Mektebgushesi

Liseylərə qəbul ola bilməyənlərə ŞAD XƏBƏR

Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçimi mərhələsinə start verilir. Bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, II mərhələ üçün ayrılan vaxt 19 – 22 avqust tarixlərini əhatə edəcək. Qeyd edək ki, proses 19 avqust 11:00-da başlayır və 22 avqust 17:00-da başa çatır.

AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin formalaşdırılması istiqamətində işlərə başlanılıb. Bunu Mektebgushesi.az açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. “Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmanla artıq yeni tipli akademiyanın formalaşması istiqamətində vəzifələrin həyata keçirilməsi bizim qarşımıza əsas məsələ kimi […]

Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat davam edir

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə davam edir. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1735 nəfər anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da […]

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir: 23 minə yaxın ərizə təsdiqlənib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi davam edir. DİM-dən bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə avqustun 28-dək internet vasitəsilə aparılır. Bu gün saat 09:20-yə olan məlumata görə, 22 min 588 ərizə təsdiqlənib. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas […]

Müəllimlərin işə qəbulu üzrə müsahibənin ilk günündə 740 namizəd iştirak edib

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  bildirilib ki, müsahibələrin ilk gününə 786 nəfər dəvət olunub. Onlardan 740 namizəd müsahibə mərhələsində iştirak edib.

DIM “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı elekton kitabça hazırlayıb

Dövlət İmtahan Mərkəzi V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı elekton kitabça hazırlayıb. DİM-dən Mektebgushesi.az-a verilın xəbərə görə, kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərinin sayı, müsabiqə […]

Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezidentə təşəkkür edib

Elm və Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib Mektebgushesi.az xəbər verir ki, təşəkkür mətnində deyilir: “Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında […]

9 illik bazadan kolleclərə ixtisas seçiminin nəticələri açıqlanıb -CƏDVƏL

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 18-də saat 15:43-dən etibarən internet səhifəsində yerləşdirib. DİM-dən Mektebgushesi.az-a verilən xəbərə görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar […]

Sertifikasiyadan keçən təhsilverənlərinin maaşlarına aylıq əlavə müəyyən edildi -FƏRMAN

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Mektebgushesi.az xəbər verir ki, Fərmana əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə […]

Direktorların işə qəbulu üçün test imtahanının nəticələri AÇIQLANDI

2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə keçirilən imtahan mərhələsinin nəticələri namizədlərin https://portal.edu.az/ elektron müraciət portalındakı şəxsi kabinetlərinə yerləşdirilib. Mektebgushesi.az xəbər verir ki, test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər namizəd isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıblar. Onlardan 58 […]

Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 9 fənn üzrə təşkil ediləcək

Bu gündən Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, avqustun 19-da informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq. Qeyd edək ki, avqustun […]

10-dan çox bağçada nöqsanlar aşkarlandı – Yoxlamalar davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamaları davam etdirir. AQTA-dan bildirilib ki, 8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb. Qeyd edək ki, monitorinqlər zamanı məktəbəqədər […]

Kolleclərə ixtisas seçimi başa çatdı

9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatıb. AzEdu.az xəbər verir ki, ümumilikdə 15 639 nəfər ixtisas seçimində iştirak edib. Azərbaycan bölməsi üzrə ixtisas seçənlər sayı 15 264, rus bölməsi üzrə isə 375 nəfər təşkil edir. Qeyd edək ki, ixtisas seçimi prosesi 17 avqust 23.00-da başa çatmalı olsa da, proses bu gün saat 10.00-dək uzadılmışdı.

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir: 16 minə yaxın ərizə təsdiqlənib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi davam edir. DİM-dən  bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə avqustun 28-dək internet vasitəsilə aparılır. Bu gün saat 10:40-a olan məlumata görə, 15 min 664 ərizə təsdiqlənib. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas […]

Bağçalara işə qəbul üzrə test imtahanının VAXTI AÇIQLANDI

29 avqust tarixində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən xəbərə görə, 5488 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingeçevir şəhərləri və Salyan rayonu olmaqla, ümumilikdə 9 imtahan mərkəzində təşkil olunacaq. Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və […]