Mektebgushesi

MİQ üzrə vakansiya seçiminin nəticələri şəxsi səhifələrinə göndərildi

Vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi Mektebgushesi.az xəbər verir ki, 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. 4-8 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5234 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir. Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb

Bakıda 14 yaşlı qız itkin düşüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı saat 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində […]

Xaricdə təhsil alacaq şəxslərin ilk siyahısı müəyyən olunub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən xəbərə görə, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə […]

Şagirdlərimiz Oksforddan medallarla dönüb

Azərbaycanlı şagirdlər İngiltərədə keçirilən Teeneagle (tiniql) beynəlxalq ingilis dili olimpiadasında qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Yarış fevral ayında keçirilsə də, təqdimetmə mərasimi ötən gün Böyük Britaniyanın ən məşhur universitetlərindən olan Oksford Universitetində baş tutub. Müxtəlif məktəb və liseylərdən olan bu uşaqların H.Əliyev beynəlxalq hava limanında təşkil edilən qarşılanma mərasimi  xoş anlarla yadda qaldı. […]

168 min manatlıq dələduzluq edən müəllimin cəzası ağırlaşdırıldı

Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş Sahib Şükürovun apellyasiya şikayətinə baxılıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin […]

DİM kitab piratçılığı ilə məşğul olan şəxslərə xəbərdarlıq edib

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək. Bu barədə Mektebgushesi.az – a DİM-dən məlumat verilib. Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir. Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə […]

Azərbaycanda azyaşlılar spirtli içki qəbul etdilər – VİDEO

Azərbaycanda azyaşlı uşaqlar spirtli içki qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb. Videodan göründüyü kimi, təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içirlər. Həmin görüntünü təqdim edirik:  

Məktəbəhazırlıq qruplarındakı dərs müddəti və qrafiki müəyyənləşib

Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçiləcək. Bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 dəfə idman dəqiqəsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, ki, avqustun 8-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında […]

COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri tətbiq oluna bilər?

“Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər”. Mektebgushesi.az xəbər verir ki, bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. O bildirib ki, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: “Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. […]

Nadir İsrafilov: “Ekspert” anlayışına münasibət heç də hamı tərəfindən birmənalı olmayıb

“Yəqin ki, təhsil sahəsi ilə az-çox maraqlananlar bilməmiş deyillər ki, mahiyyət etibarı ilə dar mənada “ekspert” latın sözü olub (expertus) – təcrübəli, geniş mənada götürdükdə isə müəyyən edilmiş praqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi anlamına gəlir”. Mektebgushesi.az xəbər […]

Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: Əlavə vaxt verildi

Müəllimlərin işə qəbulunun elektron qaydada həyata keçirildiyi miq.edu.az saytı çöküb. Gecə ilə saytda vakansiyalara giriş bloklanıb, namizədlər yerləşdirmə edə bilməyiblər. Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. Belə ki, bu gün saat 11:00-a qədər vakansiya seçiminin başa çatacağını nəzərə alsaq müəllimlər seçim edə bilmədiklərindən narazılıq edirlər. Gecə saatlarından vakansiya bölmələri bağlanıb. Bəzi müəllimlər seçimlərin saxtalaşdırıldığını iddia […]

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Avqustun 8-dən məktəbəhazırlıq qrupları üçün Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə start verilir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb seçiminə isə avqustun 11-dən başlanılır. Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. […]

Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2022-ci il avqustun 8-dən 14 dək ixtisaslaşma seçimi elan edib. Bu barədə Mektebgushesi.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, boş qalan yerlərə qəbul 20 fevral və 29 may 2022-ci il […]

Kolleclərə 9 illik orta təhsil bazasından ixtisas seçiminə başlanılıb

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb! Ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Ümumi ( 9 illik) orta təhsil bazasında […]