Mektebgushesi

Elm və təhsil naziri Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb – FOTO

  Dekabrın 26-da elm və təhsil naziri Emin Əmrullayev Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.  

Məktəblərdə kişi direktorların sayı azalıb? – VİDEO

Hazırda ölkədə 37 182  ibtidai sinif müəllimi çalışır. Onlardan cəmi 2 194-ü kişi müəllimləridir. Xezerxeber.az-ın məlumatına görə, məktəblərdə kişi müəllimlərinin sayı 1992-ci ildən azalmağa başlayıb. Məsələ ilə bağlı vətəndaşlar arasında sorğu edilib. Ekspertlərin sözünə görə, təhsil işçiləri arasında gender bərabərsizliyi gələcəkdə yaxşı nəticələr verməyəcək. Ətraflı süjetdə:

Bu il beynəlxalq olimpiadalarda 130 şagird iştirak edib

  Azərbaycanda 2023-cü il üzrə 130 şagird beynəlxalq olimpiadalarda iştirak edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, 5 şagird birinci, 13 şagird ikinci, 39 şagird üçüncü yeri qazanıb. 24 şagird isə həvəsləndirici sertifikatla mükafatlandırılıb.  

Britaniya Şurasının nümayəndə heyəti TİF-in qonağı olub

  Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və Cənubi Qafqaz bölgəsinin imtahanlar üzrə rəhbəri Nərgiz Əkbərova Təhsilin İnkişafı Fondunun qonaqları olublar. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 7 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsinin icra vəziyyəti müzakirə olunub. […]

Emin Əmrullayev yanvar ayında vətəndaş qəbulu həyata keçirəcək

  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev yanvar ayının 26-sı vətəndaş qəbulu həyata keçirəcək. Müəyyən edilmiş görüş Göyçay həyata keçiriləcək. Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab rayonalarını da əhatə edəcək. Qeyd edək ki, vətəndaşların […]

Həsən Həsənli: Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bu, Azərbaycan təhsili tarixində rekord rəqəmdir: “Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb”.

Elm və təhsil nazirinin yeni müavini təyin olunub

  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə nazir müavini təyin edilib. Mektebgushesi.az xəbər verir ki, Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu […]

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!

  Yeni imtahan modelinə uyğun sınaq imtahanında iştirak etmək üçün qeydiyyat başlanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək. İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 25 dekabr saat 14:30-dan 2024-cü il […]

Emin Əmrullayev ADA universitetində keçirilən konfransda iştirak edib

Dekabrın 23-də “Heydər Əliyev İli” çərçivəsində ADA Universitetində “Heydər Əliyevin uğurlu xarici siyasəti və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçirilib.  Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, həmçinin bir sıra ali […]

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır. Bu barədə Mektebgushesi.az –a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, məktəblərə Milli qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Bakıda Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib

Bakıda Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, olimpiadaların şəhər mərhələsi dekabrın 24-də paytaxtdakı 25 mərkəzdə (32, 259, 95, 276, 3, 189-190, 164, 44, MLK, 36, 74, 271, 18, 53, 139, 124, 114, 275, 96, 13, 253, 26 nömrəli  tam orta məktəblər) təşkil edilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil […]

Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlandı

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra […]

Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.  Mektebgushesi.az  xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak […]

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Mektebgushesi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bu il Bakı məktəblərinə 2000-dən çox müəllim işə qəbul olunub

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 743 vakansiya təqdim olunub. Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, müsabiqələr nəticəsində il ərzində 2 258 nəfər işə qəbul olunub. Bunlardan 1 188 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə […]