Mektebgushesi

Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq

  Növbəti tədris ilindən etibarən Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq. Yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında […]

15 dəqiqəyə 300 səhifəlik kitabı oxuyan azərbaycanlı qız VİDEO

Sürətli oxuma üzrə rekord qıran azərbaycanlı qız 14 yaşlı Fatimə Zülfüqarlı 1 dəqiqədə 102 min söz oxuyur. Özünün dediyi kimi bu, dünya rekordudur. Fatimə sürətli oxumanı Bakıda fəliyyət göstərən “Genius school”da öyrənib. O, təxminən 300 səhifəlik kitabı 15 dəqiqəyə oxuyur. İstənilən kitabı sürətli oxuyur və mətnin 80 faizini danışır.   https://mektebgushesi.az

Cəlilabadda daş salnamə aşkar edilib

Cəlilabad rayonunda daş salnamə aşkar edilib. Tarixçi Elşad Əmənovun “Report”un Aran bürosuna verdiyi məlumata görə, salnamənin üzərində 14 hərf-işarə var. Yazı qrafiki Mingəçevirdə, Şimali Qafqazda, Altay ərazisində, Urmiya və Ön Asiyada tapılmış yazı nümunələrinə çox oxşardır. Yazılı daşın bir üzünə baxış keçirilsə də, digər üzü torpağa bitişik olduğundan tədqiq etmək mümkün olmayıb. Tarixçinin sözlərinə görə, bu […]

12 yaşlı qız Albert Enşteyn və Stiven Hokinqi üstələyib

Britaniyanın Çeşir qraflığında yaşayan Hindistan əsilli 12 yaşlı Racqauri Pavar “İQ” yoxlanması (intellekt göstəricisi ) zamanı 162 bal toplayaraq Albert Enşteyn və Stiven Hokinqin göstəricilərini üstələyib. “Report” xəbər verir ki, bunu “The Independent” qəzeti yazıb. İnformasiyaya görə, yoxlama Mançestrdə keçirilib. Racqauri Pavar adlı qızın göstəricisi 18 yaşadək olanlar arasında maksimum sayılır. Nəticələr açıqlanandan sonra ona Britaniyanın yüksək intellektli […]

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı – ən çox azərbaycanlılardır

2016-2017-ci təhsil ilində Türkiyədəki universitetlərdə oxuyan xarici tələbələrin sayı 103 min 727 nəfər təşkil edir. Modern.az sytı Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda bu ölkədə təhsil alan əcnəbi tələbələr arasında sayına görə birinci yerədə azərbaycanlılar gəlir – 15036 nəfər. Sonrakı yerlərdə suriyalı (14765 nəfər),  türkmənistanlı (10642)  tələbələr yer alıb. https://mektebgushesi.az

Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsi mayın 6-da keçiriləcək

Mayın 6-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək. Finalda olimpiadanın məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 2.041 şagird iştirak edəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, olimpiadanın final mərhələsi saat 11:00-da başlanacaq və saat 12:30-da başa […]

ADMİU-nun müəllimi VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda iştirak edib

  24-28 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Eskişehirdə keçirilən VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda iştirak edib. Eskişehir Tepebaşı Bələdiyyə başçısı Ahmet Ataç və sərginin kuratoru, rəssam Numan Arslanın təşkilatçılığı ilə keçirilən simpoziumda müxtəlif ölkələrdən Türkiyə, Azərbaycan, İspaniya, Hindistan, Polşa və […]

Cənubi Koreya məktəbləri haqqında eşitmədiyiniz 10 məlumat – FOTOLAR

Pearson tərəfindən aparılan araşdırmaya görə, dünyanın ən yaxşı təhsil sistemi Cənubi Koreyadakı təhsil sistemdir. Məktəbə, müəllimə və şagirdə verdikləri dəyər bir çox çətinliyə baxmayaraq onları ən yüksək səviyyəyə qaldırıb. Moderator.az aparılan tədqiqatlara əsasən Cənubi Koreya təhsil sisteminin birinci olma səbəblərini təqdim edir: 10. Məktəb saatları – Hər hansı bir şagird bütün il boyu gündə 14-16 saat […]

Bakıda keçirilən “ABŞ-da təhsil” sərgisində iyirmidən çox universitet təmsil olunub

Aprelin 29-da Azərbaycan Dillər Universitetində ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “ABŞ-da təhsil” sərgisi keçirilib. AZƏRTAC xəbər verir ki, sərgidə ABŞ-ın iyirmidən çox universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Emi Pitersen bildirib ki, sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənlərə bu ölkənin təhsil […]

DİQQƏT: Bu oyunu oynayan uşaqlar intihar edir – MƏKTƏBDƏN XƏBƏRDARIQ

Rusiyada 130 gəncin intiharı ilə əlaqəsinə dair iddialarla gündəmə gələn “Mavi balina” oyunu indi də İngiltərəyə “sıçrayıb”. İngiltərədə xüsusilə orta məktəb və liseylərdə oyunu oynayan şagirdlərin valideynlərinə artıq xəbərdarlıq edilib. Artıq getdikcə təhlükəli hal alan oyunu oynayanlar 50 təlimatı yerinə yetirməlidir. Rəsmilər oyunun ingilis gəncləri arasında da yayılmasından narahatlıq keçirir. Artıq Basildondakı Woodlands School rəhbərliyi […]

QEYRİ-ADİ UŞAQLAR YETİŞDİRƏN QEYRİ-ADİ MƏKTƏBLƏR

Dünyada bəzi məktəblər fərqli və qeyri-adi üsulları ilə fərqlənir. Bu üsullar təbii ki qeyri-adi uşaqların yetişməsinə səbəb olur. Sizin üçün dünyadakı qeyri-adi 9 məktəbi topladıq. Həyatımız boyu sadəcə sıradan biri olmaq üçün təhsil aldığımız məktəblərə çox öyrəşmişik.Öyrəşmədiyimiz isə fərqli üsullar sınayan, inkişaf etdirən və hər bir şagirdi ayrıca bir fərd olaraq görən məktəblərdi.Kimiləri qəbul etdikləri […]

Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda

Bu yaxınlarda Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xüsusi bir uğura imza atılıb.  “Qafqazinfo” xəbər verir ki, azərbaycanlı gənc Kamran Səfərəlizadə Amerikada UNESCO Sülh Mərkəzi (UNESCO Center for Peace) və UNESCO Klubları, Mərkəzləri və Asossiyasiyalarının Birləşmiş Ştatlar Federasiyası (U.S. Federation of UNESCO Clubs, Centers and Associations) tərəfindən təşkil edilmiş UNESCO klubları 2017 Dünya üzrə Gənclərin Multimediya […]

Dünyadakı ən yaxşı təhsil sistemləri

Təhsil dünyada olduqca əhəmiyyətli hesab olunan amillərdən biridir, lakin o, hələ də hər ölkədə eyni səviyyədə deyil. Qərblilər elə hesab edir ki, onların təhsil sistemi ən yaxşısıdır, lakin bu belə olmaya da bilər. “Pearson” adlı təhsil qrupu təhsil sistemlərinin uğurlarına əsaslanaraq ölkələrin ən yaxşı təhsil sistemləri siyahısını hazırlayıb. Nəticələr müxtəlifdir, lakin bu nəticələrin maraqlı tərəfi […]

Ali məktəblərdəki ən bahalı və ən ucuz ixtisaslar – SİYAHI

2016-2017-ci tədris ili üçün ali məktəblərə daxil olmaq istəyən abituriyentlər bu gündən ixtisas seçməyə başlayıblar. mektebgushesi.az BiG.AZ-a istinadən  xəbər verir ki, imtahanlarda yüksək bal toplayanlar təbii olaraq dövlət sifarişli yerlərə üstünlük verəcəklər, aşağı nəticələr göstərən abituriyentlər isə tələbə adını qazanmaq üçün istər-istəməz pullu ixtisaslar arasından da seçim edəcəklər. Maraqlıdır, ali məktəblərdəki pullu ixtisaslar üzrə ödənişlər […]

Kitablar haqqında bunları bilirsiniz?

“Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq” Rey Bredberi   1995-ci ildə Barselonada toplanan Dünya Nəşriyyatlar Birliyi 23 aprelin hər il Kitab Günü kimi qeyd edilməsi təklifini irəli sürüb. Elə həmin ildə UNESCO 23 aprel tarixini Dünya Kitab Günü kimi rəsmən qəbul etdi. Maraqlıdır, dünyada nə qədər kitab var? Modern.az xəbər verir ki, statistik […]