Mektebgushesi

Təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlanıb

Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb. Fonddan Mektebgushesi.az -a  bildirilib ki, bu günə qədər 35 min 846 tələbə təhsil krediti almaq üçün müraciət edib. Onlardan 26 min 530 nəfərə təhsil tələbə krediti verilib. Kredit üçün müraciət edənlərin 20 min 185-i qadın, 15 min 661 nəfəri kişidir. Onlardan 15 min 522 qadın, 11 […]

Direktorun müəllimə qarşı güc tətbiq etməsi iddiasına regional idarədən AÇIQLAMA

Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib. Komissiya üzvləri […]

Emin Əmrullaye:  Qızılcaya yoluxmada nisbətən azalma var, proses nəzarətdədir

Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, proses nəzarətdədir: “Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hadisə ilə üzləşməyək. Hazırda bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük”.

Naxçıvanda məktəb direktorlarının işə qəbulu müsabiqəsi keçiriləcək

Naxçıvan Muxtar Respublikasında direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin ya bu ilin sonu, ya da gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulur. “Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan MR-in təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, texniki məsələlər həll olsa müsabiqə bu ay, ən geci […]

Bakı İlahiyyat Kollecinə qəbul qaydaları açıqlanıb

  Azərbaycan İlahiyyat İnstitutunun yanında yeni yaradılan Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək. Mektebgushesi.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda dini təhsil almaq üçün heç bir xarici ölkəyə getmək üçün ehtiyac qalmır: “Çünki ölkəmizdə kifayət qədər mükəmməl […]

Məktəblilərimiz yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında uğur qazanıblar

  Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri üç gümüş və bir bürünc olmaqla ümumilikdə dörd medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, […]

Xüsusi karantin rejiminin müddəti uzadıldı

  Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki Qərar 2024-cü […]

Təhsil İnstitutuna yeni təyinat olub

  Azərbaycan Respublikası Təhsil İnstitutuna direktor müavini təyin olunub. Mektebgushesi.az-ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrlə bu vəzifəyə Fuad Qarayev təyinat alıb.

Emin Əmrullayev: Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı əsas hədəflərini açıqlayıb. Mektebgushesi.az xəbər verir ki, o, bu barədə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı danışıb. Nazir bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir: “Hazırda bu göstərici 37 %-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. […]

Azərbaycanda ilk dəfə məktəblilər üçün Təqaüd Proqramını yaradılıb

Azərbaycanda ilk dəfə məktəblilər üçün Heydər Əliyev, Polad Həşimov, Lütfi Ələsgərzadə və Nəsirəddin Tusi adına Təqaüd Proqramını yaradılıb. “Global Olympiad Center” (GOC), Azərbaycanın tarixində ilk dəfə olaraq məktəblilər üçün unikal bir təqaüd  proqramı yaradıb. Proqram, ölkənin gənc zehinlərini qlobal səviyyədə rəqabət apara bilmələri üçün lazım olan bacarıq və biliklərin əldə edilməsini hədəfləyir. Proqramın əsas məqsədi, […]

Bakı İlahiyyat Kolleci yaradılıb

  “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər […]

Azərbaycanda 2024-cü ilin qeyri-iş günləri açıqlandı 

Nazirlər Kabineti Azərbaycanda Respublikasında 2024-cü ilin qeyri-iş günlərinin tarixlərini elan edib. Mektebgushesi.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda bildirilib: 20024 cü il yanvarın 1,2,3,4,5,6 yeni il bayramı 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı Aprelin 10, […]

Emin Əmrullayev: Qarabağ Universitetində təhsilə və tədrisə yenidən başlamaq imkanımız var

Qarabağ Universitetində təhsilə və tədrisə yenidən başlamaq imkanımız var. Birincisi, ənənələri olan Qarabağ diyarına təhsil qayıdır. İkincisi isə orada bütün istiqamətlərin yenilənməsi, “ağ kağız” üzərində başlanması, təbii ki, Azərbaycan təhsilinə böyük imkanlar açır. Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində daim işləyirik. Mektebgushesi.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev dekabrın 9-da Azərbaycan […]

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib

  Nazirlikdən  verilən məlumata görə, dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb. Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur. Həmçinin […]