Mektebgushesi

Azərbaycanlı tələbəyə Yaxın Doğu Universitetində iş təklif edildi

 Dünya çapında  yaxşı tanınan Şimali Kiprin  Yaxın Doğu Universitetində bakalavr pilləsində təhsil alan  tələbələrin buraxılış mərasimi keçirilib. Moderator.az xəbər verir ki, azərbaycanlı tələbə Günay İmanova universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb. Məzunun Yaxın Doğu Universitetində çalışması təklif olunub. Qürurverici hadisələrdən biri də  bu il digər bir azərbaycanlı tələbənin Türkiyədə birinci yerə layiq […]

Ali məktəblər üçün dərslik: “Azərbaycan multikulturalizmi”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərdiyi üç il ərzində Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə müvafiq olaraq, çoxlu sayda regional və beynəlxalq layihələrə imza atıb. BBMM-dən AZƏRTAC-a bildiriblər ki, bu layihələrə hazırda iyirmi xarici ölkə universitetində, ölkəmizin isə qırx ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu fənni mənimsəyərək Azərbaycanın dostuna çevrilən, onlarla xarici […]

Cümhuriyyətin Almaniyaya gödərdiyi tələbələr nədə səhv etdilər?

 Azərbaycan Xalq Cümhuriyyətinin xaricə oxumağa öndərdiyi 100 tələbədən biri, Nəsib bəy Yusifbəylinin xalası oğlu İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatında araşdırmaçı-alim Ədalət Tahirzadə maraqlı faktlar səsləndirib.   mektebgushesi.az Moderator.az-a istinadən  xəbər verir ki, Cümhuriyyət dövrünü araşdıran alim Almaniyaya göndərilən tələbələr haqqında bir neçə faktı qeyd edib: “AXC hökumətinin xaricdə təhsil almağa göndərdiyi 100 tələbənin böyük […]

Gələn il Bakıda I siniflərə 46 minə yaxın uşaq qəbul olunacaq

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin 1-ci siniflərinə 46 minə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır.   Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.   Martın 15-dən sentyabrın 15-dək həyata keçiriləcək I […]

Dünyanın 100 ən yaxşı universiteti (siyahı)

  Siyahıya Azərbaycan universitetlərindən heç biri düşə bilməyib. Böyük Britaniyanın “Guardian” qəzeti “Times Higher Education” və “QS Top Universities” tərəfindən aparılan araşdırmaya əsaslanaraq dünyanın ən yaxşı 100 universitetinin siyahısını dərc edib.Siyahının başında Harvard Universiteti yer alır. Siyahıda Asiya universitetlərinin yüksəlişi diqqət çəkir. Xüsusən Çin, Yaponiya və Cənubi Koreya universitetlərinin yaxın vaxtlarda ABŞ-ın Ivy League və […]

RUSİYADA DÜNYANIN ƏN ƏXLAQSIZ SON ZƏNGİ KEÇİRİLİR – FOTOLAR

Rusiyada Son Zəng digər ölkələrdən fərqlənir Rusiyada son zəng tədbirləri olduqca fərqli və rəngarəngdir. Daha çox əyləncəyə üstünlük verən məzunlar, bütün gecəni restoranlarda, barlarda və səhərə yaxın meşələrə üz tutmaqla keçirirlər. Bütün gecə boyu spirtli içki qəbul etməklə gün keçirən məzunlar arasında bir gecə ərzində çoxlu sayda cinayət xarakterli hallarda baş verir. mektebgushesi.az Rusiyada orta […]

Bakı səmasında NUO görünüb-VIDEO

Bakı səmasında naməlum obyektin hərəkət etdiyi görüntülənib. Həmin anları yaxınlıqda yaşayan bir vətəndaş telefonun kamerası ilə qeydə alıb. Sosial şəbəkələrdə yayılan və həyəcana səbəb olan kadrlarda naməlum obyektin hərəkət etdiyi aydın görünür. Ancaq obyekt uzaqda olduğu üçün nə olduğu bilinmir. Şamaxı Astrofizika Rəsədxanasından fəlsəfə elmlər doktoru Ədalət Ətayi deyir ki, bu uçan naməlum obyekt deyil. […]

YERƏ BƏNZƏYƏN 7 PLANET TAPILDI  

ABŞ-ın Oklahoma Universitetinin alimləri Yerə bənzəyən 7 planet aşkarladıqlarını bəyan ediblər. İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, planetlər TRAPPİST-1 sistemində tapılıb. Alimlər onların öz atmosfer və dərinliyinə görə Yerə çox bənzədiyini vurğulayıblar. Universitetin aparıcı tədqiqatçısı Billi Kuors deyib ki, bu planetlərin hamısı həyatın yaranması üçün bütün zəruri şərtlərə malikdir. Qeyd edək ki, TRAPPİST-1 bu ilin yazında […]

Robot şair qum üzərində şeir yazır

Son illər müasir texnologiyalar sürətlə inkişaf edir və bu gün robotlar insanları daim müşayiət edir. Süni intellekt kimi texnologiyaların meydana çıxması nəticəsində öyrənə, düşünə və qərarlar qəbul edə bilən robotlarla rastlaşırıq. Əlbəttə ki, bunlar yalnız insanın rahatlığı üçün yaradılmış alətlərdir. Lakin robotlar insan kimi düşündükdə və hiss etdikdə nə baş verəcək? mektebgushesi.az “popmech.ru” saytına istinadla xəbər […]

Amerikanın Ən Qədim 10 Universiteti

Aşağıda qeyd olunan təhsil müəssisələri dünyanın ən qədim universitetləri hesab edilməsə də, bu Amerika universitetlərinin hamısının tarixi 1765-ci ildə başlayan Amerika İnqilabından əvvələ təsadüf edir. Aşağıdakı  universitetlərdən 6-sı nüfuzlu İvy Liqasının üzvləridir və hamısı inkişaf və yeniliklərə can ataraq öz tarixi irsini zənginləşdirir. 1. Harvard Universiteti: 1636-cı ildə yaradılıb. Massaçusets Ştatında yerləşən Harvard Universiteti “New Collage” […]

Azərbaycanlı alim kosmosda müstəqil dövlət yaratmaq istəyir

Kosmosda pilotsuz bazanın əsasında Asqardiya adlı müstəqil dövlət yaradılacaq.   mektebgushesi.az Vladtime.ru-ya istinadən xəbərinə görə, layihənin müəllifi UNESCO-nun Kosmos məsələləri üzrə Komissiyasının prezidenti, Azərbaycan əsilli Rusiya iş adamı, texnika elmləri doktoru İsa Rauf oğlu Aşurbəylidir.   O təklif edir ki, orbitə pilotsuz stansiya buraxılmalı, sonradan o, genişləndirilərək yaşayış məhəlləsinə və beynəlxalq qanunlardan asılı olmayan müstəqil […]

Dünyadakı ən qədim 10 universitet

Universitet sözü latınca “Universitas” sözündən götürülüb, mənası birgəlik, ümumilik deməkdir. Fundamental və tətbiqi sahələr üzrə kadr hazırlayan ali məktəblərə deyilir. Hal-hazırda universitetlər həmçinin elmi mərkəz kimi də fəaliyyət göstərir. Dünyadakı ən qədim 10 universitetə dair məlumatlardan ibarət siyahını sizə təqdim edirik: 1.Əl-Qarauin Universiteti: Mərakeşin Fes şəhərində yerləşir. 859-cu ildə  Fatimə əl-Fihri tərəfindən əsası qoyulub. İlk […]

London kitabxanasında Azərbaycan bölməsi yaradılıb

Bu günlərdə Londonun Uolthamstou Sentral Kitabxanasında (Walthamstow Central Library) Azərbaycan ədəbiyyatı bölməsi fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının təşəbbüsü ilə yaradılan bölmədə klassik və müasir ədəbiyyat örnəkləri oxucuların mühakiməsinə verilib. mektebgushesi.az AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycan dilində bədii və elmi-publisistik əsərlərdən ibarət bölmənin yaradılması Bakı Dövlət Universitetinin və […]

Bakıda “Türkiyə ədəbiyyatı antologiyası” kitabının təqdimatı olub

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib. Mərkəzdən “Report”a verilən məlumata görə, Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini, yazıçı […]

“Siqaret çəkən uşaqlara görə valideynlərin cərimələnməsi ciddi nəticə verməyəcək”

Rasim Mədəd: “Ailə tərbiyəsi ilə yanaşı ictimai tərbiyənin də olması vacibdir” Qanunvericiliyə edilən son dəyişikliyə əsasən bundan sonra siqaret çəkən uşaqların valideynləri 250 manat məbləğində cərimə ediləcək. Maraqlıdır, valideynlərin cərimələnməsi uşaqların siqaretdən istifadəsini məhdudlaşdıra bilərmi? Cərimə hesabına bu problemi aradan qaldırmaq mümkündürmü? Moderator.az-a açıqlama verən “Siqaretsiz Həyat” İctimai Birliyinin sədri Rasim Mədəd məsələ ilə bağlı maraqlı […]