Mektebgushesi

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşır  

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verir

  Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd […]

Hərbi İnstituta I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib

Heydər Əliyev adına Hərbi İnstituta 2024/25-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti beş ildir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 […]

Azərbaycanda yeni özəl məktəb “SABAH.school” fəaliyyətə başlayıb

Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb. İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən “SABAH.school”, 2024-2025 tədris ili üçün şagird qəbuluna start verib. “SABAH.school” innovativ özəl məktəbdir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Məktəbin missiyası, güclü liderlərdən ibarət şagirdlər yetişdirərək, onların davamlı inkişafını təmin […]

“Sabahın alimləri” müsabiqəsinin finalı keçiriləcək

  ABŞ-ın “Society for Science” təşkilatının Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində Azərbaycanda təşkil olunan “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçiriləcək. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, müsabiqənin finalı aprelin 17-19-da Bakı Ali Neft Məktəbində təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və […]

DİM İmtahanların təşkili və idarəedilməsi üzrə vakansiya elan edilib

İmtahanların təşkili və idarəedilməsi departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a məlumat verilib. Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti, İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru Vəzifənin adı: məsləhətçi Qulluq funksiyaları: imtahanların təşkili və keçirilməsi prosesinə texnoloji dəstəyin verilməsi; təşkilati işlərin optimallaşdırılması üçün lazımi proqram təminatlarının hazırlanması, tətbiqi və mövcud […]

Axtarışda olan abituriyentin urəkdağlayan məktubu tapıldı – VİDEO

Bakının Xətai rayonunda 11-ci sinif şagirdi imtahandan az bal topladığı üçün evi tərk edib. Bu barədə ATV-nin “Bizimləsən” verilişində məlumat verilib. Bildirilib ki, Miribrahim Fuad oğlu İsmayılov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. O, evi tərk etməzdən öncə məktub yazıb. Buna səbəb kimi o, ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib. Ətraflı süjetdə:

Məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı 

  Aprelin 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonu Nemətabad kənd H.M.Əhmədov adına tam orta məktəbində proqam təminatı üzərindən bir neçə istiqamətdə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin yerdəyişməsi zamanı bir sıra nöqsan və neqativ hallar aşkar olunmuşdur. Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. Yoxlamanın nəticəsinə əsasən, […]

AMEA-da yeni təyinat olub

  Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub. Mektebgushesi.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini […]

Nazir müavini Biləsuvarda vətəndaşları qəbul edib

  Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Mektebgushesi.az xəbər verir ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Biləsuvar rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları […]

ABŞ universitetinə qəbul alan Mehdiyə təhsil haqqını ödəmək üçün köməklik lazımdır

Bir müddət öncə ABŞ-nin ən nüfuzlu universitetlərindən olan Dreksl Universitetinə qəbul alan Mehdi Məmmədov təhsil xərclərini ödəyə bilmir. Mektebgushesi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: Kompüter elmləri sahəsi üzrə qəbul alan tələbə bildirdi ki, Dreksl Universitetində maksimim verilən təqaüd 35 700 dollar olduğu üçün, yerdə qalan xərcləri ödəmək onlar üçün çətindir: “Atam […]

Aprelin 7-də 55 min 887 şagird buraxılış imtahanı verəcək

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam […]

Elm və Təhsil Nazirliyinə yeni təyinat olub

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının […]

Bakı Elm Olimpiadasının finalçıları bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Belə ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda-287 nömrəli Zəkalar liseyi, Məktəb-Lisey Kompleksi, 2 nömrəli Texniki Humanitar Liseyi, Bakı Slavyan Universiteti nəzdində […]