Mektebgushesi

Artıq çəkili uşaqların təhsil problemi də ola bilər

Valideynlərdən uşaqların bədən kütlə indeksi və məktəb müvəffəqiyyətinin beş əsas meyar ilə qiymətləndirməsi istənilib. Artıq çəkili uşaqların məktəbdə təhsilində yaşadığı problemlər araşdırılır. Artıq çəki təkcə onların sağlamlığına deyil, psixo-sosial davranışlarına da təsir edir. ABŞ-ın Rod-Aylend ştatının Braunov Universitetinin alimlərinin apardığı araşdırmada 10-17 yaşlı uşaqların böyüdüyü 22 914 ailə iştirak edib. Valideynlərdən uşaqların bədən kütlə indeksi […]

Kəllə-komet Yerə yaxınlaşır

Apollon qrupundan ölüm kometi yerə yaxınlaşır. Mektebgushesi.az xariçi mətbuataa istinadən xəbər verir ki, zahiri görünüşünə görə insanın kəllə sümüyünü xatırladan komet  noyabrda Yerə yaxınlaşmağa başlayacaq. Komet 2015-ci ildə Pan-STARRS teleskopu ilə kəşf edilib. Onun əsas xüsusiyyəti qara olmasıdır.

Valideynlər uşaqlarını musiqi məktəbinə qoyan zaman hansı ciddi xətalara yol verirlər ?-

Musiqi tarixinə nəzər yetirsək, çox azyaşlı dahilərə rast gələrik. Belə dahilərdən biri də V. A. Motsartdır. O, balacalıqdan  istedadlı musiqiçi olan bacısı Maria Anna ilə Avropanın bütün önəmli musiqi mərkəzlərində konsertlər verib. Həmin dahilər artıq 10 yaşlarında  musiqilər bəstələməyə başlayıblar. Hazırda da sosial mediada azyaşlı uşaqların qeyri-adi istedadlarına tez-tez rast gəlinir. Bəs belə istedadlı uşaqların […]

Alimlərdən yenilik – İnsan orqanını 30 dəqiqəyə hazırlamaq mümkün olacaq

  Nəql edilə bilən orqan çətinliyinə həll tapmaq üçün işlərini sürətləndirən elm adamları 10 – 20 il ərzində üç ölçülü printerlərlə 30 dəqiqə ərzində insan orqanı hazırlaya biləcək. Mektebgushesi.az bildirir ki, AzEdu.az xaici mediaya istinadən xəbər verir ki, üçölçülü printerlərlə insan toxuması və orqanları meydana gətirmək işlərində qısa müddətdə müvəffəqiyyətə çatan isveçli Cellink şirkəti, 10-20 il […]

Polşa məktəblərindən birinin kitabxanasına 55 adda kitab hədiyyə olunub

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Zamoç şəhərinin meri Andjey Vnukun şəxsi dəvəti ilə Polşa müstəqilliyinin bərpasının banisi sayılan Yozef Pilsudskinin abidəsinin təntənəli açılış mərasimində iştirak edib. Hərbi, siyasi və dövlət xadimi olan Y.Pilsudski 1918-ci il noyabrın 11-də elan edilmiş müstəqil Polşanın ilk dövlət başçısı olub. Abidə ilk dəfə 1933-cü ildə heykəltəraş Yakub Yuşik tərəfindən düzəldilmiş […]

Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər

Ağız və diş sağlamlığı orqanizmin sağlamlığını şərtləndirən ən vacib amillərdən biri hesab edilir. Təəssüf ki, əksər hallarda ona lazımınca diqqət yetirilmir. Bu, daha çox uşaqlara aiddir. Paytaxtın Xətai rayonundakı 8 nömrəli uşaq poliklinikasının həkim–stomatoloqu Kamil İsayev uşaqlar arasında yayılan stomatoloji xəstəliklər barədə AZƏRTAC-a məlumat verib. Həkim deyib: “Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş […]

Ayaqyalın gəzmək beyin inkişafı üçün faydalıdır

  “Ayaqqabılar, bədənimizin sinir sistemi baxımından ən zəngin hissəsindən birinin, çevrəmizdən beyinlərimizə önəmli mesajlar göndərməsini və bu səbəblə beyin inkişafını əngəlləyir”. Bu sözləri şiroteropiya mütəxəssisi və Beynəlxalq Şiroterapiya Pediatrları Dərnəyinin üzvü Kacie Flegal deyir. Uşaqlar, ətraflarından aldıqları geridönüşləri beyinlərinə göndərmək və sinir yolları yaratmaq üçün 5 əsas duyğu orqanından istifadə edirlər: Toxunma, dadma, görmə, eşitmə […]

Esmira İsmayılova – Xan Lənkərana gəlin…

Xan Lənkərana gəlin-“Çay, çəltik , sitrus” festivalına qonaq olun! –foto-reportaj. 10 noyabr, saat 10.Bu adicə tarix, adicə təqvim günü  deyil.  Lənkəranda keçiriləcək  ikinci “Çay,  çəltik, sitrus” festivalı  məhz bu tarixdə, şəhərin mərkəzi H.Əliyev xatirə parkında , “Cəngi” sədaları altında  start götürəcək.Qızılı  payızda bahar, bayram ovqatı yaşamaq , təbiətin ilahi  gözəlliklərindən zövq almaq , bəxş etdiyi […]

Gündə iki stəkan çay içməyin faydaları

Çay Şərq cəmiyyətlərinin vazkeçilməz içkisidir. Xüsusən də Azərbaycanda çay içmək həyatımızın ayrılmaz hissəsinə çevrilib.   Mektebgushesi.az “ölkə.az”-a istinadən bildirir ki, zaman-zaman çayın faydaları və ziyanı barədə müzakirələr aparılıb. Bu yaxınlarda isə alimlər çayın bu günə qədər bilinməyən yeni faydalarını aşkar ediblər. Çayın tərkibindəki polifenol və kateşinlər bəzi xərçəng növlərinin qarşısını alır. Bundan başqa çayın tərkibindəki polifenol […]

Süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri araşdırılıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri araşdırılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə institutun növbəti elmi seminarında məlumat verilib. Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov süni intellektin (Artificial intelligence, AI) imkanlarından danışıb. Qeyd olunub ki, AI insan kimi düşünən və qərar qəbul edə […]

Ödənişli atalıq məzuniyyətinin olması təklifi gündəmə gətirilir

Ölkəmizdə ödənişli atalıq məzuniyyətinin olması təklifi gündəmə gətirilir. Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib. Təkliflərdə uşaqlarını böyüdən və […]

UNEC-i seçən əcnəbi tələbələrın sayı artır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artır. UNEC-dən  Mektebgushesi.az-a bildirilib ki, 2018/2019-cu tədris ilində UNEC-ə bakalavr, magistratura və doktorantura pilləsi üzrə 80 əcnəbi tələbə qəbul olub. Onlardan 8-i İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin təhsil qrantı hesabına burada təhsil almaq hüququ qazanıb. Təhsil qrantı hesabına UNEC-ə qəbul […]

Yer kürəsindən 38 milyon kilometr aralı asteroid keçəcək

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid “Halloween” bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq “Halloween” […]

Özünə qapalı uşaqlarla necə davranmalı?

Uşağınızın utancaqlığı, özünə qapalı olması ilə bağlı narahatlıq keçirirsiniz? İnsanların arasına qarışmaqdan daha çox sizinlə qalmağa üstünlük verir? Elədirsə, əmin olun ki, bu mövzuda tək deyilsiniz. Utancaqlıq uşağın sosial inkişafına mane olduğu üçün ciddi problem kimi görünsə də, öhdəsindən asanlıqla gəlmək olar. Çox ailə uşaqlardakı bu xüsusiyyətdən narahatlıq keçirirlər. Ancaq dürüst olmaq lazımdırsa, bu mövzuda […]

“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib?

“Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub”. Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib: “Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə “ASAN-xidmət” modelinin […]