Mektebgushesi

Bu məktəbin direktor əvəzi və direktor müavini işdən çıxarılıb

Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilib. APA-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin müəllimi olmuş Rəvanə Məmmədovanın müraciətlərinə əsasən 2021-ci ilin noyabr ayında Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən Çaykənarı kənd tam orta məktəbində monitorinq aparılıb. “Monitorinq zamanı məktəbin direktor […]

Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilir

  Bu gün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a bildirilib ki, imtahan saat 11:00-da başlanır. 10:45-dən sonra gələn namizədlər isə imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron […]

Nazirliyin müəllimləri çətin duruma salan QƏRARI: “Əsas problem daimi işlə təmin olunmamaqdır” – FOTO

Son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından biri də müəllimlərin işə qəbulunda edilən dəyişikliklərdir. Yeni qərarlardan biri belədir ki, işə qəbul müsabiqəsində nə qədər yüksək nəticə əldə etsən də, sadəcə birinci seçim turunda daimi işə sahib olmaq imkanın var. Növbəti turlarda çıxan vakant yerlərə qəbul olanlar müqavilə ilə işləyib növbəti il təkrar imtahana girməlidirlər. İmtahan […]

Bərdədə 14 yaşlı məktəbli qız hamilə qalıb? – DİN-dən AÇIQLAMA

Bərdə rayonunda 14 yaşlı qızın hamiləliyinin ləğv edildiyinə dair məlumat yayılıb. Sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumata əsasən, hadisə rayonun Nəcəfqulubəyli kəndində baş verib. Kəlbəcər rayon köçkünlərinin yaşadığı ərazidə əslən kəlbəcərli olan ailənin 14 yaşlı qızı həmkəndlisi olan şəxs tərəfindən hamilə qalıb. İlkin məlumata görə, oğlan tərəfinin israrı ilə 14 yaşlı qızın 3 […]

Müəllimlərin sertifikasiyadan keçməsi ilə bağlı yayılan səsyazısı həqiqqəti əks etdirmir -RƏSMİ

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqqəti əks etdirmir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi vacib məlumat yayıb. Sosial şəbəkələrdə yayılan şayiələrə cavab olaraq rəsmi qurum duruma aydınlıq gətirib: “Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb. Bildiririk ki, paylaşılan […]

Elm və təhsil naziri: Dual peşə təhsil proqramı çərçivəsində 25 ixtisas üzrə qəbul aparılır

Bu tədris ilində peşə təhsili üzrə dual peşə təhsil proqramlarına qəbul aparılır. Dual təhsil tələbələrə tədris ili ərzində nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki təcrübəni isə müxtəlif işəgötürən müəssisələrdə almaq imkanı verir, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlanması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini təmin edir. Mektebgushesi.az xəbər verir ki, […]

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa […]

100 ballıq həddi aşa bilməyənlər üçün şad xəbər – Bu ixtisasları seçə bilərlər

Bütün ixtisas qrupları üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Mektebgushesi.az bütün ixtisas qruplarında tətbiq edilən fərqli tələbləri təqdim edir. I qrupda ixtisaslar üzrə tətbiq edilən tələblər biraz fərqli olur. “Riyaziyyat”, “fizika” və “kompüter elmləri” ixtisasları […]

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır. Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən xəbərə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun […]

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminə başlanılıb

Bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən bildirilib. Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina […]

“Abituriyent” jurnalının növbəti sayında ali məktəblərə qəbulun keçid balları dərc edilib

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib. DİM-dən Mektebgushesi.az-a verilən məlumaat görə, “Abituriyent” jurnalının 3-cü nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə […]

Magistratura üzrə yeni ixtisaslar yaradılıb

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına dəyişiklik olunub. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergu hüququ” ixtisaslaşması əlavə olunub. Qeyd olunub ki, dədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların […]

İmtahanda 700 bal toplayan abituriyent: “Məqsədimə çatdım”

“Çox şadam ki, məqsədimə çataraq 700 balı topladım”. Bu sözləri “Report”a açıqlamasında IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən Nigar Ağazadə deyib. O, ilk imtahanda sualın birini yanlış cavablandırmasından çox məyus olduğunu bildirib: “Səhvə görə, birinci imtahandan sonra çox məyus olmuşdum. Kimisi yenidən imtahan verməyimi, kimisi də verməməyimi deyirdi. Amma düşündüm […]

DİM 12 nəfərin imtahan nəticələrini ləğv edib

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 25340 abituriyentdən (I qrup üzrə 21278 nəfər, IV qrup üzrə 4062 nəfər) 468 nəfəri (I qrup üzrə 414 nəfər, IV qrup üzrə 54 nəfər) imtahanda iştirak etməyib. Mektebgushesi.az xəbər verir kı, imtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Paytaxt məktəbinin məzunu maksimum nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib. Belə ki, 125 nömrəli tam orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı IV  ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan […]