Mektebgushesi

Türkiyə-Azərbaycan Universitetinə dair Anlaşma Memorandumu təsdiqlənib

  Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil […]

10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

  İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün aprelin 14-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün aprelin 16-dan 29-dək bu linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri […]

Bu gündən doktodanturaya sənəd qəbulu prosesinə başlanılır

  Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edib, cari status və növbəti […]

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib. Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum […]

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

  17 aprel tarixindən etibarən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Bu barədə Mektebgushesi.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron […]

1 saylı tam orta internat məktəbinin direktoru cərimələnib

  1 saylı tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev cərimələnib.  Mektebgushesi.az  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti direktora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. 192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin […]

Ümumi orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu internet vasitəsilə aparılır. 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını […]

Beynəlxalq alimlər qrupu: İnternetlə depressiya arasında hansı əlaqə var?

Avstraliya, Böyük Britaniya və Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüterlər, noutbuklar və smartfonlar yeniyetmələr arasında yuxululuğa və depressiya əlamətlərinə səbəb olur. Tədqiqatçılar belə qənaətə gəliblər ki, ekran qarşısında həddindən artıq vaxt keçirmək 10-19 yaş arası gənclərin sosial qarşılıqlı əlaqəsinə mənfi təsir göstərir. Alimlər həmçinin qeyd ediblər ki, qadcetlərdən […]

İmtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

İmtahan nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur Dövlət İmtahan Mərkəz (DİM)i tərəfindən bu gün keçirilən imtahanlar başa çatıb. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə […]

Səhərlər idmanla məşğul olma ürək-damar sisteminə mənfi təsir göstərir

  Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarının riski daha az olub. Bu zaman işdəki gərginlikdən sonra orqanizm istirahət edir və hətta axşam metabolizminin xüsusiyyətlərinə görə yandırılan kalorilərin […]

Bu gün 34 mindən çox abituriyent imtahan verir  

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün bir neçə imtahan keçirəcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin […]

Məhkəmə 14 yaşlı məktəbliyə təcavüz edən şəxslə bağlı qərar VERDİ

Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub. “Unikal”ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual […]

AMEA doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 2024-cü il 3 aprel tarixli qərarına əsasən, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura […]

Azad edilən ərazilərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

  Azad olunmuş ərazilərdə 8 məktəbdə 800-dən çox şagird təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində keçirilən “3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə” konfransında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir: […]