Mektebgushesi

DİM ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək

  Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. DİM-dən  bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. İmtahan vermək üçün 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, […]

İbtidai sinif şagirdi ilə kobud davranan müəllimə cəza verilib

Bakıda ibtidai sinif şagirdi ilə kobud davranan müəllimə töhmət verilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq 249 nömrəli tam orta məktəbdən bildirilib. Qeyd olunub ki, məktəbin ibtidai sinif müəlliminin III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25.01.2024-cü il) araşdırma […]

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçiriləcək

  Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. DİM-dən  bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan […]

Əri və oğlu ilə birgə öldürülən qadın məktəb direktoru imiş – Video

Bu gün Bakıda ailəsi ilə birgə qətlə yetirilən şəxs məktəb direktoru imiş. Mektebgushesi.az xəbər verir ki, Pikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir. Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü […]

Anasını 192 bıçaq zərbəsi ilə öldürən məktəbliyə ağır cəza verildi

  Anasını öldürməkdə ittiham olunan 16 yaşlı Z.M.-nin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, yeniyetmə müttəhim xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq […]

DİM magistraturanın nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də […]

Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

12-14 fevral tarixlərində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi, habelə xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri, “Emirates School Establishment” şirkətinin Direktorlar Şurasının sədri Sarah Al Amiri ilə görüşüb. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, görüşlər […]

Məktəblərdə erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir

  2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən […]

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı elmi sessiya keçiriləcək

  Fevralın 16-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçiriləcək. İnstitutdan  bildirilib ki, sessiya görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr edilib. Tədbirdə “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz”, “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının […]

Elm və təhsil naziri Beyləqanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 23 fevral tarixində Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və […]

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

  Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir. Mektebgushesi.az xəbər verir ki, bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün… Sülhü düşün” altmövzusuna həsr olunub. “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü […]

Bu gün 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın yeddi şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan […]

Məktəblilərin ölümünə səbəb olan sürücü həbs edildi – FOTO

Fevralın 8-i Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan yol qəzasını törətməkdə şübhəli bilinən sürücü Emin İbrahimov həbs edilib. Mektebgushesi.az xəbər verir ki, Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sürücü barəsində istintaq müddəti üçün 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – sürücülük hüququ […]

Gəncədə VI sinif şagirdi intihar edib

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma […]

Türkiyənin ali təhsil müəssisələrinə təqaüd proqramına sənəd qəbuluna başlanılıb

Türkiyənin ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbuluna başlanılıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlər Türkiyə tərəfi üçün fevralın 20-dək, Azərbaycan tərəfi üçün isə martın 1-dək davam edəcək. Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq […]