Mektebgushesi

Magistratura üzrə boş yerlərə əlavə yerləşdirməyə start verilir

Bu gün saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək. Mektebgushesi.az xəbər verir ki, namizədlər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiqlənməsi, həmçinin tələb olunan […]

Ikinci mərhələdən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər -RƏSMI

Ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10620-dir: “Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər […]

Məleykə Abbaszadə: “Bu il subbakalavrlara daha az yer qalacaq”

“IV qrupda tibb ixtisasında yüksək keçid balının olması gözlənilir”. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib. O bildirib ki, kənd təsərrüfatı ixtisaslarında isə az olacaq: “Abituriyent ötənilki keçid balları və müsabiqə vəziyyəti ilə müqayisə apararaq ixtisas seçimi […]

DİM sədri ixtisas seçimi ilə bağlı abituriyentlərə xəbərdarlıq edib

“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük”. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib. Onun sözlərinə […]

Ali məktəblərə qəbul üçün plan yeri artırılıb

“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb”. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir: “Ötən il bu […]

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlanır

Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən müvafiq qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçalarda müsabiqədə iştirak […]

Direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları hazırlanıb

Direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları hazırlanıb. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları ilə nazirliyin saytındakı hiperlink vasitəsilə tanış ola bilərlər. Qeyd edək ki, avqustun 11-dən etibarən şagird sayı 500 nəfərdən çox və direktor […]

Magistraturaya qəbulun nəticələri elan olunub

2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçiminin nəticələri elan olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Teleqram” kanalında yer alıb. Nəticələri linkə daxil olaraq öyrənmək mümkündür.

Sabahdan ali təhsil müəssisələrinə ixtisas seçimi başlanır

Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək. Bu barədə Mektebgushesi.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən müvafiq qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçalarda müsabiqədə […]

Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək. Bu barədə Mektebgushesi.az -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib: 18 avqust – biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi; […]

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 17:50-yə olan məlumata görə, 12 min 148 nəfər (Azərbaycan bölməsi -11 min 847, rus bölməsi – 301) qeydiyyatdan keçib. İxtisas seçimi avqustun […]

Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır

2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu gün saat 16:35-ə olan məlumata görə, 1 741 nəfər (Azərbaycan bölməsi – 1 663, rus bölməsi – 78) […]

ARTI sertifikasiyada iştirak edəcək ibtidai sinif müəllimləri üçün sual nümunələrini hazırlayıb

Suallar təhsilverənlərin sertifikatlaşdırılmasına dair qiymətləndirmə çərçivəsindəki bütün mövzuları əhatə edir və mürəkkəblik dərəcəsi gözlənilməklə hazırlanmışdır. Təhsil İnstitutundan Mektebgushesi.az-a verilən məlumata görə, suallar nümunə xarakteri daşıdığı üçün hər fənn üzrə məzmun sahələrinə görə sual sayılarının bölgüsündən artıq tərtib olunmuş və bütün mövzuların əhatə olunmasına diqqət yetirilmişdir. İbtidai sinif müəllimləri üçün ixtisas üzrə nümunə sualları təqdim edirik: […]

NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid yerə yaxınlaşır

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) təxmini diametri 13-28 metr olan asteroidin avqustun 13-də Yerə ən yaxın məsafədən keçəcəyini açıqlayıb. Məlumata görə, saatda 33 min kilometrdən çox sürətlə hərəkət edən 2015 FF asteroidi potensial təhlükəli göy cismləri kateqoriyasına daxil edilib. Qeyd edək ki, NASA Yerdən 193 milyon kilometr məsafədə olan istənilən göy cismini […]

Ümumi balı 200-dən az olmayan 6039 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanıb

Qəbul imtahanlarının nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6039 abituriyent ikinci ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ əldə edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. […]