Mektebgushesi

AMEA doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 2024-cü il 3 aprel tarixli qərarına əsasən, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura […]

Azad edilən ərazilərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

  Azad olunmuş ərazilərdə 8 məktəbdə 800-dən çox şagird təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində keçirilən “3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə” konfransında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir: […]

Bu gün Dünya Kosmonavtika Günüdür

  Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur. Mektebgushesi.az xəbər verir ki, bu günün keçirilməsi 63 il əvvəl, 1961-ci il 12 aprel tarixində ovaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır. Qaqarin həmin gün “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də “Baykonur” kosmodromundan ayrılıb. 108 dəqiqəlik uçuşdan sonra […]

Ermənistan məktəbliləri Paşinyana görə təhlükəli vəziyyətlə üz-üzə qalıblar – VİDEO

  Ötən gün Ermənistanın bölgələrindən baş nazir Nikol Paşinyanla görüşməyə gələn yeniyetmələr parlamentin binasında çətin vəziyyətlə üzləşiblər. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Parlamentdəki çıxışını bitirən nazir onu gözləyən məktəblilərlə görüşə gedərkən jurnalistlər onu əhatəyə alaraq suallar verməyə başlayıblar. N.Paşinyan sualları cavablandırarkən təhlükəsizlik qüvvələri otağa giriş-çıxışları tam bağladıqlarından 20-yə yaxın məktəbli pəncərəsiz otaqda müsahibənin bitməsini […]

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə […]

Qəbələnin ucqar kəndində yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq – FOTO

  Qəbələnin ucqar kəndlərindən olan Bumda istifadəyə verilən yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq. Uzun illərdir məktəbdə tədris aparan müəllim Tofiq Qaragözov ”Report”a bildirib ki, 624 şagirdin təhsil alacağı məktəbdə 68 müəllim kollektivi və 21 texniki işçi heyəti çalışacaq. Pedaqoq deyib ki, yeni məktəb Bum qəsəbəsində yaşayan uşaqların gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş kimi yetişməsində […]

Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu beş universitetinə qəbul və təqaüd qazanıb

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb. Mektebgushesi.az xəbər verir ki, o, Birləşmiş Ştatların Erbana Şempeynsdəki İllinoys, Purdyu, eləcə də Penn universitetlərindən qəbul qazanıb. Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar (25 500 AZN), Fordhem Universitetindən isə illik 25 000 dollar (42 […]

Elm və təhsil naziri Qəbələ məktəblərində olub

Aprelin 9-da elm və təhsil naziri Emin Əmrullayev Qəbələ rayonuna səfəri çərçivəsində Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəbin kollektivi ilə görüşüb. Nazir həmçinin məktəbdə tədris prosesini izləyib və təhsilalanlar üçün yaradılmış şəraitlə tanış olub. Daha sonra elm və təhsil naziri buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticə göstərmiş Səidə Rəhimovanın təhsil aldığı Nohurqışlaq […]

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır. Mektebgushesi.az  xəbər verir ki, Ramazan bayramının namazı aprelin 10-da saat 08:00-09:00 aralığında qılınacaq. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq. Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək […]

Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi

  Britaniyalı nəzəri fizik, Nobel mükafatı laureatı, Edinburq Universitetinin professoru Piter Hiqqs 95 yaşında vəfat edib. “Professor Hiqqs qısa sürən xəstəlikdən sonra evində vəfat edib”, – Edinburq Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, alim 1960-cı illərdə elementar hissəciklərin kütləsini izah edən “Higgs metodu”nun ixtirası ilə məşhurlaşıb. 2013-cü ildə o, öz işinə görə Nobel mükafatı […]

Prezident Qəbələ rayonunda məktəbin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması […]

Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək

  Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Cinbek Kulubayev ilə görüşündə bildirilib. Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi […]

Diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANACAQ

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlayacaq”. “Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi tədbirdə deyib. Onun sözlərinə […]

TKTA ekspertizası aparılan ali təhsil müəssisələrinin siyahısını açıqlayacaq

  Vətəndaşlar xarici universitetlərə seçim edərkən çətinlik çəkir, yaxud da akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytında yeniliklər olunacaq. Mektebgushesi.az xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən infosessiyada deyib. O bildirib ki, bu günə qədər ekspertizası həyata keçirilən ali təhsil müəssisələrinin […]

Sabahdan beş günlük Ramazan tətili başlayır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl […]