Mektebgushesi

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 19 590 vətəndaş müraciəti daxil olub.  Mektebgushesi.az xəbər verir ki, müraciətlərin 12 683-ü  çağrı mərkəzləri, 660-ı  sosial media, 2 395-i “WhatsApp” vasitəsilə, 907-si elektron, 873-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 072 müraciət qeydə alınıb. Müraciətlər şagirdlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, işə qəbul, xaricdə təhsil, təhsil […]

Məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb

  Şərur rayon Təhsil şöbəsinin rayonun Muğancıq-Mehrab kənd tam orta məktəbində apardığı yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb. Mektebgushesi.az xəbər verir ki, şöbənin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə S.Cəfərova Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən martın 15-də vəzifəsindən azad […]

DİM adından saxta səhifə və qrup yaradılır – XƏBƏRDARLİQ

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə DİM-dən məlumat verilib. “Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) […]

DIM: İmtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur

İmtahan nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, 2024-cü il martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi […]

Bu gün DİM 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Mektebgushesi.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, […]

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı bəlli olub

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Mektebgushesi.az DİM-ə istinadən  xəbər verir ki, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir. Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin […]

Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir. Mektebgushesi.az xəbər verir ki, Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək. Namizədlərə verilən tələblər: […]

Beynəlxalq olimpiadaların qalibi ABŞ-ın nüfuzlu universitetinə qəbul olub

  Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Bu barədə Təhsil İnstitutundan AzEdu.az-a xəbər verilib. Bildirilib ki,  məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Belə ki, […]

Bütün ixtisas qrupları üzrə tələbə qəbulu bu gün yekunlaşır

  Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) 15 mart saat 23:59-dək DİM-in saytına daxil olub “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər. Mektebgushesi.az xəbər verir ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər […]

“Təhsildə yeni çağırışlar” – ilk regional konfrans Lənkəranda təşkil olunub

Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, Lənkəranda təşkil olunan ilk regional konfransda 400-ə yaxın təhsil işçisi iştirak edib. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfrans qabaqcıl müəllim və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli […]

Naxçıvanda erkən nikaha cəhd edilib

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda erkən nikaha cəhd edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini […]

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin […]

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 13-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim […]

7 yaşlı məktəblini öldürməkdə təqsirləndirilən idman müəllimindən xəbər var – VİDEO

  Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Daha sonra son söz demək üçün Mehman Xəlilova söz verilib. […]

2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Poladova Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda […]