Mektebgushesi

Mürəkkəbi bitməyən qələm istehsal edilib (FOTO/VİDEO)

  Artıq əksər insanlar gündəlik həyatda qələmdən az istifadə edirlər, əsasən qeydləri telefona yazırlar. Lakin hələ də köhnə üsuldan imtina edə bilməyənlərin sayı olduqca çoxdur. mektebgushesişaz-ın Trend-ə istinadən verdiyi  məlumatına görə, Pininfarina, not almağı sevənlərə ömür boyu istifadə edə biləcəkləri bir qələm təqdim edir. Pininfarina Cambiano mürəkkəb istifadə etməyən, bu sayədə əsla tükənməyən bir qələm […]

Azərbaycan alimləri “Alqarış” qrant layihəsi üzrə qaliblər sırasında yer alıblar

Rusiya Federasiyası Tatarıstan Respublikasının hökuməti tərəfindən elan olunmuş “Alqarış” qrant layihəsi üzrə qaliblərin adları açıqlanıb. Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova qaliblər sırasında yer alıblar. Akademiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan alimləri layihə çərçivəsində oktyabrın […]

Fiziki qüsürlu olmaq istedada mane olmur

Abışov Məhəmməd Maşallah oğlu 11 iyul 2001-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində dünyaya gəlib. Körpəlikdən oyuncaqlara maraq göstərən və musiqiylə əylənməyi xoşlayan, birinci sinfə gedənə qədər artıq  30-40 şeir əzbər bilən Məhəmməd  3-4 yaşlarında olarkən  pianoda “Cücələrim”,“Sağıcıdır mənim nənəm”,“Günəş olaram mən də” mahnılarını ifa edə bilirdi. Elə həmin yaşlarında onun musiqiyə olan həvəsi anası tərəfindən […]

Tağıyevin qız məktəbinin tarixindən – tarixi məktublar

Hacı Zeynalabdin Tağıyev Bakıda qızlar məktəbini açdıqdan sonra cəhalət qaranlığında istedadları boğulan nə qədər Azərbaycan qızları o məktəbdə təhsil alıb, inkişaf edib, cəmiyyətin aktiv üzvlərinə çevriliblər.Yəni, həmin məktəbin Azərbaycan cəmiyyəti üçün faydasını heç nəylə müqayisə etmək olmaz. Az öncə dediyim kimi, bu məktəb sayəsində yüzlərlə qızlarımız cəhalətin qaranlığından xilas olaraq xalqa, dövlətə gərəkli insanlar olublar. […]

UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

UNEC-də məşhur iqtisadçı alim, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix Hayekin “Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel Valyutalar Nəzəriyyəsi və Təcrübəsinin təhlili” kitabı Azərbaycan dilinə tərcümə edilib. Tərcümənin elmi redaktoru UNEC-in rektoru, professor Ədalət Muradovdur. Kitabı ingilis dilindən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev tərcümə edib. Kitabda pulun mahiyyəti və ona […]

Sinifdə müşahidənin aparılması üçün mükafata layiq görülmüş texnikalar

  Bir çox müəllim üçün dərslərinin müşahidə edilməsi qorxulu və xoşa gəlməyən bir təcrübə kimi görünə bilər. Ancaq müşahidə peşə təhsili sahəsində təlim və tədrisin keyfiyyətinin artırılmasının mühüm bir hissəsi ola bilər. Birləşmiş Krallıqda yerləşən Çiçester Kolleci kouçinq mədəniyyətini tətbiq etmək məqsədilə öz müşahidə sistemini yenidən təşkil edib və həm müəllimlərin, həm də tələbələrin fikrincə, […]

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb. Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar Həsənovun Şimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb. Görüş zamanı AKDC sədri Orxan Həsənoğlu […]

Dünyada müəllimlik peşəsi nə üçün “qadınlaşır”?

Son illər Azərbaycanda müəllimliyin, pedaqoqikanın “qadın peşəsi” olması ilə bağlı təsəvvürlər möhkəmlənib.   Məktəblərdə kişi müəllimlərin sayının azalması da bu tendensiyanın möhkəmlənməsinə, xüsusən, ibtidai və orta məktəb sistemində zəif cinsin nümayəndələrinin aşkar dominantlığına səbəb olub. Buna müxtəlif səbəblər – məktəbdə əmək haqlarının az olması, müəllimliyə daha çox qadın məşğuliyyəti kimi baxılması və s. təsir göstərir. […]

Qərb Universitetində Britaniya film festivalı başlayır

  Qərb Universitetində film festivalı keçiriləcək. 24-29 may tarixləri arasında davam edəcək festivalda Böyük Britaniya filmləri nümayiş etdiriləcək. Festival universitetin müəllim və tələbələri ilə yanaşı, arzu etmək istəyən istənilən şəxs üçün açıq olacaq. Filmlərin nümayişindən sonra müzakirə panelləri olacaq. Müzakirələr Böyük Britaniyalı alim Kolen Lavın iştirakı ilə aparılacaq. Məlumat üçün bildirək ki, professor Kolin Lav […]

Müəllim peşəsinə üstünlük verən ölkələr

İstər Azərbaycanda, istərsə də digər əksər ölkələrdə təhsil, savad verməklə müqəddəs iş görən müəllimlərin maaşları çox azdır. Bəs dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır? mektebgushesi.az xarici mətbuata istinadən bəzi ölkələrdə müəllimlərə verilən əmək haqqlarinı araşdirib.  11 – Amerika Birləşmiş Ştatları – ABŞ – Amerikada da məktəblər Azərbaycanda olduğu kimi özəl və dövlət […]

“Nar” tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

“Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını etmiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir. AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda təşkil edilən təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət […]

Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq

Bu il Bakı şəhəri üzrə 1-ci və 11-ci sinifləri nə qədər şagirdin bitirəcəyi məlum olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.azın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə Bakı şəhəri üzrə 62.000-dən çox şagird birinci və 11-ci sinfi bitirir. “2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri üzrə I sinfi 45 […]

Təhsil haqqında ən maraqlı faktlar

Bir çoxları Cambridge və yaxud Sorbonne kimi ali təhsil müəssisələrinin dünyanın ən qədim təhsil ocaqları olduğunu düşünür. Lakin bu belə deyil. Ən qədim təhsil müəssisəsi tituluna bizim eradan əvvəl 859-cu ildə Mərakeşin Fes şəhərində əsası qoyulmuş Karauin Müsəlman universiteti sahibdir. Necə düşünürsünüz, ən çox şagird sayına malik olan məktəb harada yerləşir? Cavabınız Hindistandırsa haqlısınız. 2003-cü […]

Azərbaycanlı şahmatçıdan böyük uğur – Tarixə düşdü

Azərbaycanlı şahmatçı, Sumqayıt şahmat məktəbinin yetirməsi Şəhriyar Məmmədyarov tarixi uğura imza atıb. BakiPost.azxəbər verir ki, şahmatçımız dünya qrossmeysterlərinin yeni reytinq cədvəlində 5-ci pilləyə yüksəlib və xallarının sayını 2801.1-ə çatdırıb. O, dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar bu uğura imza atmış ilk müsəlman və türk idmançı kimi də tarixə düşüb.  

Almaniyadakı alimimizin elmi uğuru: “Gələcək bundan asılıdır”  

Almaniyanın Braunşvayq Texniki Universitetində çalışan həmyerlimiz Pərviz Əmiraslanov süni intellekt metodunu rəhbərlik etdiyi elmi şöbədə tətbiq etməklə praktiki şəkildə yeni fəaliyyət xəttinə keçməsi bacarıb.   mektebgushesi.az Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli dahi alim Lütfi Zadənin dünya elminə bağışladığı nəzəriyyəni şöbəsində tətbiq edəcək alim fikirlərini bu cür əsaslandırıb:   “Süni İntellekt” rəqəmsal şəbəkə olaraq […]