Mektebgushesi

“Ağıllı” məktəbli forması şagirdlərin yerini müəyyən edir

Çin məktəblərində çiplərlə təchiz edilmiş “ağıllı” forma vasitəsilə şagirdlərin yerini izləyirlər. Məqsəd məktəblilərin davamiyyətinə nəzarət etməkdir. Hər bir geyim dəstində çiyinlərdə yerləşdirilmiş iki çip var. Məhz onlar şagirdin məktəbə nə zaman daxil olduğunu və ya oranı tərk etdiyini bilməyə imkan verir. Həmçinin sifətin tanınması texnologiyası elementindən istifadə olunur ki, bununla da məktəblinin geydiyi formanın özününkü […]

Müəllimin açıq – saçıq geyimi qalmaqala səbəb oldu – FOTOLAR

Türkiyənin “milliyet.com.tr” saytı “İnterneti silkələyən müəllimlər” adlı maraqlı fotosessiya hazırlayıb. Mektebgushesi.az A24.az- a istinadən  bildirir ki, fotosessiyada açıq-saçıq geyimləri ilə uzun müddət müzakirə olunan müəllimlərin şəkilləri təqdim olunub.

Yeni cırtdan planet aşkar edilib

Amerikalı astranomlar Günəş sistemindən ən uzaq məsafədə yerləşən planet tapıblar. Mektebgushesi.az Trend-ə istinadən xəbər verir ki, obyekt Havayada yerləşən 8 metrlik Subaru teleskopunun köməyi ilə aşkar edilib. Bildirilir ki, 2018 VG18 və ya “Farout” ləqəbi (“uzaq” – ingilis dilindən) ilə adlandırılan yeni planet Günəşdən təxminən 120 astronomik vahid məsafəsində yerləşir. Cırtdan planet uzaqda yerləşdiyindən yavaş hərəkət […]

Alimlərdən maraqlı müşahidə – “Dikbaş uşaqların uğurlu gələcəkləri olur”

Ağlasığmaz dikbaşlığı olduğunu düşündüyünüz bir uşağınız varsa, onunla hər gün məşğul olmaq heç də asan olmaya bilər. Amma narahat olmayın; dikbaşlılıq uşağınızın gələcək karyerasına mühüm töhfələr verə bilər. İnadkar uşağınızın sizi qorxutmasına icazə verməyin. Böyüyəndə, inanın hər şeyə dəyəcək. Mektebgushesi.az xəbər verir ki, alimlər qrupunun uzun illərini həsr etdiyi tədqiqata əsaslanan, inadkar uşaqlar, daha üzüyola və […]

Kaliforniya Universiteti xərçəngə səbəb olan yeni maddə aşkarlayıb

Kaliforniya Universitetinin (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, şəkərdən sui-istifadə xərçəng xəstəliklərinə səbəb ola bilər. Alimlərin fikrinə görə şəkərin çoxlu miqdarda istehlakı 3 xərçəng növünün (süd vəzi, uşaqlıq və yoğun bağırsaq xərçəngi) inkişafına səbəb ola bilər. Xərçəng hüceyrələrinin böyüməsi üçün çoxlu miqdarda qlükoza lazımdır. Qlükoza orqanizmə nə qədər çox miqdarda daxil olursa, xərçəngin inkişafı […]

Ekoloji maarifləndirmə və ətraf mühitin qorunması adlı layihə həyata keçiriləcək

Gəncədə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə həyata keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, layihə rəhbəri Cəfər Cəfərov bildirib ki, layihənin keçirilməsində məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, gənclərin diqqətini ekoloji problemlərin həllinə […]

Atalar və qızlar

“Atalar və oğullar” barədə indiyədək çox yazılıb, çox danışılıb. Hərdən adama elə gəlir ki, bu mənada həyat yalnız ataların və oğulların üzərində qurulub.  Amma heç də belə deyil, əslində atalar qızlarına daha çox bağlı olurlar. Sadəcə bunu milli mentalitetdən irəli gələn bəzi məsələlərə görə biruzə vermirlər, gizlədirlər.   Hərdən qayalar kimi güclü və qəddar görünən […]

Anamın ağ saçları

Zaman dönüşü olmayan qatardır. Biz isə bu qatarın yorğun sərnişinləri. Dünyaya  gəldiyimiz ilk gündən bu qatarda acılı-şirinli, qayğılı-qayğısız ömrümüzlə yol gedirik. Qatar dayanmadan bizi aparır son dayanacağımız ölüm olan mənzilə tərəf. Zaman qatarının keçdiyi yollar sərt döngəli, enişli-yoxuşlu yoldur. O yol ki acı gerçəklərlə, həmçinin şirin yalanlarla doludur. Həyatın özü isə bizə bəxş edilmiş ən […]

Axısqa türklərinin acı taleyi…

Axıska adlanan ərazi Gürcüstanla Türkiyənin həmsərhəd hissəsində yerləşir. Qədim türk dilində “Ak-sıka” – “Yeni qala”  mənasını  verən bu yer 16 mart 1921-ci ildə Türkiyə – Sovet İttifaqı arasında bağlanmış müqaviləyə əsasən SSRİ-nin tərkibinə verilmişdir. Azərbaycanda əhalinin 8,4 %-ni azsaylı xalqlar təşkil edir. Azərbaycan tarix boyu digər xalqlara dostca münasibət bəsləmiş, ehtiyacı olanlara kömək əlini uzatmışdır. […]

Yaponiya alimləri asteroiddə su aşkarlayıb

Yaponiyanın Kobe Universitetinin tədqiqatçılar qrupu “Akari” infraqırmızı peykindən istifadə edərək ilk dəfə 17 asteroiddə hidratlaşdırılmış şəkildə olan minerallar aşkarlayıb. Kəşf Günəş sistemində suyun paylanmasını, asteroidlərin təkamülünü və Yerdə suyun mənşəyini anlamağa kömək edəcək. Bu yaxınlarda keçirilən tədqiqatlar göstərib ki, Günəş sisteminin göy cisimlərində bu və ya digər formalı su mövcuddur. Hesab olunur ki, asteroidlər Yerə […]

Ana şəfqəti

Analar ətrafındakı təhlükələrdən tamamilə xəbərsiz və müdafiəsiz körpəsinə dərin şəfqət hissi duyur. Allah insanlara dünayaya gəldikləri andan etibarən qorunmaq üçün anaların ürəyinə şəfqət hissi verib. Yaradan insanlardan başqa bütün canlılara da – quşlara, hətta ən vəhşi heyvanlara belə öz balalarını müdafiə etməsi üçün insana verdiyi hisslərdən bəxş edib. Yaradan, həyata gözlərini açdığı andan etibarən yaşayacağı […]

Həyat sevəndə gözəl olur

Sevgi bir ülvi hissdir. Onun haqqında şairlər, yazıçılar çox yazıblar. Biz indiyədək çoxlu sayda sevgi dastanları oxuyub, sevgi nəğmələri dinləmişik. Bir gün ədəbiyyat müəlliməsi sinif uşaqlarına belə bir sual verdi: “Sizcə sevgi nədir?” Hər kəsin ağlına bir fikir gəlir. Nomal olaraq axı hamı eyni düşünə bilməz. Bəzi cavablar müəlliməni heyrətə gətirdiyi kimi, bəziləri də məyus […]

Tarixçi alim Yuval Noy Hararidən sensasiya doğuracaq fikirlər

Dünyaca məşhur “Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına geniş müsahibə verib. Mektebgushesi.az Publika.az-a istinadən israilli alimin süni intellektin insanlığa təsiri və robotlarla insanlar arasında duyğusal əlaqələr, gələcək və bir çox məsələlərdən bəhs etdiyi müsahibəsini təqdim edir: – Son kitabınız olan “21-ci əsr üçün 21 dərs”in təqdimat mətnində […]

Şəhid ruhları Vətən torpağı üzərində cövlan edir

Şəhidlər Vətən uğrunda axıtdıqları öz qanları ilə dünyanın ən uca zirvəsində adlarını yazanlardır. Onlar azadlıq alovunun qığılcımını bütün dünyaya bəxş edirlər, özləri isə o qığılcımda əbədiyyətə qovuşurlar. Bu üzdən də şəhidlər heç vaxt ölmürlər, onların ruhları daim Vətən torpağının üzərində cövlan edir.    Şəhidlər qanları ilə sınanırlar, həyatın son sınağından üzü ağ, alnı açıq çıxırlar. […]

Cavabını bilmək istədiyim sual…

Dünyada milyonlarla insan var. Bu insanların hər biri ayrı-ayrı xasiyyətə və düşüncəyə sahibdirlər. Bu bir gerçəklikdir ki, insanların həyatlarında heç olmasa bir dənə də olsa onları maraqlandıran, narahat edən hər zaman cavabını bilmək istədikləri sual olur. Mən də, əlbəttə, bu cür insanlardanam. Mənim həyatda cavabını bilmək istədiyim çox suallar var. Onlardan demək olar ki, ən […]