Mektebgushesi

Bilal Ərdoğan Bakıda lisey və institutu ziyarət edib

Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. Qonaq hər iki təhsil müəssisəsində şagird və tələbələr tərəfindən coşqu ilə qarşılanıb.   Türkiyənin Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, qonaq əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində olub. Liseyin konfrans zalında 27 Sentyabr- […]

Məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlər açıqlanıb

Paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat açıqlanıb. Belə ki, valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün  qeyd olunan yaş qrupları üzrə www.bq.edu.az saytı vasitəsilə növbəyə yazıla bilərlər. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciətlərin sorğuya […]

Təhsil İnstitutuna yeni direktor təyin edildi 

Təhsil İnstitutuna yeni direktor təyin edilib. Mektebgushesi.az xəbər verir ki, Təhsil İnstitutunun direktoru vəzifəsi Elnur Əliyevə həvalə edilib.  Qeyd edək ki, Elnur Əliyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçuların sayı açıqlanıb – SİYAHI

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olmuşdur. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər […]

11 nəfər şagirdin zəhərlənməsinin səbəbi aydın olub – VİDEO

Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsinin təfərrüatı məlum olub. Belə ki, üçüncü sinif şagirdlərindən birinin ad gününü qeyd edən uşaqların tortdan zəhərləndikləri ehtimal edilir. Halı pisləşən 11 şagird və bir müəllim xəstəxanaya yerləşdiriliblər. Həkim İkram Allahverdiyevin sözlərinə görə, azyaşlılar bütün zəruri tədbirlər görüldükdən […]

Gündəm olan məktəbli: “Həm dərsimi edirəm, həm də qoyunlara baxıram” – VİDEO

“Qoyunların səsi gələndə dərslərimi həvəslə oxuyuram”. Bunu sosial şəbəkələrdə məşhurlaşan məktəbli, Samux sakini Arzu Qədimov Baku TV-yə açıqlaması zamanı deyib. O qeyd edib ki, heyvanlara marağı var: “Dərslərim olan zaman, həm qoyunlara qulluq edirəm, həm də kitablarımı gətirərək burada oxuyuram. Böyüyəndə polis olmaq istəyirəm”. Ətraflı süjetdə:

Anım Günü – Vətən müharibəsinin başlamasından üç il keçir

  Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Üç il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il […]

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

İmtahan 2023-cü il oktyabrın 7-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında təşkil olunacaq.   İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar: 1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu; 2.  Buraxılış vərəqəsi – “Admission Ticket”; 3.  “College Board”un tələblərinə cavab verən […]

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sə­rəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edildi. Təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü üçün­ canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da […]

Elm və təhsil naziri vətəndaş qəbulu keçirəcək

  Elm və Təhsil Naziri Emin Əmrullayev 2023-cü il 27 sentyabr tarixində Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək. Mektebgushesi.az xəbər verir ki, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayon sakinləri iştirak edə bilərlər. Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

Məktəblərdə silahlarla davranış qaydaları tədris olunsun – TƏKLİF

Məlumdur ki, hazırda Ermənistan-Azərbaycan arasında münaqişələrin kəskinləşdiyi dövrdür. Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdən başlayır. Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də vətənə layiqli şəxsiyyət yetişdirməkdir. Bəs bu dövrdə məktəblərdə şagirdlərin maarifləndirilməsi prossesi necə keçirilir? Dərsliklərdə Azərbaycan həqiqətləri (II Qarabağ müharibəsi) barədə […]

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçərkən “İş məlumatları” bölməsində dərs yükünə dair tələb olunan arayışın müvafiq xanaya düzgün formada yükləməsi vacibdir. Bu barədə Mektebgushesi.az -a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak edən namizədlər nümunədə tələb olunan arayış formasını təqdim etməlidirlər.    

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin yerinə yeni müəllimlər təyin olunub

Təkrar sertifikatlaşdırma nəticələrinə əsasən ibtidai sinif müəllimliyi üzrə yeni yaranan 249 vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilmiş və vakansiya seçimi mərhələsində həmin yerlər uyğun olan namizədlər tərəfindən tutulmuşdur. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a  bildirilib ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınmış və onların […]

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

  Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.

Rumıniyanın Aurel Vlaicu Universiteti qəbul elan edir

Rumıniyanın Aurel Vlaicu Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir. Mektebgushesi.az xəbər verir ki, proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər. Seçiləcək tələbə sayı: 2 nəfər Müraciət üçün əsas şərtlər: Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı; İngilis dili ən az B2 səviyyəsində olmalı. Müraciət üçün son […]