Mektebgushesi

Yalan danışanı necə tanımalı? – BƏDƏN DİLİ HAQQINDA BİLMƏDİKLƏRİMİZ-VİDEO

Mikelancelo deyir ki, ruhun sirri bədənin hərəkətləri ilə ortaya çıxar. Ünsiyyət fəaliyyətini təmin edən ən əhəmiyyətli vasitə bədən dilidir. “Bədən dili” ilə əlaqədar edilən araşdırmalara əsasən,  insanların üz-üzə qurduqları əlaqədə sözlər 7%, səs tonu 38%, bədən dili 55% əhəmiyyət daşıyır.   Bədən dilinin öyrənilməsi üzrə mütəxəssis Babək Bayramovun fikrincə, bədən dili şüraltının dilidir. Bəzən bir […]

Ölkədə unikal laboratoriyalar qurulur – BU QƏRB UNİVERSİTETDƏ OLACAQ

  Ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Qərb Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş əsaslı yenidənqurma işləri davam etdirilir. Universitetin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması üçün müasir qurğu və cihazlarla təchiz olunmuş laboratoriyalar qurulur. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına başlanılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan […]

Müəllimlərə ən çox maaş verən ölkələr – SİYAHI

 1966-cı ilin 5 oktyabrında Parisdə YUENSKO və Beynəlxalq Əmək Təşkilatının birgə iclasında “Müəllimlərin durumu” haqda sənəd qəbul olunub. Həmin sənəddə müəllimlərin hüquqları, onların təsnifatının yüksəldilməsi yolları, işə qəbul və əmək şərtləri barədə tövsiyələr yer alıb. 1994-ve ildən bəri iclasın keçirildiyi tarix Müəllimlər günü kimi qeyd olunur. Hər il Müəllimlər gününü yeni devizi olur. 2016-cı ildə […]

Təhsil haqqını mal-qara ilə ödəyəcəklər

Zimbabvenin təhsil naziri Lazarus Dokora övladlarının təhsil haqqını ödəyə bilməyən valideynlər üçün yeni qərar verib. Trend-in məlumatına görə, nazir həmin valideynlərin pul əvəzinə ödənişi ev heyvanları ilə edə biləcəklərini açıqlayıb. O, həmçinin qeyd edib ki, əgər hansısa valideynin ustalıq və bu kimi məktəbə lazım ola biləcək peşəsi varsa, təhsil haqqını həmin işlərlə də ödəyə bilər. […]

Azərbaycanın nazirləri hansı ali məktəblərdə təhsil alıblar?

Azərbaycan nazirləri hansı ali təhil müəssisələrini bitiriblər?   Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini,1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib. Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.  Sabiq Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov 1978-ci ildə D.Bünyadzadə adına Xalq […]

Şou adamları hansı universitetləri bitiriblər?

“Qafqazinfo” bu dəfə ali təhsil almış şou nümayəndələrini müəyyənləşdirməyə çalışıb. Xalq artisti Flora Kərimova Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib.   Xalq artisti İlhamə Quliyeva ali təhsil alan məşhurlar sırasındadır. Xalq artisti 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universiteti) bitirib.   Xalq […]

Molla Pənah Vaqif ənənələri ilə seçilən ədəbi məktəb yaradıb

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, ölkədə silsilə tədbirlər təşkil olunur. Belə ki, aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVIII əsrin görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin yubileyinə həsr olunan tədbir keçirilib. ADNSU-dan mektebgushesi.aza bildiriblər ki, tədbirdə universitetin […]

ADMİU-nun müəllimi Beynəlxalq Yay Teatr məktəbində iştirak edəcək.

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “SABAH” qruplarının müəllimi, aktyor Ceyhun Dadaşov Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Beynəlxalq Yay Teatr Məktəbinə 24 ölkədən 87 gənc və professional aktyorlar seçilib. Təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, mühazirələri, Rusiya və digər […]

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

  Eyni zamanda yeni proqram və oyunların emal edilməsi nəzərdə tutulur Qərb Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə “Proqram və oyun yaradıcılıq qrupu” layihəsinə başlanılıb. İlkin mərhələdə Tələbə Gənclər Təşkilatlarının nəzdində kompüter proqramı və oyunları sahələrində potensiallı gənclərdən ibarət xüsusi qruplar təşkil olunacaq. Daha sonra ATGTİ-nin daxilində […]

Azərbaycan UNEC-in alman magistrinin gözü ilə

UNEC Almaniyanın Siegen Universiteti ilə bir çox uğurlu layihələr, o cümlədən tələbə mübadiləsi həyata keçirir. 2016/17-ci tədris ilinin yaz semestrində mübadilə proqramı çərvisində UNEC-də bir semestr təhsil almaq üçün müraciət edən Siegen Universitetinin magistriləri Jens Bolay və Tim Dettmann Azərbaycana fevralın 15-də gəliblər. Onlar UNEC Biznes Məktəbində təhsil alırlar. J.Bolay həm də həvəskar fotoqrafdır. Azərbaycana […]

Azərbaycan alimləri qocalmanın səbəbləri ilə bağlı maraqlı nəticələr əldə edib

Orqanizmin vaxtından əvvəl qocalması, ümumiyyətlə, yaşlanma prosesi hər zaman insanları dərindən düşündürüb. Hətta nağıllarda belə cavan qalmaq, üzunömürlü olmaq üçün müxtəlif vasitələr axtarılıb. Hazırda isə alimlər insan ömrünü uzatmaqla yanaşı, yaşlanma prosesini nisbətən ləngitmək üçün müxtəlif araşdırmalar aparırlar. Əsas məqsədlərdən biri isə orqanizmin sağlam şəkildə qocalmasını təmin etməkdir. Bəs bunun üçün mütəxəssislərin, eləcə də insanın […]

Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb

Azərbaycanda yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişliklərdə qeydiyyatda olan uşaqların sayı açıqlanıb. Modern.az-ın rəsmi statistikaya əsasən hazırladığı xəbərə görə, müfəttişliklərdə qeydiyyatda olan uşaqların sayı 3000 nəfərdir. Onlardan 620 nəfəri qızlar, 2380 nəfəri oğlanlardır. Həmçinin, 980 nəfəri 14 yaşadək olanlar, 2020 nəfəri 14-17 yaşda olanlardır. Qeydiyyatda olanların ümumi sayından 1200 nəfəri məşğulluğu olmayanlar, 930 nəfəri təhsil […]

Qərb Universiteti kitabxanasını abituriyentlər üçün açıq elan edib

  Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti öz kitabxanasını abituriyentlər, eləcə də bütün orta məktəb şagirdləri üçün açıq elan edib. Universitetdən verilən məlumata görə, bu həftədən etibarən istənilən orta məktəb şagirdi universitetin kitabxanasının oxu zalından heç bir ödəniş etmədən istifadə edə, müxtəlif istiqamətləri əhatə edən ədəbiyyatlardan yararlanaraq bilik və dünyagörüşünü genişləndirə bilər. […]

Çin təhsili ilə bağlı inanılmaz faktlar

Dünyanın tanınmış tədqiqatçı alimləri Çin Xalq Respublikasının uğurları haqqında cild-cild kitablar yazıblar. Bu araşdırmalar indi də davam edir. Çinin Orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nəaliyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada […]

Türkiyənin coğrafiyaşünas alimləri azərbaycanlı həmkarları ilə birgə müzakirələr aparacaqlar

Mayın 2-dən 5-dək Bakıda keçiriləcək Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C.Ege Universitetinin Ədəbiyyat fakültəsinin coğrafiya bölümü ilə birgə təşkil olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, mayın 2-də müxtəlif mövzularda elmi məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Mayın 3-də tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik […]