Mektebgushesi

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, 28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib. 1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib. İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, […]

Məktəbəqədər təhsil – Əvvəlki illərlə müqayisədə nələr dəyişib?

Yeni tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə elektron ərizə qəbulu davam edir. Ərizələrin onlayn qeydiyyatına 25 iyul tarixindən, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regional təhsil idarələri üzrə 1 avqust tarixindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe müəssisələrdə isə 8 avqust tarixindən başlanılıb. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir. Proses […]

Dördüncü qrup üzrə qəbul imtahanlarında 1206 nəfər 500 baldan yuxarı nəticə göstərib

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dördüncü ixtisas qrupu üzrə 1206 nəfər 500-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il IV qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi […]

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Oxu.az xatırladır ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiqləyir. Azərbaycan muğamının müasir tarixində Birinci […]

Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət etdilər. Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük. Mehriban xanım Əliyeva: Bura […]

Bakıda gimnaziyaya 33 il rəhbərlik edən direktor işdən azad olunub

160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova işdən azad olunub. “Report” xəbər verir ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın direktoru, Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə), 21 iyul 2023-cü […]

Müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb

21-23 avqust tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 045 namizəd müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib. Qeyd edək ki, MİQ-in vakansiya seçimi mərhələsində uğur […]

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri açıqlandı

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4300 nəfər uğur qazanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsahibələrdə uğur qazanan namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq […]

III qrup üzrə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar – RƏSMİ

III ixtisas qrupu üzrə müsabiqə şərtləri Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu il III qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Bu barədə Mektebgushesi.az -a Dövlət […]

HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbələrlə görüş keçirilib

2023–2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin, Rumıniya, Türkiyə (doktorantura/ YTB) və digər ölkələrdə təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəis müavini Fuad Əzizov, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr […]

DİM ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların statistikasını açıqlayıb

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər. Artıq 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə (DİM) müraciətləri əsasında […]

Azərbaycanda hansı tələbələrin təhsil haqqından azad olunduğu açıqlanıb – FOTO

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb. Mektebgushesi.az xəbər verir ki, həmin şəxslər altı kateqoriyaya bölünürlər. Bunlar məcburi köçkün statuslu, valideyn himayəsindən məhrum olmuş, əlilliyi müəyyən edilmiş, şəhid statusu alan şəxslər, həmçinin şəhid və müharibə əlillərinin övladları, müharibə veteranlarıdır.  

Lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsi davam edir

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsi davam edir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi avqustun 25-də saat 15:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və […]

Rezidenturaya qəbulun nəticələri  açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 704 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 577 nəfər […]

Ali məktəblərə ixtisas seçimi davam edir: 47 mindən çox abituriyent ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a bildirilib ki, bu gün saat 11:45-ə olan məlumata görə, 47 min 262 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi avqustun 28-dək aparılacaq. Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron […]