Mektebgushesi

Bağça müəllimlərinin işə qəbulu üzrə test imtahanı keçiriləcək

Noyabrın 16-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçiriləcək. Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib. Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. […]

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır. Mektebgushesi.az xəbər verir ki, 5 günlük tətil noyabrın 20-də başa çatacaq. Şagirdlər noyabrın 21-də dərsə gələcəklər. Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr […]

Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllim digər işlə təmin edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib. Bu baxımdan onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin  sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixində xitam verilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı […]

Ceyhun Məmmədov: “Bir sıra ali məktəblərdə əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır”

“Bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır”. Mektebgushesi.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov bildirib. Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır: “Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun […]

Ukraynanın orta məktəbində Azərbaycan dili fənni tədris olunmağa başlayıb

Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər əlaqələr daim inkişaf etməkdədir. Bu əlaqələrin bariz nümunələrindən biri də İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan xarici dillər üzrə ixtisaslaşmış “Linqvist” liseyidir. Bu məktəbi Azərbaycan və Ukrayna arasında “Dostluq körpüsü” də adlandırırlar. Azərbaycanı İrpenə bağlayan çox səbəblər var – akademik Zərifə Əliyevanın adını […]

Paytaxt məktəbləri üçün direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı keçiriləcək

Direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi noyabrın 17-si, 18-i və 20-də keçiriləcək. Müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək […]

2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq. Mektebgushesi.az […]

ABŞ-də təhsil alan tələbələrin sayı açıqlanıb 

ABŞ-nin Azərbaycandakı səfirliyi 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlının ABŞ-də təhsil aldığını bildirməkdən məmnundur. Səfirlikdən  bildirilib ki, bu, əvvəlki illə müqayisədə 23,8% çoxdur. ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara qeyd edib ki, bu, “innovasiya, əməkdaşlıq və birlikdə uğur qazanmaq imkanlarının əhəmiyyətli dərəcədə artması” deməkdir: “Səfirlik həmçinin qürur hissi ilə elan edir ki, Birləşmiş […]

Fənn olimpiadalarına qeydiyyat başlayır

  13 noyabr saat 15:00-dan respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdənfaydalana bilərlər. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların […]

Alimlərdən gözlənilməz açıqlama: “Yadplanetlilər artıq aramızdadır” – FOTO

“Süni intellekt yadplanetli həyatın bir formasıdır və bu insanların Darvinin təkamülünün zirvəsinə çatdığına işarə edir”. Bunu britaniyalı krallıq astronomu lord Martin Ris deyib.   Onun sözlərinə görə, yadplanetlilər artıq aramızdadır və bunlar elmi fantastika filmlərində olduğu kimi kiçik yaşıl adamlar deyil. “Qeyri-üzvi intellektin insan intellektinə çatması və ya onları üstələməsi üçün daha bir və ya […]

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Mektebgushesi.az xəbər verir ki,  müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul […]

“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat başlayıbNoyabrın 3-dən “Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat başlayıb. Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və […]

Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən “Report”un yerli bürosuna verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən sözügedən məktəbə 2.5 meqabit internet verilir: “İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağında […]

ABŞ alimləri dünyada ilk tam göz transplantasiyası həyata keçirib

ABŞ həkimləri dünyada ilk dəfə insan gözü transplantasiyası əməliyyatını həyata keçiriblər. “Report”un məlumatına görə, bu barədə Nyu-York Universitetinin Tibb Mərkəzinin açıqlamasında bildirilir. “Nyu York Universitetinin Lanqon Tibb Mərkəzində cərrahlar qrupu Arkanzasdan olan 46 yaşlı hərbi veterana dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib”, – tibb mərkəzi bildirib. Qeyd olunur ki, iş […]

Bu gün Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu əlamətdar gün 2001-ci ildə UNESCO-nun Baş Konfransında təsis edilib. Məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaq, vətəndaşların elm sahəsindəki inkişafdan məlumatlı olmasını təmin etməkdir. Bununla yanaşı, insanların […]