Mektebgushesi

Müəlliminin internet hesabına girdi, üç illik qiymətlərini dəyişdirib məzun oldu

Türkiyədə lisey tələbəsi müəlliminin internet şifrəsini ələ keçirərək qiymətlərini dəyişib. “HaberGlobal” məlumat verir ki, Busə G. üç illik tədris mərhələsini bitirərək məzun olub. Hadisə ortaya çıxandan sonra səhlənkar müəllim Məhərrəm V. məhkəməyə verilib. Müəllim ifadəsində bildirib ki, dərs zamanı internet olmadığından həmin şagirdin telefonu ilə sistemə girib və qiymətləndirmə aparıb. Bundan sonra Busə G. sistemə girərək […]

Azərbaycanda uşaqların üçdə biri video-oyunlara hər gün iki saatadək vaxt sərf edir

Azərbaycanda onlayn oyunlar şagirdlərin 6%-nin davamiyyətinə mənfi təsir edir. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Kaspersky” şirkətinin Azərbaycan üzrə apardığı araşdırmada bildirilir. Araşdırma çərçivəsində aparılan sorğuda uşaqları 18 yaşınadək olan 300 valideyn iştirak edib. Araşdırmanın nəticələrinə əsasən məlum olub ki, Azərbaycanda gənc istifadəçilərin 6%-i video-oyunlara daha çox vaxt ayırır və bu da onlarda məktəb proqramından geriqalma problemi […]

Uşaqlardan öyrənə biləcəyimiz doqquz şey

Övladlarımızın uşaqlıqlarını verdikləri sualları cavablayaraq və sosial bacarıqlardan riyaziyyata, doğrudan yanlışa qədər onlara hər şeyi öyrətməyə çalışaraq keçiririk. Ancaq arabir fərqinə varırıq ki, onlardan çox şey öyrənə bilərik. “Habertürk” uşaqlardan öyrənə biləcəyimiz doqquz həyat dərsini təqdim edir: 1. Güzgüyə baxanda gülümsəyin. Güzgüləri əyləncə qaynağı olaraq qəbul etməyə başlayın. Güzgüyə sonrakı baxışınızda qüsurlarınızı anlamağa və onları […]

Alimlər: Mütəmadi qorxulu yuxu görmək nevrozla əlaqədardır

Almaniyanın Mərkəzi Psixi Sağlamlıq İnstitutunun alimləri nevroza meyilli və yaşlı insanların qorxulu yuxulardan daha çox əziyyət çəkdiyini bildiriblər. REN TV xəbər verir ki, tədqiqatçılar yaşları 17-dən 93-ə qədər dəyişən 2 492 kişi və qadın üzərində araşdırma aparıb. Könüllülərə gecə kabuslarının səbəb olduğu əzabları, uşaqlıq və yetkinlik dövründə onların ortaya çıxma tezliyini qiymətləndirmək və şəxsi xüsusiyyətləri üzə çıxarmaq […]

Ayda dağların formalaşması səbəbi müəyyən edilib

Ayda olan bəzi dağların hündürlüyü bir neçə kilometrə çatır, lakin peykdə vulkanik və güclü seysmik fəallıq olmadığından onların necə əmələ gəlməsi indiyədək anlaşılmaz qalıb. Mektebgushesi.az AMEA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətinin Kral Muzeyinin beynəlxalq tədqiqatçılar qrupu 1972-ci ildə “Apollon-17” tərəfindən Yer kürəsinə gətirilmiş Ay daşlarının nümunələrini yenidən tədqiq ediblər.  Onlar bu nümunələrdə 2 […]

Alimlər isti havanın koronavirusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər

Kanada və İsveçrə tədqiqatçılarından ibarət qrup isti hava şəraitinin koronavirus infeksiyasına təsirinə dair tədqiqat aparıblar. Mektebgushesi.az xəbər verir  ki, alimlər isti hava şəraitinin virusun yayılmasını zəiflətməyəcəyi qənaətinə gəliblər. Bunun üçün mart ayında temperaturu isti olan ərazilərlə soyuq iqlim qurşaqlarında infeksiyanın yayılma tempini araşdıran qrup isti havanın hansısa üstün cəhətə malik olmadığını müəyyən ediblər. Tədqiqatın əsas müəllifi […]

11 yaşlı qız özünütəcrid rejimində 20 rekorda imza atdı – FOTOLAR

Rusiyanın Yekaterinburq şəhərində yaşayan 11 yaşlı qız özünütəcrid rejimində 18 dünya və iki milli rekorda imza atıb. Bu barədə “LifeShot” xəbər yayıb. Bildirilir ki, məktəbli Karolina Çernıxın karantin rejiminin hökm sürdüyü bir ay ərzində avtomobil itələmə, mismarların üzərində durmaq, ağırlıq daşlarını saxlamaq və s. üzrə təyin etdiyi rekordlar xüsusi saytda qeyd olunub. Onun son rekordu başı üstə […]

Yerə düşən ən bahalı meteoritlər – Top 9

Ötən əsrin 40-cı illərinə kimi meteoritlər əsasən muzeylərdə və ya elmi araşdırma institutlarında saxlanılırdı. Lakin 1946-cı ildən Amerikada bu səma obyektlərinin hissələri satılmağa başlayıb. Meteoritlər çox vaxt az qala “kosmik” qiymətə satışa çıxarılır. Beləliklə, indiyədək satılmış ən bahalı meteoritləri təqdim edirik: 9. “Gibeon” meteoriti Bu meteorit 1836-cı ildə aşkar edilib. Alimlərin fikrincə, o, Yerə 500 […]

Coğrafiya İnstitutu: – İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib

İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu koronavirus pandemiyasının coğrafiyası və dünya əhalisinin qida rasionu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparıb. Belə ki, institutun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev Ümumdünya Səhiyyə Təşkilatının və ayrı-ayrı ölkələrin statistik […]

Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar – FOTO

ABŞ-ın Geoloji xidməti Ayın vahid xəritəsini dərc edib. “Science” xəbər verir ki, xəritədə planetimizin yeganə təbii peykinin səthi və onun xüsusiyyətləri barədə dolğun məlumat verilir. Qeyd etmək lazımdır ki, 1:5.000.000 miyqasında olan xəritənin üzərində alimlər on illərdir ki iş aparırdı. Nəhayət bir neçə gün öncə onların uzun illər boyu apardığı müşahidələri və araşdırmaları işıq üzü görüb.

İsveçli alimlər: Süzgəcdən keçirilmiş kofe ömrü uzadır

İsveçin Höteborq universitetinin alimlərinin apardığı araşdırma kofenin insan üçün xeyirli olduğunu təsdiq edib. “European Journal of Preventive Cardiology” dərgisi xəbər verir ki, genişmiqyaslı araşdırmalardan sonra mütəxəssislər süzgəcdən keçirilmiş kofenin insanın ömrünü uzatdığını bildiriblər. Onlar 20 il ərzində tədqiqatlarda iştirak edən könüllülərin sağlamlığını müşahidə ediblər. Araşdırmaya 20-79 yaş arası 508 747 insan qatılıb. Nəticələr onu göstərir […]

Argentinalı alimlər koronavirusun genomunu oxumağı bacardılar

Argentinada bir qrup alim SARS COV-2 koronavirusunun tam genomunu oxumağı bacara bilib. “Ren TV” xəbər verir ki, ölkə prezidentinin administrasiyası nəticələrin artıq Almaniyaya göndərildiyini bildirib. Məlumata əsasən, bu nailiyyət epidemioloji müşahidələrin diaqnostikasını yaxşılaşdıracaq və vaksin hazırlanmasında kömək edəcək.

Adı “Ginnesin Rekordlar Kitabı”na düşən Las Veqaslı azərbaycanlı

Qeyri-rəsmi məlumatlara görə dünyada əlli milyona yaxın soydaşımız yaşayır. Bu qədər azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq hər adamın hünəri deyil. Söhbət adı “Ginnesin Rekordlar Kitabı”na düşən soydaşlarımızdan gedir.Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm. Üzeyir 1976-cı ildə […]

Alimlər plastiklə qidalanan yeni növ bakteriya aşkar edib

Kembric Universitetinin alimləri qeyri-adi xüsusiyyətə malik yeni növ bakteriya aşkar edib. “The Guardian” xəbər verir ki, həmin bakteriyalar plastiki məhv etməklə bərabər qida kimi istifadə etməyi öyrəniblər. Onlar poliuretanla qidalanırlar. Hər il milyonlarla ton poliuretan isthesal edilir və o, emal olunmadığı üçün tullantıya çevrilir. Həmçinin, onun tərkibində olan kanserogen maddələr bakteriyaların əksəriyyəti üçün ölümcüldür. Alimlər bu […]

Karantin zamanı yazılmış yeddi ölməz əsər

Koronavirus epidemiyasına görə dünyanın bir çox ölkələrində karantin tətbiq olunur. Şirkətlərin əməkdaşları məsafəli iş rejiminə keçirlər, mağazalar, restoranlar, barlar və digər əyləncə müəssisələri bağlanır. Lakin karantin yalnız dörd divarın arxasında qapalı qalmaq deyil, həm də vacib məsələlər barədə düşünmək, eləcə də əvvəllər vaxt tapmadığımız bəzi işləri görmək üçün fürsətdir. Beləliklə, ədəbiyyat sahəsində karantin zamanı əldə […]