Mektebgushesi

Dünyada bir milyonadək bitki və heyvan növünün kökü kəsilmək üzrədir

Dünyada ekoloji vəziyyətin getdikcə pisləşmə bitki və heyvan növlərinin sayının sürətlə azalmasına səbəb olur. BMT-nin hesabatına əsasən, yaxın onilliklərdə bir milyonadək bitki və heyvan növünün kökü kəsilə bilər.BMT-nin Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Dövlətlərarası Platformasının (IPBES) hazırladığı hesabatda kənd təsərrüfatı, meşələrin qırılması, mədən sənayesi, intensiv balıqçılıq və ovçuluğun növ müxtəlifliyinə böyük zərbə vurduğu qeyd edilib. […]

“Poeziya çələngi” toplusu Azərbaycan və ingilis dillərində nəşr olunub

Azərbaycan ədəbiyyatı nümunələri ingilis dilinə tərcümə olunaraq kitab şəklində çap edilib. “Poeziya çələngi” adlı yeni tərcümə kitabında yer alan şeirləri Azərbaycan dilindən ingilis dilinə tanınmış şair-tərcüməçi, Azərbaycan Dillər Universitetinin məsləhətçi dosenti Sabir Mustafa tərcümə edib. Kitabın tərtibatçısı Səminə Sabir qızı, redaktoru professor Qılıncxan Bayramov, ön sözün müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Fialə Abdullayeva və […]

NASA yeni marsoxodun yığılmasını başa çatdırıb

NASA-nın texnikləri yeni marsoxodun – “Mars 2020 Rover” kosmik aparatının yığılmasını başa çatdırıblar və onun sınaqlarının final mərhələsinə başlayıblar. Bu məlumat Space.com saytının ABŞ-ın Pasadina şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyasının nümayəndələrinə istinadla yaydığı xəbərində yer alıb.Laboratoriyanın nümayəndəsi Devid Qryuel bildirib ki, sınaq və tamamlama işləri 2020-ci ilin iyuluna qədər davam edəcək. Onun sözlərinə görə, qarşıdakı aylarda […]

Yaşamaq üçün heyvanlara ehtiyacımız yoxdur

        Latıncadan tərcümədə “sağlam, gümrah, möhkəm” mənalarını ifadə edən vegeterian sözündən 1842-ci ildən istifadə edilməyə başlanılıb. Vegeterianlar əsasən meyvə, tərəvəz, dənli, paxlalı bitkilər və çərəzlərlə qidalanırlar.        Vegeterianlıq təkcə ciddi riayət olunan qidalanma sistemi deyildir. Həm də insanları sülhə, sağlamlığa, ədalətə yönəldən, fəlsəfi cəhətdən mənəviyyatın saflaşması üçün seçilmiş həyat tərzidir.        Bu üzdən də onun […]

Bu il doğulan oğlanların sayı qızlardan çoxdur

Bu ilin ilk iki ayında Azərbaycanda 23 400 körpə doğulub. Mektebgushesi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,7) qalıb.  Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 516-sı əkiz, 15-i isə üçəm doğulub.

1300 illik tarixi olan kitab oğurlanıb

Türkiyənin Diyarbəkir şəhərində papirusda ərəb əlifbası ilə yazılmış 102 səhifədən ibarət kitab ələ keçirilib. Mektebgushesi.az Kult.az-a istinadən xəbər verir ki, 1300 illik tarixi olduğu hesab edilən kitab dini motivlər əsasında yazılıb. Bu tarixi əsəri satmaq istəyən 7 nəfər saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.

Yəhudi alimdən ilk: Tibb tarixində Süni ürək – Fotolar

İsrailli alimlər 3D ilə süni ürək yaradıblar.“Sherg.az” “rfi.fr”ə istinadən xəbər verir ki, bu ürək 2019-cu ilin 15 aprel tarixində Təl-Əvİv universitetinin alimi Tal Dvir tərəfindən hazırlanıb. Bu, dünya tibb sahəsində ilk addımdır. Artıq bu ürək İsraildə cəmiyyətə təqdim olunub. Hazırda bu ürək işlək vəziyyətdə deyil. Köçürmə etmək üçün onun bir az da inkişaf etdirilməsinə ehtiyac var. Alimlər hesab […]

Alimlərdən yeni kəşf -Bəzi vərdişlər irsən keçirmiş

Yuxusuzluq irsən keçə bilirmiş. Böyük Britaniya alimlərinin insan genetikası üzərində apardıqları araşdırmalar belə deməyə əsas verir. Araşdırmalara görə, yuxunun müddəti və keyfiyyəti genin 47 hissəciyi ilə tənzimlənir. Yuxusuzluq amili RAX8 və MEIS1 genləri ilə əlaqədardır.ME IS1 geni həmçinin nadinc ayaq sindromuna da səbəb olur. Həmçinin, alimlərin araşdırmaları göstərib ki, genetik nizam bir çox hallarda insanların […]

Azərbaycanda təhsil alan bu tələbə 430 manat təqaüd alır

Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir. Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır. O 130 manat – əlaçı təqaüdü, 200 manat – rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü, və 100 manat – 6 […]

14 yaşında gözlərini itirmiş tanınmış alimin həyat hekayəsi

Moskva məktəblərindən birində bir oğlan dərsə gəlmir. Bir həftə… iki həftə keçir… gəlmir. Onun telefonu yox idi. Sinif yoldaşları müəllimin məsləhətilə onun evinə gedirlər. Qapını Lyovanın anası açır. Onun üzü çox kədərli idi. Uşaqlar salamlaşdılar və çəkinərək soruşdular: “Lyova niyə dərsə gəlmir?” Ana kədərli halda cavab verdi: “O daha sizinlə birgə oxumayacaq. O, əməliyyat olunub. […]

Ucqar kənd məktəbinin uğuru

Hörmətli oxucular, mən sizlərə Quba rayon Bağbanlı qəsəbə R. Mütəllimov adına tam orta məktəbinin şagirdlərinin təhsil sahəsində qazandığı uğurlardan söz açmaq istəyirəm. Şagirdlərimizin qazandığı bu uğurlar müəllimlərimizin gərgin və fədakar əməyi sayəsində mümkün olmuşdur. Sizləri məktəbimizin bu uğurları ilə tanış etmək istəyirəm. 2016-2017-ci tədris ili: 15 məzunumuzdan 10-u qəbul imtahanlarında iştirak etdi və 9-u aşağıdakı […]

Misirdə 2 min ildən artıq tarixə malik məzarlar aşkarlanıb

 « sciencesetavenir.fr» saytı xəbər verir ki, bu məzarlıqda mumiyalanmış qadınlar və çoxlu sayda heyvan tapılıb. Misirin Qədimilik Nazirliyi bəyan edib ki, bu məzarlığa turistlər də cəlb edə bilərlər : « Arxeoloqlar bu məzarlığı inanılmaz kəşf adlandırırlar. Buradakı tapıntılar ptolemaik dövrünə – e.ə 323- 330 cu illərə aiddirlər. Əl Diabat şəhərində 50 dən artıq mumiyalanmış siçan, su iti […]

Depressiya əleyhinə dərmanlar yeniyetmələri intihara sürükləyir

Depressiya əleyhinə olan preparatların insan psixologiyasına mənfi təsir etməsi məlum məsələdir. Amma Yeni Zelandiyada universitetlərin birində aparılan son təhqiqatlar bu həblərin dəhşətli fəsadlarını üzə çıxarıb. Anti-depressiya həblərinin mədə bulantısı, kökəlmə kimi təsirlərinin olması təsdiqlənib. Məlum olub ki, əksəriyyətin görməzdən gəldiyi bu simptomlar həm də cinsi zəifliyə səbəb olur. Anti-depressiya preparatlarının yan təsirləri bildiyimizdən daha çoxdur Universitetin internet […]

Şamaxıda qədim türk tayfalarına aid küplər tapdı

Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlanıb.  Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib. Ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı […]

Alimlər ilk dəfə qara dəliyi göstərdilər

Avropa Cənub Rəsədxanasının alimləri ilk dəfə Süd Yolunun mərkəzində yerləşən qara dəliyin üfüqdə görünən tərəfini göstəriblər. Alimlər “Event Horizon Telescope” qlobal teleskop şəbəkəsi tərəfindən hazırlanan işin nəticəsi ilə bağlı Avropa Komissiyası və Avropa Tədqiqat Şurasının mətbuat konfransında məlumat veriblər. Tədqiqatçılar qara dəliyin “kölgə”sinin görüntüsünü əldə ediblər – üfüq hadisələrinə uyğun görünən radiasiya fonunda qara sahə. Bu obyekt […]