Mektebgushesi

Tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirilib

Bilik Fondunun Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan və Bakı Qızlar universitetlərinin tələbələrindən ibarət “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fondda təcrübə keçən tələbələrinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda bilik yarışı keçirilib. Bilik Fondundan Mektebgushesi.az-a verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasında baş […]

Xaricidə oxuyan tələbə  Azərbaycandakı universitetlərə necə köçürülə bilər?

Tələbələrin xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud, bir ixtisasdan digərinə dəyişdirilməsi  prosesi transfer.edu.az portalı vasitəsi ilə elektron qaydada həyata keçirilir. Bəs xaricdə yerləşən ali təhsil müəssisələrin Azərbaycanda fəaliyyət göstərən universitetlərə köçürülmə hansı qaydalarla aparılır? Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata […]

Alimin “Tanrı” məktubu 2.9 milyon dollara satılıb

 Albert Eynşteynin dinə aid yazdığı “Tanrı” məktubu Nyu-Yorkda keçirilən hərracda satışa çıxarılıb. Mektebgushesi.az Azadinform -a istinadən xəbər verir ki, “Christie’s” hərrac evində səhifə yarımlıq məktub 2.9 milyon dollara satılıb. Lakin həmin şəxsin kimliyi bilinmir. Eynşteyn məktubu 1954-cü ildə, yəni 74 yaşında olarkən alman dilində yazıb. Məktub fəlsəfə alimi Erik Qutkində xitabən yazılıb. Eynşteyn məktubda Tanrı, […]

AMEA: Bu il Azərbaycan ərazisində 3346 zəlzələ olub

 Bu il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb. Mektebgushesi.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında bildirilib. Onlardan 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir. Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş […]

Alimlər qadın orqanizmindən kənarda cift yetişdiriblər

Tədqiqatçılar insan ciftinin hüceyrələrindən üçölçülü ciftəbənzər orqanoid yetişdirməyi bacarıblar. Əsl cift kimi bir neçə hüceyrə qatlarından ibarət olan bu yeni kəşf hətta hormonlar əmələ gətirir. “Nature” jurnalında dərc olunan məqaləyə görə, “sınaq şüşəsindəki cift” laboratoriyada qadın orqanizmi ilə embrion arasındakı qarşılıqlı təsiri öyrənməyə, həmçinin dölün inkişafında pozuntuların və hamiləliklə bağlı patologiyaların tədqiqində yekun qərar verməyə […]

Aynurə İsmayılqızı – Ümidsizliyimizin açarını kimsədə axtarmayaq…

  Həyat yelləncək deyildir, irəliləmədən geriyə və önə doğru hərəkət etsin. Həyat daha çox bir qatar, zaman isə o qatarı idarə edən sürücüdür. Yaşamaq bizim, nə vaxt enəcəyimiz isə zamanın əlindədir. Yaşam pəncərəsindən altmış bahar və ya yetmiş bahar görə biləcəyik. Bəlkə də daha az və ya daha çox… Ona görə də qatarın sürətinə fikir […]

Kənd sakini uşaqları çəllək-qatarda məktəbə aparır – VİDEO  

Sosial şəbəkələrdə yayılmış maraqlı bir videogörüntü izləyicilərin böyük rəğbətini qazanıb. Kənd sakini çəlləklərdən hazırladığı kiçik vaqonları öz traktoruna qoşaraq, kəndin azyaşlı uşaqlarını məktəbə aparır. Bəziləri bu görüntülərin Zərdab rayonunda lentə alındığını desələr də, kadrlar əslində Dağıstanın Kayakənd kəndində çəkilib. Kənd uşaqları bu şən qatardan yayda və qışda məmnuniyyətlə istifadə edir, onlar üçün həm nəqliyyat, həm […]

Günel Məmmədova – Mənəvi sərvətlərimiz…

Doğma yurdumuz Azərbaycan bu günədək odlu alovlu yollrdan keçib. Yadelli işğalçıların hücumuna məruz qalan xalqımız uzun illər ərəblərin, sonra çar Rusiyasının əsarətində altında yaşamaq məcburiyyətində qalıb. Bütün bu illər ərzində azadlıq eşqi ilə yaşayan xalqımız öz istəyinə yalnız 28 may 1918-ci ildə  nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dünyəvi demokratik dövlət kimi dünyaya günəş […]

Alimlər məşhur piramidanın inşa üsullarını açıqladı

Arxeoloqlardan ibarət beynəlxalq qrup Xatnuba karyerində iri daş blokların qaldırılması üçün istifadə edilən pandus izləri aşkar edib. Mektebgushesi.az  “ölkə.az”-a istinadən bildirir ki, qədim misirlilər ərazidə kirəc çıxarırdılar. Pandusun izləri 4.5 min il əvvələ aiddir. Alimlərin sözlərinə görə, bu qurğular piramidaların inşasında istifadə edilib. Fransanın Şərqi Arxeologiya institunun alimləri və İngiltərənin Liverpul universitetinin arxeoloqları rampa izlərini […]

Marsda parlaq predmet aşkarlandı

“Curiosity” Qırmızı planetdə qeyri-adi predmet aşkarlayıb. Mektebgushesi.az xəbər verir ki, Trendin məlumatına görə obyektin çox parlaq görünüşü olduğu qeyd edilir. Marsda aşkar edilən bu parlaq obyektin meteorit olduğu da istisna edilmir.

NASA yeni ekzoplanet kəşf edib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əməkdaşları Tranzit Ekzoplaneti Müşahidə Teleskopunun (TESS) yardımı ilə “Qızmar Yupiter” ekzoplanetini kəşf ediblər. Yeni tapılan planet Yer kürəsindən 646 işıq ili uzaqlıqdadır. Bu planet Yupiterdən təxminən 1,44 dəfə daha böyükdür. O, F-tipli HD 2685 ulduzu ətrafında fırlanır. Sözügedən planetdəki temperatur 1800 dərəcədir.(AzEdu.az)

Yaxşı müəllim olmağın 12 şərti

Məktəbi qiymətləndirmək  üçün ən əsas meyar müəllimdir. Amma “Yaxşı müəllim necə olmalıdır?”  sualına bəzən özümüz də cavab verməkdə çətinlik çəkirik. Yaxşı müəllim xeyirxah yaşlı qadın da ola bilər, dinamik universitet məzunu da. Amma hər ikisi səriştəli, sağlam ruhlu və şagirdə bilik vermə qabiliyyətinə malik olmalıdır. Burada yaxşı müəllimin 12 xüsusiyyəti təqdim edilir. O demək deyil […]

Dünya şöhrətli hakim BSU -da bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyibmiş 

   Tofiq Bəhramov 1925 ci il 29 yanvarda anadan olub. O, ailəli idi. Bəhram adlı oğlu və Gülnarə adlı qızı var idi. Futbolçu karyerasına 1943 – cü ildə başlayan Tofiq Bəhramov 6 ay “Spartak” cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində  “Burevestnik”lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının “B” qrupunda yarışan Bakı […]

Esmira İsmayılova – Xan Lənkəranın qızılı payızı-foto-etüd

Ömrün payızını yaşayanlar- təbiətin sirli-sehirli payız fəslini bütün rəng çalarları ilə, necə varsa, olduğu kimi, təbii donunda görmək, bu ovqatı içdən yaşamaq, qızılı-qırmızı payız nağılında ötənlərə-şıltaq, qayğısız uşaqlığınıza, min arzulu yeniyetməlik çağlarınıza, kövrək xatirələr dolu gəncliyinizə qayıtmaq istəyirsinizsə, yolunuzu Xan Lənkərandan salın. Həyat hələ qabaqdadır deyən gənclər, yeniyetmələr- siz də bu məqamı qaçırmayın.Ömrünüzə qızılı xatirələr […]

“Ağıllı” bloknot təqdim edilib

“Xiaomi” şirkəti tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmsallaşdırır. Mektebgushesi.az -ın www.hi-tech.mail.ru saytına istinadənverdiyi məlumata görə, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmsal sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq mümkün olur. Bundan başqa, bloknotda əllə yazılmış mətnin tanınması funksiyası […]