Mektebgushesi

Təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib – FOTO

Elm və Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib. Mektebgushesi.az xəbər verir ki, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər. Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib. Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. […]

Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilir

Bu gündən tədrisi qeyri-Azərbaycan dilində aparılan bölmələr üzrə məktəb seçimi prosesinə start verilir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə avqustun 8-də başlanılıb. 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn […]

Məktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır

Bu gündən ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Belə ki, şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Direktor […]

İkinci qrup üzrə ixtisas seçimi müsabiqəsində nəzərdə tutulan yerlər təqdim edilib

  2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. Mektebgushesi.az  xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə […]

Xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb. Bu barədə Mektebgushesi.az -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimi avqustun 12-si saat 17:00-dək davam edəcək. Təhsil müəssisələri üzrə mövcud vakansiyalar namizədlərə cədvəldə (fotolar) təqdim olunur.

100 ballıq həddi aşmayanlar üçün seçim imkanı – Bütün qruplar üzrə

Bütün ixtisas qrupları üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Mektebgushesi.az AzEdu.az-a istinadən  bütün ixtisas qruplarında tətbiq edilən fərqli tələbləri təqdim edir. I qrupda ixtisaslar üzrə tətbiq edilən tələblər biraz fərqli olur. “Riyaziyyat”, “fizika” və […]

MİQ üzrə vakansiya seçiminin nəticələri şəxsi səhifələrinə göndərildi

Vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi Mektebgushesi.az xəbər verir ki, 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. 4-8 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir. Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb

Bakıda 14 yaşlı qız itkin düşüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı saat 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində […]

Xaricdə təhsil alacaq şəxslərin ilk siyahısı müəyyən olunub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən xəbərə görə, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə […]

Şagirdlərimiz Oksforddan medallarla dönüb

Azərbaycanlı şagirdlər İngiltərədə keçirilən Teeneagle (tiniql) beynəlxalq ingilis dili olimpiadasında qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Yarış fevral ayında keçirilsə də, təqdimetmə mərasimi ötən gün Böyük Britaniyanın ən məşhur universitetlərindən olan Oksford Universitetində baş tutub. Müxtəlif məktəb və liseylərdən olan bu uşaqların H.Əliyev beynəlxalq hava limanında təşkil edilən qarşılanma mərasimi  xoş anlarla yadda qaldı. […]

168 min manatlıq dələduzluq edən müəllimin cəzası ağırlaşdırıldı

Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş Sahib Şükürovun apellyasiya şikayətinə baxılıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin […]

DİM kitab piratçılığı ilə məşğul olan şəxslərə xəbərdarlıq edib

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək. Bu barədə Mektebgushesi.az – a DİM-dən məlumat verilib. Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir. Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə […]

Azərbaycanda azyaşlılar spirtli içki qəbul etdilər – VİDEO

Azərbaycanda azyaşlı uşaqlar spirtli içki qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb. Videodan göründüyü kimi, təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içirlər. Həmin görüntünü təqdim edirik:  

Məktəbəhazırlıq qruplarındakı dərs müddəti və qrafiki müəyyənləşib

Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçiləcək. Bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 dəfə idman dəqiqəsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, ki, avqustun 8-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında […]