Mektebgushesi

DİM magistraturanın nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də […]

Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

12-14 fevral tarixlərində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi, habelə xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri, “Emirates School Establishment” şirkətinin Direktorlar Şurasının sədri Sarah Al Amiri ilə görüşüb. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, görüşlər […]

Məktəblərdə erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir

  2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən […]

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı elmi sessiya keçiriləcək

  Fevralın 16-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçiriləcək. İnstitutdan  bildirilib ki, sessiya görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr edilib. Tədbirdə “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz”, “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının […]

Elm və təhsil naziri Beyləqanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 23 fevral tarixində Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və […]

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

  Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir. Mektebgushesi.az xəbər verir ki, bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün… Sülhü düşün” altmövzusuna həsr olunub. “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü […]

Bu gün 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın yeddi şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan […]

Məktəblilərin ölümünə səbəb olan sürücü həbs edildi – FOTO

Fevralın 8-i Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan yol qəzasını törətməkdə şübhəli bilinən sürücü Emin İbrahimov həbs edilib. Mektebgushesi.az xəbər verir ki, Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sürücü barəsində istintaq müddəti üçün 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – sürücülük hüququ […]

Gəncədə VI sinif şagirdi intihar edib

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma […]

Türkiyənin ali təhsil müəssisələrinə təqaüd proqramına sənəd qəbuluna başlanılıb

Türkiyənin ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbuluna başlanılıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlər Türkiyə tərəfi üçün fevralın 20-dək, Azərbaycan tərəfi üçün isə martın 1-dək davam edəcək. Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq […]

Tələbə təhsil krediti üçün müraciət edənlərin statistikası açıqlanıb

  Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  bildirilib ki, payız sessiyası ərzində 10 min 867 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 134 nəfərin müraciəti natamam olub, 66 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1906 nəfərin müraciətinə imtina cavabı verilib, 26 nəfərin müraciəti […]

Elm və təhsil nazirinin müavini konfransda iştirak edib

  Fevralın 8-də Milli Aviasiya Akademiyasında “Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda IX beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb. Mektebgushesi.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransa Rusiya, Türkiyə, […]

İdris İsayev: Qarabağ Universitetində ödənişli təhsil olmayacaq tələbələrin yataqxanada qalmaq imkanları olacaq

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən, Qarabağ Universiteti publik-hüquqi şəxs kimi Xankəndi şəhərində fəaliyyət göstərəcək. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini  jurnalistlərə açıqlamasında deyib. Universitetin fəaliyyət istiqamətlərinə gəldikdə, nazir müavini bildirib ki, ali təhsil müəssisəsi yüksək ixtisaslı kadr hazırlığı həyata keçirəcək: “Bu o deməkdir ki, ali təhsil müəssisəsi ali təhsilin […]

Qarabağ Universitetində tədris olunacaq ixtisasların sayı məlum oldu – RƏSMİ

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas üzrə tədris aparılacaq. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: “Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur. Universitet ali təhsilin bütün […]

Elm və təhsil naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb. Mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib. Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyəti, gələcək […]