Mektebgushesi

7 yaşlı məktəblini öldürməkdə təqsirləndirilən idman müəlliminə ağır cəza istənilib

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Mektebgushesi.az xəbər verir ki,  bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror Samir Məmmədov çıxış edib. Dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. […]

Bu gündən universitetlərdə yaz semestri başlayır

  Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2023/2024-ci tədris ilinin yaz semestri başlayır. Mektebgushesi.az xəbər verir ki, dərslər mayın 31-dək davam edəcək. İyunun əvvəlindən isə semestrin imtahan sessiyası başlayacaq. Qeyd edək ki, tələbələrin qış tətili fevralın 1-dən 16-dək davam edib.

Ümumi nəticəsi yüksək olan 1628 namizəd zal nəzarətçisi sertifikatı əldə edib

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb. Zal nəzarətçisi sertifikatı almış 1628 nəfər imtahanların idarə olunması prosesinə cəlb ediləcək. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, sertifikat əldə etmək üçün qeydiyyat prosesi 18 sentyabr – 20 oktyabr 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3844 nəfər öz ərizəsini təsdiq edib. Qeydiyyatdan […]

Bağça müəllimlərinin vakant yerlər üzrə qeydiyyatı başlayır

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən sonra boş qalan və yeni yaranan vakant yerlər üzrə qeydiyyat başlayır. Mektebgushesi.az xəbər verir ki,  fevralın 15-dən başlayan qeydiyyat prosesi fevralın 26-sı saat 23:59-da başa çatacaq. Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul […]

Qarabağ Universiteti üçün ayrılan vəsaitlə bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az-ın xəbərinə görə, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən […]

Kolleclərə imtahan tarixləri elan edilib

  Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq […]

Qəbul imtahanlarının vaxtı müəyyən olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub. DİM-dən Mektebgushesi.az-a verilən xəbərə görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III […]

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır

Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə […]

DİM ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək

  Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. DİM-dən  bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. İmtahan vermək üçün 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, […]

İbtidai sinif şagirdi ilə kobud davranan müəllimə cəza verilib

Bakıda ibtidai sinif şagirdi ilə kobud davranan müəllimə töhmət verilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq 249 nömrəli tam orta məktəbdən bildirilib. Qeyd olunub ki, məktəbin ibtidai sinif müəlliminin III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25.01.2024-cü il) araşdırma […]

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçiriləcək

  Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. DİM-dən  bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan […]

Əri və oğlu ilə birgə öldürülən qadın məktəb direktoru imiş – Video

Bu gün Bakıda ailəsi ilə birgə qətlə yetirilən şəxs məktəb direktoru imiş. Mektebgushesi.az xəbər verir ki, Pikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir. Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü […]

Anasını 192 bıçaq zərbəsi ilə öldürən məktəbliyə ağır cəza verildi

  Anasını öldürməkdə ittiham olunan 16 yaşlı Z.M.-nin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, yeniyetmə müttəhim xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq […]

DİM magistraturanın nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də […]

Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

12-14 fevral tarixlərində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi, habelə xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri, “Emirates School Establishment” şirkətinin Direktorlar Şurasının sədri Sarah Al Amiri ilə görüşüb. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, görüşlər […]