Mektebgushesi

Elm və Təhsil Nazirliyinə yeni təyinat olub

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının […]

Bakı Elm Olimpiadasının finalçıları bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Belə ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda-287 nömrəli Zəkalar liseyi, Məktəb-Lisey Kompleksi, 2 nömrəli Texniki Humanitar Liseyi, Bakı Slavyan Universiteti nəzdində […]

“Rəqəmsal Bacarıqlar” təmayüllü siniflərə qeydiyyat başladı!

  “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başladı. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agenliyindən məlumat verilib. Bildirilib ki, əgər gələcək ixtisas seçimində informasiya texnologiyaları sahəsinə yönəlmək və karyeranızı bu istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, o zaman “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul olmağa tələsin! Qeydiyyat üçün bio bölməsindəki linkə keçid […]

VIII qrant müsabiqəsinə 1636 layihə təqdim olunub

  Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə 1636 layihə təqdim olunub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, bu göstərici Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində indiyədək qeydə alınan ən yüksək nəticədir. Müsabiqənin nəticələri yaxın zamanda paylaşılacaq.

Buraxılış imtahanından 300 bal toplayan 14 nəfərin siyahısı

Xəbər verdiyimiz kimi, 11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Mektebgushesi.az – ın məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlar aşağıdakılardır: 1. Hüseynova Pakizə Namil qızı (Gəncə şəhəri, 16 saylı şəhər orta məktəbi) 2. Yusibov Elşən Səfa […]

14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən  Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

3 mart buraxılış imtahanının nəticələri elan olunub

 Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2024/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, qeydiyyat prosesi aprelin 8-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Azərbaycandan 46 tələbə dünyanın 10 ən yaxşı universitetində təhsil alır

Hazırda 41-i magistratura, 5-i bakalavr pilləsində olmaqla 46 tələbə dünya ən yaxşı 10 universitetində (“Universitetlər üzrə top 10”) təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib. Onun sözlərinə görə, dövlət proqramı çərçivəsind oxuyan tələbələrin sayı 517 nəfərdir: “Azərbaycanlı tələbələr ən çox […]

Elm və Təhsil Nazirliyinə vətəndaş müraciətlərinin statistikası – FOTO

Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i “WhatsApp” vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb. Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər […]

İt dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan Məktəblı evə buraxıldı

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb. Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda qeyd olunub ki, bədənində çoxsaylı yara ilə xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vaxtı açıqlanıb

  Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu aprelin 2-8-də keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.

Məktəb psixoloqları diaqnostikadan keçiriləcək

  Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada deyib. O qeyd edib ki, qiymətləndirmədən sonra bu sahədə başqa problemlər ortaya çıxacaq: “Hazırda şagird sayı 1000-dən […]

VIII qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

  Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə ətraflı […]

3 mart tarixində keçirilən buraxılış imtahanın nəticələri bu həftə ərzində elan olunacaq

Abituiryentlər 3 mart tarixində keçirilən buraxılış imtahanın nəticələri ilə bağlı kütləvi şəkildə müraciət edirlər. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, 3 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur. Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil.