüş limanları? Görə bilmirsən, yoxsa sənin gözlərin də  bu qədər dumanlanıb? Həyat həyatdan […]

Alimlər cırtdan qalaktikaların böyüməsinə əngəl olan səbəbi müəyyən ediblər

 Alimlərin onlarla cırtdan qalaktika üzərində apardıqları müşahidələr göstərib ki, onların böyüməsinə əngəl olan yeni partlamalar deyil, özlərinin mərkəzində olan nəhəng qara dəliklərin güclü tullantılarıdır. Bunun nəticəsində qalaktikalararası fəzadan qaz axınının qarşısı alınır və yeni ulduzların yaranması prosesi zəifləyir. Tehsil-press.az tədqiqatın “Astrophysical Journal”da dərc olunmuş nəticələrinə istinadla xəbər verir ki, alimlər nəhəng qara dəliklərdən gələn “küləyi” […]

8 yaşlı məktəbli nəhəng köpək balığını tilovla ovladı –VİDEO

Avstraliyada 8 yaşlı Djeyden Millauro 314 kiloqramlıq köpək balığını ovlayaraq dünya rekordunu yeniləyib. “REN” xəbər verir ki, uşaq köpək balığını tilovla ovlamağa müvəffəq olub. Məktəbli çəkisinin cəmi 40 kiloqram olmasına baxmayaraq, özündən 8 dəfə ağır olan nəhəng balığı sudan dartıb çıxara bilib. “Mən qayığın divarına arxalanaraq özümü saxlamağa çalışırdım”, – deyə Djeyden bildirib. Uşaq rəsmi olaraq yeni dünya rekordçusi ola bilər. Dünyada ən böyük köpək […]

Ümumtəhsil məktəblərində psixoloji işin səmərəliliyinin artırılması vacibdir

1980 – ci illərin axırlarından başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə, təhsildə psixoloji xidməti praktikada ilk dəfə tətbiq etmək barədə qərarı verilib. İctimai həyatın bütün sahələrində bu xidmətə böyük ehtiyac vardır. Sosial – iqtisadi böhran və mənfur düşmənimiz olan ermənilərin doğma torpaqlarımıza təcavüzü nəticəsində evlərindən didərgin düşən respublikamızın əhalisi dərin psixoloji stress keçirir və onların sosial […]

Dünyanın ən xoşbəxt uşaqlarının hansı ölkədə olduğu açıqlanıb

UNICEF-in inkişaf etmiş ölkələr arasında apardığı araşdırmalara görə, dünyanın ən xoşbəxt və sevilən üşaqlarının hollandiyalı olduğu məlum olub. Hollandiyalı uşaqlar altı aylık olarakən gündə amerikalı uşaqlardan iki saat daha çox yatır.  Hollandiyalı analar uşaqların səhhətinə ziyan verə biləcək qidalardan uzaqdır. Hətta uşaqların sevdiyi şokolad belə onlara verilməməlidir. Çünki onlardan gizlədilən hər şey uşaqlar üçün daha maraqlı […]

Peşəkar müəllimin bədən dili

ƏLLƏR VƏ ONLARİN İSTİFADƏ EDİLMƏSİ Əllər insanın özünü ifadə etməsində ən hissi və ən təsirli orqandır. İnsan əlinin bacarığının inkişafı onun beyninin biolji inkişafı ilə paraleldir. İnsan beyninin düşünub xəyal etdiyini əllər həyata keçirir.Əldə yerləşən saysız sinirlər vasitəsilə insan barmaqları arasındakı bir saç telini, ya da toz zərrəciyini hiss edir.İnsan beynində baş və şəhadət barmaqlarını […]

Psixologiya elmi haqqında

Psixologiya elmi qədim tarixə malikdir.Psixoloji anlayışlar ilk dəfə sistem şəklində Aristotelin  “Ruh haqqında “traktatında şərh olunmuşdur. Traktatın psixologiya deyil ,”Ruh haqqında”adlandırılması təsadüfi deyil. 19-cu əsrin sonlarına qədər psixologiya elmi fəlsəfəyə, ilahiyyata aid edilmişdir. Avropa ədəbiyyatında bəzən onu mental (“mental”-latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (pnevma-yunan sözü olub, nəfəs, ruh deməkdir) adlandırmışlar. Azərbaycanda isə […]

Kainatın sirri çözülür: Su belə yaranıb – Yeni nəzəriyyə

 Elm adamları kainatın yaranma prosesində su molekullarının necə əmələ gəlməsinə dair yeni bir nəzəriyyə ortaya atıb.Araşdırmaçılar su molekullarını asteroidlərə zərblə çırpılan Günəş küləkləri ortaya çıxarıb.Mektebgushesi.az xəbər verir ki, elm adamlarına görə, şiddətli küləklər meteorit və Ayın səthində suyun əmələ gəlməsinə səbəb ola bilər. Bu prosesin kosmos boşluğunda baş verməsi də mümkündür.Yeni nəzəriyyəyə görə, günəş küləkləri […]

Alimlər Marsda daha bir “canlı” göl tapıblar

“Curiosity” adlı marsaxod Marsda qədim duzlu gölün qalıqlarını tapıb.  Bu barədə “Nature Geoscience” jurnalı yazır. Marsın Satton adaları adı verilmiş ərazisində çoxlu sayda palçıq çatları və mineral duzlar aşkarlanıb. Bu ərazini kosmik apparat ilk dəfə 2017-ci ildə çəkib. İndi isə alimlər iki illik analizlərin nəticələrini açıqlayıblar. Onların fikrincə, çatların səbəbi burada nə vaxtsa mövcud olmuş, sonradan qurumuş […]

Xeybər Göyyallı yazıçı-publisist: ABİDƏ KİTAB

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı…” kitabına sözardı Bu günlərdə paytaxt Bakıda keçirilən Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab sərgisində yazıçı-publisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı….” kitabının da təqdimat mərasimi oldu. Kitab Qarabağ döyüşlərində kəşfiyyatçı olmuş, 1993-cü ilin dekabrında kəşfiyyat xidmətini həyata keçirərkən itkin düşmüş Xəqani Əkbərovun ömür-gün və döyüş […]

Alimlər Venerada okean izləri tapıblar

Alimlər “Venera-Ekspress” zondundan göndərilən məlumatların son təhlili və Venera planetinin yeni kompüter modelləri əsasında belə qənaətə gəliblər ki, çox da uzaq olmayan keçmişdə burada böyük su ehtiyatları olub. Ola bilər ki, planetin erkən dövründə onun səthində okean və “Yer iqlimi” mövcud imiş. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu hipotezi Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə […]