Mektebgushesi

Yaşı beş min ili ötmüş qədim şəhərin qalıqları tapılıb

İsrail arxeoloqları yaşı beş min ili ötmüş qədim şəhərin qalıqlarını tapıblar. Bu barədə Phys.org-da məlumat verilib. Şəhər Təl-Əvivdən 50 km şimalda yerləşən Hariş yaşayış məskəninin yaxınlığında, avtomagistralın tikintisinə hazırlıq zamanı aşkarlanıb. 65 hektar ərazini əhatə edən şəhərdə 6 min insan yaşayıbmış. Şəhərin küçələri, dalan və meydanları, o cümlədən drenaj sistemi və anbarları qazıntılar nəticəsində üzə çıxıb. […]

İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir

Azərbaycanda İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir. Mektebgushesi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə deyib.Onun sözlərinə görə, 15-49 yaşlı insanların İİV infeksiyasına yoluxanların 85 faizini təşkil etməsinin də öz səbəbləri var: […]

Qaydasında dəmlənməyən çay zərərlidir

Azərbaycanda ənənəvi içki sayılan çay səhv dəmləndiyi halda bir çox xəstəliklərin yaranmasına səbəb olur Odur ki, çayı dəmləyərkən, bəzi qaydalara əməl etmək lazımdır. Əks halda, dəmlədiyiniz çay sağlamlığınıza zərər vuracaq.Yenicag.az çay dəmləməyin vacib qaydalarını təqdim edir:– Acımaması və dadını uzun müddət itirməməsi üçün çayı ocağın üzərində saxlamayın. Bu zaman çayın dadı daha da acılaşır. Ona […]

Astronomlar: Andromeda Dumanlığı son milyard ildə ən azı iki qalaktikanı udub

Astronomlar Andromeda Dumanlığının ətrafında ulduzların kürə şəklində toplaşmasını müşahidə edərək belə qənaətə gəliblər ki, bu nəhəng kosmik məkan son milyard ildə ən azı iki qalaktika ilə toqquşub və onları udub. AZƏRTAC alimlərin müşahidələri əsasında hazırlanmış hesabatın dərc olunduğu “Nature” elmi jurnalına istinadla xəbər verir ki, bizim Süd Yolu qalaktikası da bu təhlükə ilə qarşılaşa bilər. Tədqiqatın […]

Hər gün nar yeməyin 10 faydası

 Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvələrinə verir. Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildirilən nardır. Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bəs payız mövsümündə ağız dadıyla yediyimiz narın faydaları haqqında nə qədər məlumatınız var?Tehsil-press.az […]

“Göz səyriməsi” hansı xəstəliklərdən xəbər verir?

Qeyri-iradi əzələ daralması həm ciddi xəstəlik, həm də sadə stres göstəricisi ola bilər. Miokimiya – bu, gözətrafı əzələnin qeyri-iradi daralması və ya “göz səyriməsi” kimi bilinən sinir xəstəliyinin elmi adıdır. Həkimlərin sözlərinə görə, bu, çox geniş yayılmış haldır. Ancaq “göz səyriməsi” bir aydan artıq davam edirsə, bu, hər hansı sağlamlıq problemindən xəbər verir. Xüsusilə “göz səyriməsi” ilə […]

Alimlər planetlərarası kometanın quyruğunda sianid molekulları aşkar ediblər

Astronomlar “21/Borisov” adlı nəhəng planetlərarası kometanın quyruğunda sianid molekulları, karbon və azot qazları birləşmələri aşkar ediblər. Bu göy cisminin tullantılarının analizi onun nüvəsinin ölçüsünü müəyyən etməyə imkan verir. AZƏRTAC xəbər verir ki, İsaak Nyuton adına Teleskoplar Qrupunun mətbuat xidmətinin məlumatına görə, arXiv.org elmi portalında dərc olunmuş məqalədə tədqiqatın nəticələri təfsilatı ilə əks olunub. Böyük Britaniyanın Belfast […]

Antarktidadan nəhəng aysberq qopdu – FOTO/VİDEO

Malta adasından beş dəfə böyük olan aysberq Antarktidadan qopub. “Daily Mail” xəbər verir ki, nəhəng buz adasını Avropanın observasiya proqramı qeydə alıb. Hündürlüyü 20 metrdən artıq olan aysberq özündə 347 milyard ton buz cəmləşdirib. Alimlər bildirirlər ki, aysberq qlobal istiləşmənin nəticəsidir və Cənub yarımqütbündə gəmiçilik üçün potensial təhlükə kəsb edilir.

Artıq mürəkkəb geyimin rəngini dəyişdirə biləcək

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları xüsusi proqramın köməyilə rəngləri dəyişdirə bilən, proqramlaşdırılan “PhotoChromeleon” mürəkkəbini yaradıblar. Alimlər qeyd edirlər ki, bu, məhsul istehsalına sərf olunan xərcləri azaltmağa imkan verəcək, istifadəçilər isə müxtəlif rənglərdə geyimlər almadan hər gün öz obrazını dəyişdirə biləcəklər. www.hightech.fm saytının məlumatına əsasən, mütəxəssislər ayaqqabı, oyuncaq, telefon, avtomobil və s. kimi predmetlərə vurulan mavi, tünd qırmızı […]

Dəmir-daş tərkibli asteroid Yupiterin səthində parıltı yaradıb

Alimlərin Avropa Planet Elmləri Konqresində (EPSC) təqdim etdiyi hesablamalar ötən ay Yupiterdə müşahidə edilən alışmanın, planetin səthinə dəmir-daş tərkibli asteroidin düşməsinin nəticəsi olduğunu göstərib.  AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Report”a verilən məlumata görə, partlayışın gücü 240 kiloton trotilə ekvivalent olub.  Bu da Çelyabinsk meteoritinin partlayış gücünün yarısına bərabərdir. Yupiter üzərindəki partlayış avqustun 7-də Texas ştatındakı kiçik […]

Alimlər ən ağır neytron ulduzu müəyyən edib

Astronomlar ölü ulduzların ən kütləvi nümunəsi olan neytron ulduz kəşf ediblər. Yeni ölçülmüş neytron ulduz J0740 + 6620 adlanır və o, Yerdən təqribən 4600 işıq ili məsafədədir. Alimlər hesab edirlər ki, bu kəşf neytron ulduzların qara dəliyə çevrilməsi nəzəriyyəsini alt-üst edib. Mektebgushesi.az  “Trend”ə istinadən bildirir ki, qara dəliklər kimi neytron ulduzlar da kainatda baş verən […]

Nyu-Yorkdan Parisə 3,5 saata uçacaq kosmik təyyarə inşa ediləcək

Nyu-Yorkdan Parisə cəmi 3,5 saata, Londondan Sidneyə isə 4 saata uçacaq kosmik təyyarənin inşası üzrə işlərə başlanılır.  AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Böyük Britaniya Kosmik Agentliyi və Avstraliya Komik Agentliyi bununla bağlı Birləşmiş Krallığın Kosmos Konfransında müvafiq saziş imzalayacaqlar. Sazişin adı isə “Dünyanın ilk kosmik körpüsü” olacaq. İngiltərənin Oksfordşir əyalətində yerləşən Sinergetik Hava […]

Azərbaycanda 7 ayda 33 mindən çox insan dünyasını dəyişib

 2019-cu ilin 7 ayında Azərbaycanda 33 647 ölüm halı qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb. Cari ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanda 79 861 doğulan körpə qeydə alınıb.Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.Ümumilikdə ilin əvvəlindən […]

Aprel qəhrəmanlarına münasibət – vətənpərvərlik güzgümüz

Azər Məmmədov: “Türkiyəli həkim Şahin Turqay dedi mən hərbçidən pul götürsəm gecəni yata bilmərəm”                                                                                                                                          (III yazı) Baş leytenant Azər Məmmədovla davam edirik söhbətimizə. O da Aprel savaşının qəhrəmanlarındandı. Paytaxtın Binəqədi kəndində yaşayır. Əlil arabası və valker hərəkət vasitəsi ilə gəzə bilir. Gündəlik müalicədədir. Tam sağalıb ayağa qalxma ehtimalı çox yüksəkdi. İnşallah, o durumuna qovuşanda […]

Ədəbiyyat müəllimi mis və alüminiuma yeni “həyat verir” -VİDEO

Döymələrə, əsasən, ağac və daş üzərində rast gəlirik. Xaçmazlı usta isə döymə sənətini əlvan metal üzərində inkişaf etdirir. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonunun Mürşüdoba kənd sakini Zeydulla Ağayev 50 ildir ki, bu işlə məşğuldur.  Əsərlərini mis və alüminium üzərində hazırlayan sənətkar daha çox ədəbiyyat və tarix mövzularına üstünlük verir.  İxtisasca Azərbaycan dili və […]