Mektebgushesi

Çin alimləri ABŞ-ı kosmosda geridə qoydu

Dünya Çinin peyk mərkəzli yer sistemi Beidou yaxında istifadəsini gözləyir. Mektebgushesi.az xəbər verir ki, ABŞ və Çin arasındakı gərginlik kosmosda davam edir. Çin, GPS ilə rəqabət aparacaq peyk mərkəzli qlobal yer sistemi Beidou’nun bir neçə ay ərzində tamamlanacağını açıqlayıb. 2000-ci ildən bəri naviqasiya sisteminə 53 peyk göndərən ölkənin bəzi peykləri artıq bu sistem üçün işləyir. […]

Alimlər ekzoplanetlərdə suyun mövcudluğunu tədqiq ediblər

 Alimlər kiçik planetlərdə suyun mövcudluğunu tədqiq ediblər. Onlar belə qənaətə gəliblər ki, Qız bürcündə yerləşən və “WASP-39b” adı verilən qızmar saturn istisna olmaqla, son illər kəşf edilmiş ekzoplanetlərin heç birində yetərincə su ehtiyatı yoxdur. Astronomlar cəmi 19 kiçik planet arasında aparılan tədqiqatın yekunlarını “Astrophysical Journal Letters” jurnalında dərc etdiriblər.Kembric Universitetinin astrofiziki, tədqiqatın müəlliflərindən biri Nikku […]

Amerikalı alimlərdən açıqlama: Oruc tutmaq ömrü uzadır

Günün 16-18 saatını yeməkdən uzaq durmaq və ya həftədə müəyyən fasilələrlə oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır. “Anadolu” agentliyinin məlumatına görə, bu barədə elm adamlarının “New England” tibb jurnalında dərc edilən məqalələrində bildirilib. Bildirilib ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı […]

Alimlər əşyaların DNT-sini yaratdılar

İsveçrə və İsrail tədqiqatçıları, istənilən əşyada böyük miqdarlı məlumatı saxlamaq üçün yol tapıblar. Mektebgushesi.az xəbər verir ki, İsveçrənin Sürix Ali Texniki Məktəbində şüşə nanokürələr – “DNT molekulları” yaradılıb. DNT molekulları böyük ölçülü məlumatların bir neçə nəsil boyunca saxlanılmasına zəmanət verir. İxtiralarını nümayiş etdirmək üçün tədqiqatçılar 3D printerdə dovşanın plastik şəklini çap ediblər. Alimlər obyektin nəyi […]

Amerikada azərbaycanlıların birliyini arzulayan xanım

Amerikada 800 minə yaxın soydaşımız məskunlaşıb. Onların arasında milli kimliyini unudanlar da var, özünü Azərbaycanın bir parçası hesab edənlər də. Elələri də var ki, şəcərə baxımından azərbaycanlı olsalar da, Azərbaycan adlı bir ölkənin mövcudluğu onlar üçün heç bir əhəmiyyət daşımır… Deyir ki,- “Mən soydaşlarımın arasında olanda özümü dünyanın ən xoşbəxti sanıram. Ən böyük arzum Amerikadakı […]

“ŞƏHİDLƏR”- and yerimiz

20 dekabr 2019 – cu il Yardımlı rayon Ə.Mirzəyev adına Honuba kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilat rəhbərliyinin (UBTR) təşkilatçılığı ilə aprel şəhidi Nurəddin Mirzəyevin doğum günü münasibəti ilə tədbir keçirilib. Tədbirə Şəhidin atası Eytimat Mirzəyev və yaxın qohumları da dəvət edilib. Tədbiri giriş sözü ilə açan məktəbin dil-ədəbiyyat müəllimi Cabir Şükürov şəhidin həyat […]

Astara RTŞ -yə açıq məktub

Hörmətli redaksiya! Bu yazını bir etiraf kimi də, şikayət kimi də qəbul edə bilərsiz, ya da sadəcə üstündən keçə də bilərsiz. Lakin, hər halda yəqin ki, mətbuatda çox nadir görünən tipdə olan bu yazı bir vətəndaş və keçmiş jurnalist olaraq mənim-Leman Adıgözəlovanın səmimi bir məktubudur. Bu məktubu, yaxud bu məqaləni yazıb-yazmamaq barədə uzun müddət qərar […]

Azərbaycanlı fotojurnalist Hələb şəhərində Nəsiminin məqbərəsini ziyarət edib

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və Azərbaycanın böyük və şair mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa buran […]

Qoqolun kitabı 1. 3 milyona satıldı

Rus yazıçısı Nikolay Qoqolun Sankt-Peterburqda nəşr olunan kitabı hərraca çıxarılıb. Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün hərraca çıxarılan “Dikanka yaxınlığında xutor axşamları” povesti 1. 3 milyon rubla satılıb. Hərrac təşkilatçılarının bildirdiyinə görə kitab 1836-cı ildə nəşr olunub.

Müəllimlərimizi tanıyaq – Quliyeva Leyla Gəncivan qızı

“Müəllimlərimizi tanıyaq” rubrikasında sizə tanınmış, maraqlı və fərqli tədris metodlarının müəllifi universitet və orta məktəb müəllimləri ilə sizi tanış edirik.  Bu dəfə rubrikamızın qonağı Bakı Slavyan universitetinin Xarici dillər kafedrasının müəlimi, ingilis dili mütəxəsisi, tələbələrinin sevimlisi Quliyeva Leyla Gəncivan qızıdır. L.Quliyeva 2008 -ci ildən BSU-da əmək fəaliyyətinə başlayıb.  Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil […]

Gənc Jurnalist Mərhəmət Lələyev -“Qələmsiz keçməyən ömür”

Heç bir zaman ədəbiyyatsız yaşamıyan !  İstedadlı gənc, jurnalist, prodüser Mərhəmət Lələyev –  Gənc yazar.  Mərhəmət  erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur. Bir neçə şeirləri gənc yaşlarından dövri mətbuatda işıqlandırılıb. Hal-hazırda bu sahədə fəaliyyətini davam etdirir. Bir neçə uğurlara imza atan gənc qələm dostumuza yaradıcılığında və gələcək həyatında uğurlar arzulayıram.Müasir dövrümüzdə Respublikamızın mədəni həyatında hər zaman […]

Müəllimlərimizi tanıyaq – “Ucqar kənd məktəbini seçməyim öz arzum olub”

Xatın Həsənova 28 dekabr 1995-ci il tarixində Ağcabədidə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Son 6 ilə yaxın Bakı şəhərində yaşayıb. Bu il MİQ imtahanında 56 bal toplayıb və müəllim kimi iş yeri olaraq Quba rayonunun Əlik kəndini seçib. Hazırda həmin kənddə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. – MİQ imtahanı çox asan keçdi. […]

Müəllimlərimizi tanıyaq – Nofəl Şirinov – “Səsli dərslik” layihəsinin rəhbəri

“Səsli dərslik” layihəsinin rəhbəri Nofəl Şirinov: Məqsədimiz kitabxananı görmə imkanları məhdud olan uşaqlarımızın yanına aparmaqdır  Çətin şəraitdə təhsil alıb. Top-tüfəngin, müharibənin ortasında təhsili çıxış yolu kimi görüb və bərk-bərk ondan yapışıb. Bəzən ayaqqabısız, bəzən köhnə çanta ilə məktəbə gedib, amma oxuyub. Dərslik tapmaqda çətinlik çəkib. Bir dərslik üçün digər kəndə gedib, başqa şagirdin dərsi bitirməsini […]

Müəllimlərimizi tanıyaq – Cəmiyeva Sədaqət Sədrəddin qızı

1966 cı ildə Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbədə anadan olmuş, 1984 -cü ildə Sabir qəsəbə tam orta məktəbini bitirmiş, Aəzərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşam. Universiteti başa vurandan sonra hal hazırda çalışdığım doğma məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. Şagirdlərimə tədris etdiyim fənni sevdirə bilmişəm. Belə ki, şagirdlərimlə birlikdə bir necə yerli və beynəlxalq müsabiqələrdə iştirak […]

Qızıl payızdan qızılı düşüncələr…

Foto-reportaj. Hər fəslin öz ab-havası, öz rəng çaları var.Bahar deyəndə xəyalımızda yaşıllıq, qış deyəndə ağappaq bəyazlıq,yay deyəndə al-əlvanlıq, payız deyəndə sarılıq canlanır.Bu rəng çalarları ruhumuzda da yaşanır.Yazla cavanlaşan ruhumuz payızla ahıllaşır elə bil.Payız ömrün də, təbiətin də müdriklik çağıdır. Bu dünyanın keçici olduğunu, Süleymana qalmayan dünyanın heç birimizə qalmayacağını tanrı uçuşan yarpaqlarla namə edib göndərir […]