Mektebgushesi

Azərbaycanlı tələbədən möhtəşəm şərh – Video

Bakıda universitetlər arasında futzal üzrə çempionat keçirilir.Turnir çərçivəsində keçirilən Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin oyununda maraqlı anlar yaşanıb.  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Elvin Şirinov bu qarşılaşmanı stadionda türkiyəli futbol şərhçilərini yamsılayıb. Onun bu şərhi dostları tərəfindən görüntülənib və sosial şəbəkələrdə paylaşılıb. Video isə böyük marağa səbəb olub.

“Tarixi keçmişimiz də bunu diktə edir…” – Nurlan Verdiyev yazır

Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə, zəngin mədəni-mənəvi irsə malik bir xalqdır. Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Belə ki, Azərbaycanın dövlətçilik ənənəsi hələ eramızdan əvvəl III minilliyə təsadüf edir. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada […]

Xanım Cəfərova: Gəlin aləmi biz də “sarı” kimi düşünək

          Tarixə nəzər salsaq, sarı, türklər üçün “hakimiyyət, dünyanın mərkəzi”nin simvolu hesab edilir. Bu isə, türk mifologiyasının əsas tanrılarından olan “Yaxşılıq Tanrısı Ülgən”in adı ilə bağlıdır. İnanclara əsasən, Ülgən göyün 16-cı qatında öz qızıl sarayında oturub dünyanı oradan idarə edir. Türklər inanırdılar ki, odu insanlara Ülgən göndərib. Ülgənin əlində ildırımlar göndərən sehirli yayı var və […]

Bakı bulvarının yaranma tarixi ilə bağlı yeni sənədlər tapılıb

Dənizkənarı Bulvar İdarəsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib. İdarədən ONA-ya verilən məlumata görə, tarixi faktlar bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir. Belə ki, məhz 1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi […]

“Molla Nəsrəddin” jurnalı – 113

Təkcə milli mətbuatımızın deyil, eləcə də Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindən olan “Molla Nəsrəddin” yarandığı gündən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub. “Molla Nəsrəddin” jurnalının birinci sayı 1906-cı ilin elə bu günü – 7 apreldə işıq üzü görüb. “Molla Nəsrəddin” jurnalı necə yarandı? “Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə […]

Yaponiya İmperatoru elmi işini dərc etdirib

Yaponiya İmperatoru Akihito uzun illərdir ki, araşdırma apardığı balıqların növləri barədə elmi işini dərc etdirib. Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, aprelin 5-də ixtiologiya jurnalının onlayn versiyasında yayımlanan elmi əsər Yaponiyanın keçmiş paytaxtı Kiotonun Qyoen milli parkındakı nohurda saxlanılan xulbalıqlar ailəsinin kökünün kəsilməsinə həsr edilib. İmperator digər tədqiqatçılarla birlikdə bu əsər üzərində təqribən […]

Misirdə qeyri-adi mumiyalar aşkarlanıb

Misirin cənubundakı Soxaq əyalətində Ptolemeylər dövrünə aid (bizim eradan əvvəl IV-I əsrlər) yaxşı vəziyyətdə qalmış divarüstü yazılar və toxunulmamış çoxlu miqdarda heyvanların mumiyaları olan məzarlıq aşkar edilib. Bu barədə Misirin Qədim Abidələr üzrə Nazirliyi məlumat yayıb. Qədim Abidələr üzrə Misirin Ali Şurasının baş katibi Mustafa Vəziri açıqlamasında bildirib ki, bu rayonda aşkar edilən tapıntı ən […]

Boyukagha Mikayilli – Girne: the sound of the ancient time

To get acquainted with Girne I could have a chance only after four days I had been in Northern Cyprus. Girne is the city having old and rich history. In order to feel and to know it you must walk on its streets step by step, you must visit to the sources which immortalize its […]

Musiqidən xəyallara gedən yol

      Musiqi həyatımızın ayrılmaz hissəsidir. Bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın hər anı müxtəlif xarakterli musiqilərlə müşayət olunur, çünki musiqi emosiyalarımızın müşahidəçisidir. Dünyada elə bir xalq yoxdur ki, onun musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən onların qarşılıqlı anlaşmasını təmin edən bir dildir .    […]

Dünya əhalisinin sayı 7,7 milyarda çatıb

2019-cu ildə dünyada əhalinin sayı 7,7 milyarda çatıb, 2050-ci ilə qədər isə bu rəqəm daha 2 milyard arta bilər. Bu barədə BMT-nin hesabatında deyilir. Hesabatda bildirilir ki, əhalinin artım tempi azalsa da, davam edir. XXI sərin sonuna qədər planetdə 11 milyard əhalinin yaşayacağı proqnozlaşdırılır. Hesabata əsasən şəhər əhalisinin sayı yaxın 30 ildə hazırki 56 faizdən […]

Çin alimlərindən yeni ixtira

Çin alimləri kənd təsərrüfatı tullantılarının yüksək sıxlıqlı və atmosferə daha az karbon qazı buraxacaq aviayanacağa çevrilməsi üsulunu hazırlayıblar.  İxtiranın müəllifi Çin Elmlər Akademiyasının Dalyan kimya fizikası institutunun tədqiqatçılarıdır. Alimlər sellülozdan polisioalkan (polycyoalkane) adlanan kimyəvi birləşmənin istehsalına nail olublar. Məlum olduğu kimi, sellüloz kənd təsərrüfatı meşə tullantılarının əsas komponentini təşkil edir. Əldə olunan qarışıq daha aşağı […]

Dünyanın ən məşhur muzeyləri

Dünyada ən çox ziyarət olunan muzeylərin siyahısı açıqlanıb. İlk yerdə Luvr (Fransa, Paris) qərarlaşıb. Reytinqi tərtib edən “The Art Newspaper” ötən il bu muzeyi 10 milyondan çox adamın ziyarət etdiyini qeyd edib.Siyahıda sonrakı yerləri müvafiq olaraq Çin Milli Muzeyi (Pekin) və Metropoliten-muzey (ABŞ, Nyu-York) tutub. Qeyd edək ki, Vatikan muzeyi və Müasir Teyt Qalereyası (Böyük […]

Alimlərdən xəbərdarlıq! – “İt qripi” gəlir

Cənubi Koreya Universitetinin alimləri 10 illik araşdırmalarımı yekunlaşdırıb. Nəticələr İngiltərədə keçiriləcək mikrobiologiya cəmiyyətinin konfransında elan ediləcək. =2000-ci ildən qrip virusunun bir bioloji formadan digərinə keçməsi, çevrilməsi halları aşkarlanıb.Daha çox H3N2 ştamlı quş qripi mutasiya olaraq, itləri də yoluxdurub və itlərdə yeni CİV ştamlı İt qripi adlı yeni növ yaradıb. Alimlər müəyyən edib ki, son illər […]

NASA-nın missiyası yeni planetlər kəşf edib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ötən ilin iyul ayından kosmosu müşahidə edən planet kəşfi üzrə TESS missiyası inanılmaz kəşflərə imza atıb. Tehsil-press.az CNN telekanalının saytına istinadla xəbər verir ki, yanvar ayında bu missiya tərəfindən 3 ekzoplanet aşkar olunub. Son kəşf isə Saturnun ölçüsündə olan və NASA-nın “qızmar Saturn” adlandırdığı planetdir. Planet barədə […]

Bakıda “Park kitabxanası” adlı layihə icra edilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Park kitabxanası” adlı layihə icra edilib. Jurnalist Nicat Abdullayevin müəllifi olduğu layihə çərçivəsində paytaxtın Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkında açıq kitabxana yaradılıb.  Layihənin məqsədi insanların gediş-gəlişinin çox olduğu ərazidə kitaba olan marağın artırılması, gənclər arasında mütaliənin gücləndirilməsi ilə yanaşı turizmin gündən-günə inkişaf etdirildiyi ölkəmiz haqqında müsbət imicin formalaşdırılması olub.  […]