Mektebgushesi

Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı

Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq. “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə […]

Nazirlik: Təhsil arayışlarını elektron şəkildə əldə etmək mümkündür

Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur. İstifadəçilər https://portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər: ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); peşə təhsili pilləsində […]

Bakıdan köçürülməsi ehtimal edilən universitetlərin adları açıqlanıb- VİDEO

Bakıda sıxlığı azaltmaq üçün şəhərin mərkəzi hissələrində yerləşən universitetlər kənar ərazilərə köçürülə bilər. Mektebgushesi.az xəbər verir ki, Baş Planda Bakıda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud ali məktəblərdən birinin tamamilə yeni bir yerə köçürülməsi nəzərdə tutulur. Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkədə olan ali təhsil müəssisələrinin əksəriyyəti paytaxtda fəaliyyət […]

Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə

  Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir. Azərbaycan Skautlar Assosiasiyasından (ASA) bildirilib ki, layihənin məqsədi təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və […]

BŞTİ -nin keçirdiyi müsabiqəyə sənəd qəbulu davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqəyə sənəd qəbulu davam edir. Mektebgushesi.az xəbər verir ki, namizədlər 15.01.2024-cü il tarixinə qədər  müvafiq sənədləri ptpk@baku.edu.gov.az poçt ünvanına göndərməlidirlər. Müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək […]

Azərbaycanda yüksək maaş alan müəllimlərin sayı açıqlanıb – MƏBLƏĞ

Azərbaycanda yüksək əməkhaqqı alan müəllimlərin sayı və əməkhaqqının məbləği açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əgər müəllimin sertifikasiya göstəriciləri yaxşı və dərs saatı ən azı 1 stavkadırsa (dərəcə), o minimum 900-1000 manat əmək haqqı ala bilir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 960 müəllim 2 min manatdan yuxarı əməkhaqqı […]

Bəşəriyyətin Yer kürəsini tərk edə biləcəyi zaman açıqlanıb

  Nikolay Kardaşevin nəzəriyyəsinə əsaslanan araşdırma 2 371-ci ilə qədər bəşəriyyətin Kardaşev şkalası üzrə sivilizasiyanın birinci səviyyəsinə çata biləcəyini göstərir. Bu səviyyə o deməkdir ki, planet sivilizasiyası öz planetindəki bütün növ enerjidən, o cümlədən Günəşin enerjisindən tam istifadə edir. Bu nəzəriyyəyə görə, inkişafın bu mərhələsində bəşəriyyət günəş enerjisindən “ulduzlararası səyahət” imkanı üçün istifadə edə biləcək. Alimlər […]

Bu gündən şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq

  Bu gün saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yanvarın 7-də məlumat yayıb. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Tam orta təhsil səviyyəsi üzrə […]

Keçən il 9 mindən çox müəllim işə qəbul olunub, 1310-u iş yerini dəyişib

Keçən il müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində 1 219 nəfər iş yerini dəyişib. Mektebgushesi.az xəbər verir ki, 91 müəllim iş yerini elektron qaydada qarşılıqlı olaraq dəyişib. Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində 4 368 nəfər müddətsiz, 2 351 nəfər müddətli müqavilə əsasında işlə təmin olunub. 2 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yeni təyinat olub – FOTO

  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyinatı olub. Mektebgushesi.az xəbər verir ki, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin olunub. Qeyd edək ki, Əminağa Sadıqov bundan öncə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun direktor müavini vəzifəsində çalışırdı.

Nadir İsrafilov-“Azın az dərdi var, çoxun da ki, çox gəmi” məntiqi ilə yanaşsaq…”

“Xarici təcrübəyə istinad etmək olar, ancaq onu olduğu kimi kopiyalamaq…” Bizdə 40 şagirdi ola siniflər də var, 1 şagirdi və 1 müəllimi olan məktəb də var. 40-45 şagirdi yola verə biləcək peşəkar müəlimlərimiz də var, 15-20 şagirdin öhdəsindən gələ bilməyən səriştəsiz müəllimlərimiz də var. Bu mənada hər hansı bir konkret ümumiləşdirmənin kimlər tərəfindənsə birmənalı qarşılanmaması […]

Perinatal Mərkəzdəki yanğın zamanı dörd körpə ölüb – VİDEO

  Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb. Bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) birgə məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən […]

Dövlət Agentliyi bir sıra məktəblərin bağlanması ilə bağlı məsələyə aydınlıq gətirib

Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib. “2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına bir, Laçın şəhərində iki, Şuşa şəhərində bir nömrəli […]

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib

  İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən shura@edu.gov.az poçt ünvanına göndərilməklə aparılacaq. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq. Bu barədə Təhsil İnstitundan Mektebgushesi.az-a bildirilib. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, İctimai Şuraya seçkilərin təşkili məqsədilə komissiyanın yaradılması barədə əmr […]