Mektebgushesi

Azərbaycandakı gənclərin sayı açıqlandı

  Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir. Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir. Ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin […]

Lütfi Zadə adına  riyaziyyat-məntiq olimpiadasına start verilib 

  3 mart 2024-cü il tarixində Lütfi Zadə adına  riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon şəhər mərhələsi keçiriləcək. Hər iki müsabiqədə iştirak üçün elektron müraciət 15 fevral saat 17:00-a qədər davam edəcək. Bu barədə Mektebgushesi.az-a Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən məlumat verilib. Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək […]

Bu gün Azərbaycan Gəncləri Günüdür – VİDEO

  Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən […]

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü […]

Elm və Təhsil Nazirliyinə yeni təyinat olub – FOTO

Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin edilib. Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O bundan əvvəl […]

Gənclər günü münasibəti ilə bir qrup gəncə mükafatlar verilib

Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib: Abdullayeva Gülnar Rizvan qızı Ağamirova Rəvanə Seymur qızı Ağazadə Taryel İsa oğlu […]

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə edilib

Azərbaycanda səfərdə olan Türkiyənin təhsil naziri Yusuf Tekin ilə elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda, iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən […]

DİN 16 yaşlı məktəbli qızın evliliyə məcbur edilmədiyini, rəsmi nikah bağlanılacağını bildirib

Daxili İşlər Nazirliyi mediada 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə yayılan görüntüyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər. Bildirilib ki, onlarla […]

Elm və Təhsil Nazirliyi yanında ictimai Şuraya seçkilərə sənəd qəbulu başa çatır

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərə sənəd qəbulu prosesi bu gün saat 23:59-da başa çatır. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, sənədlərin qəbulu və qeydiyyatı shura@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sonrakı mərhələdə İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Qeyd […]

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Mektebgushesi.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin […]

STEAM İnnovasiya Mərkəzində dərslik ekspertləri ilə görüş keçirilib – VIDEO

Yanvarın 30-da STEAM İnnovasiya Mərkəzində dərslik ekspertləri ilə görüş keçirilib. Görüşdə ümumi təhsil pilləsi üzrə 2023–2024-cü tədris ili üçün hazırlanmış dərsliklərin qiymətləndirmə nəticələri, tədris ilinin birinci yarısı ərzində müəllimlərdən daxil olmuş əks-əlaqə və nailiyyətlər müzakirə edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki növbəti tədris ilinə təkmilləşdirilməli və yeni hazırlanmalı dərsliklərin […]

AMEA-nın Direktorlar Şurası yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurası yaradılacaq. Mektebgushesi.az  xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib. O bildirib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə […]

Magistraturaya sənəd qəbulu başa çatdı

Magistraturaya sənəd qəbulu başa çatıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, yanvarın 15-dən start götürən müddətdə 19 717 bakalavr ərizəsini təsdiq edib. Onlardan 18 201-i Azərbaycan bölməsi, 1 516-sı isə rus bölməsi üzrə olan bakalavrlar olub. Qeyd edək ki, qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması […]

Peşə məktəbləri və liseyləri ilə bağlı yeni QƏRAR

  Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir. Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 […]