Mektebgushesi

Müəllimlərə ən çox maaş verən ölkələr – SİYAHI

Mektebgushesi.az xəbər verir ki, müəllimlər gününün qeyd olunması bütün təhsil işçilərinin cəmiyyətdəki vəziyyətinə, onların ölkənin inkişafındakı roluna diqqət yetirməyi nəzərdə tutur. 5 oktyabr tarixi təsadüfən seçilməyib. 1966-cı ilin bu günü Parisdə YUENSKO və Beynəlxalq Əmək Təşkilatının birgə iclasında “Müəllimlərin durumu” haqda sənəd qəbul olunub. Həmin sənəddə müəllimlərin hüquqları, onların təsnifatının yüksəldilməsi yolları, işə qəbul və əmək […]

Döyüşçü müəllim

Göyüş Bəylərov: “Vicdanıma dərs keçirəm” II Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü tamam olur. Bu qələbənin qazanılmasında Azərbaycanın da böyük payı var. Bu payı artıran ürəkli oğulları, cəsarətli qızları idi. Müharibə başlayanda peşəsindən, vəzifəsindən asılı olmayaraq əli silah tutan hər kəs savaşa getdi. Onların arasında müəllimlər lap çox idi. Göyüş müəllim də onlardan biri […]

Məktəbəqədər uşaqların sağlamlığı üçün nə etməli?

ÜST 5 yaşından kiçik uşaqların sağlam həyat tərzi ilə bağlı tövsiyyələrini dərc edib.    Mektebgushesi.az Medicina.az-a istinadən  xəbər verir ki, ilk buraxılışda fiziki aktivlik, oturaq həyat tərzi və yuxu normalarına dair məsləhətlər yer alıb.Təlimat ciddi elmi araşdırmalar və təcrübələrin nəticələrinə əsaslanıb. Ona görə hər bir valideyn əgər yaşı 1-5 yaş arası övladı varsa, bunlara əməl etməlidir. -Hazırda uşaqlarda […]

Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub

Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası ekspertlər qrupu (IPBES) bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyini araşdırıb. Tədqiqatda iştirak edən 400-dən artıq alim üç il ərzində 15 mindən çox elmi və dövlət informasiya mənbələrini araşdırıb.  Nəticədə, məlum olub ki, hazırda bir milyona yaxın heyvan növünün nəsli kəsilmək üzrədir. Quruda lokal növlərin sayı 20 faiz azalıb, […]

Dünyanın ağacdan yonulmuş ən böyük Quranı nümayiş etdirilib -VİDEO

Bu Quranda onun bütün surələri yonma üsulu ilə həkk edilib… Dünyanın taxtadan yonulmuş ən böyük Quranı İndoneziyada sərgilənib. İnterAz SalamNews-a istinadla xəbər verir ki, İndoneziyanın Palembanq şəhərində dünyanın ağacdan yonulmuş ən böyük Quranı nümayiş etdirilib. Bu Quranda onun bütün surələri yonma üsulu ilə həkk edilib. İlk günündə minlərlə insan bu Qurana baxmaq üçün sərgiyə gəliblər. […]

NASA 265 min qalaktikanın fotoşəkillərini yayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 265 min qalaktikanın fotoşəkillərini yayıb. Bu fotoşəkil Hubble kosmik teleskopunun 16 il müddətində apardığı müşahidələrin nəticəsində çəkilib. NASA-nın yaydığı fotoşəkillərdə kiçik və nəhəng qalaktikalar, habelə planetlərin müxtəlif dövrlərdə hərəkəti əks olunub. Hubble teleskopunun çəkdiyi 7 500 kadrdan ibarət kolleksiya kainatın indiyədək qeydə alınmış ən müfəssəl təsvirlərindən ibarətdir. […]

15 qoyun fransız məktəbinin şagirdləri oldu

Moderator.az Le-Fiqaro nəşrinə istinadən xəbər verir ki,  fransanın şərqində Kre-an- Beldon icmasında valideyinlər siniflərin ixtisar olunmasının əleyhinə olaraq ibtidai məktəblərdən birinə 15 qoyun yazıblar. Siniflərin ixtisar edilməsinin zəruriliyi şagirdlərin ümumi sayının azalması ilə izah olunub. Valideynlər, öz növbəsində, bunun orta tələbə sayının artmasına gətirib çıxaracağını və buna görə də təhsilin keyfiyyətinin aşağı düşəcəyindən şikayət ediblər.Nəticədə, […]

“…Qırmızı koftalı, yaşıl tumanlı…” – Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

8 may Şuşanın işğal tarixidir. Məşhur “Şuşanın dağları” mahnısının da bu günlə bağlılığı var. Modern.az saytı mahnının yaranması və onun yazılma tarixini sizlərə təqdim edir. Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının […]

79 yaşında litsey məzunu oldu: “Bu bizim şagirdlərimiz üçün də nümunə olacaq…”

Kimlər üçün asan hədəf kimi görünsə də bir insanın bütün ömrünü universitetdən alacağı diploma həsr etməsi gerçəyi də varmış…. Moderator.az xəbər verir ki, söhbət Marqaret Thom Bekamadan gedir. O, 17 yaşında olarkən xərçəng xəstəsi olan anasına və qardaşına baxa bilmək üçün məktəbdən ayrılmaq məcburiyyətində qalıb. Həmin gündən sonra bütün ailənin yükü onun çiyinlərinə düşüb. Hazırda 79 […]

“Kosmosda Allahın siluetini gördüm”- Astronomdan İDDİA

Amerikalı astronom Kurt Morqan NASA-nın rəsmi saytında “Habbl” teleskopu tərəfindən əldə edilən fotoları diqqətlə incələyib.   Mektebgushesi.az AzEdu.az-a istinadən xəbər verir ki, astronom kadrların birində qeyri-adi fenomenlə üzləşib. Orbital rəsədxana “Fil xortumu” dumanlığını və “VDB142” kod adı ilə məşhur olan Sefey bürcünü lentə alıb. “Fil xortumu” planetimizdən 3000 işıq ili uzaqda yerləşir. Morqan qeyd edir ki, fotolardan birində […]

Çinli qız universitetə daxil olmaq üçün 6,5 milyon dollar rüşvət verdi

Çindən olan zəngin bir cütlük qızlarının ABŞ-ın nüfuzlu Stenford Universitetinə daxil olması üçün 6,5 milyon dollar rüşvət verib. Mektebgushesi.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən informasiya yayıb. Abituriyentin valideynləri sözügedən məbləği ali təhsil ocağına qəbul və konsaltinq xidmətləri həyata keçirən kommersiya təşkilatının hesabına keçirib. Qızın prestijli təhsil ocağında qeydiyyata alınması […]

AMEA Prezidenti -İrəvanın Azərbaycan torpağı olması barədə yeni sübutlar var

İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib. Mektebgushesi.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. O, bildirib ki, ilk dəfə olaraq Azərbaycan və xarici alimlər birlikdə Qafqazın tektonik xəritəsini hazırlayıblar:   “Tarixçilər İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə […]

Qazaxıstanlı tələbə Azərbaycan dilini öyrənib və ölkəmizə maraq göstərir

Azərbaycan-Qazaxıstan arasında mövcud olan qardaşlıq və dostluq, strateji tərəfdaşlıq münasibətləri Qazaxıstan gənclərində ölkəmizə marağı artırır. mektebgushesi.az AZƏRTAC -a istinadən xəbər verir ki, Qazaxıstan Avrasiya Milli Universitetinin birinci kurs tələbəsi Aliya Kairova Azərbaycan dilində sərbəst danışa bilir. O, Azərbaycan dilini Azərbaycan filmlərinə baxaraq, kitablar oxuyaraq öyrənib. Türkdilli xalqların dilləri arasında Azərbaycan dilinin daha da xoşuna gəldiyini, onu […]

Dədə Qorqud haqqında maraqlı FAKTLAR – O, Azərbaycanda dəfn edilib?

“Dədə Qorqud” dastanı”nın 3-cü nüsxəsi tapılıb.  Bu barədə Türkiyədə keçirilən Dünya Mədəni Mirası Dədə Qorqud Beynəlxalq Konfransında məlumat verilib. Konfrans Türk Dil Qurumu, Bayburt valiliyi, Bayburt Universiteti və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təşkilatçılığı ilə keçirilir. İndiyədək “Dədə Qorqud” Dastanının iki nüsxəsi məlum idi. Bunlardan biri Drezdendə (Almaniya), digəri isə Vatikanda (İtaliya) saxlanılır. Tapılan […]

Fikri səsə çevirən implant hazırlanıb

Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə çevirən implant hazırlayıblar. Bu texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. İmplantın insult, kəllə-beyin travması və Parkinson xəstəliyi, dağınıq skleroz və yan amiotrofik skleroz kimi müxtəlif neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlara normal ünsiyyət qurmağa kömək edəcəyi gözlənilir. Professor Edvard Çanq bildirib: “Tarixdə ilk dəfə biz […]